PAŞİNYAN ŞUŞADA PARAD KEÇİRDİ, BAKIDA QARABAĞ QAZİSİNİN QANI TÖKÜLDÜ !!!

İRADƏ GÜLMƏMMƏDOBA VƏ QOÇU DƏSTƏSİ  MƏSULİYYƏTƏ CƏLB EDİLSİN !!!

Azad Azərbaycan Naminə təşkilatının bəyanatı

Bu gün (dünən – red.) ANT-də növbədənkənar toplantı keçirildi. İclasda ölkədə və dünyada baş verən ümumi məsələlər müzakirə olundu.

Toplantıda həmçinin, 11.05.2018 tarixində Abşeron rayonu Fatmayı kəndində, Abşeron “Kraliçası” (icra başçısı nəzərdə tutulur – red) İradə Gülməmmədovun qoçuları tərəfindən vəhşicəsinə döyülən , qanına qaltan edilən Qarabağ qazisi Fuad Əkbərovun intihar həddinə çatdırlıması müzakirə mövzusu olundu…

Xatırladırıq ki, 9 mayda işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşada parad keçirməsindən bir gün sonra, Qarabağ azadlığı uğrunda qanını tökən Fuad Əkbərovun qanı Abşeron “kraliçası”nın qoçuları tərəfindən töküldü.

Təşkilat olaraq ölkə rəhbərliyinə və xalqımıza müraciət edirik! Abşeronun icra başçısı İradə Gülməmmədova dərhal tutduğu vəzifədən azad edilsin, özünün məsuliyyət dərəcəsi tətin edilməsinə, qoçu dəstəsinin haqqında cinayət işi qaldırılmasına müvafiq orqanlar tərəfindən qərarlar verilsin. Hesab edildi ki, bu addmlar ictimailərdirilməli və digər mənurlara və icra başçılarına bu ibrət olacaq səviyyədə atlmalıdır…

Sonda qeyd edildi ki, , baş vermis hadisə ilə bağlı, ANT 14-may saat 14:00-da KXCP-nin qərargahında genişləndirilmiş mətbuat konfransı keçirəcək. Mətbuat konfransına bütüm media nümayəndələri, Qarabağ qaziləri, hüquq müdafiəçiləri, siyasi partiya nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri dəvətlidir.

Ağaşirin TARVERDİOĞLU

AANT sədri

 

P.S.

Bu videogörüntülər  dünən redaksiyamıza daxil olub. Bir zəhmət, buna da bir baxın hələ. Qərar vermək isə hər kəsin öz biləcəyi işdir. Hər halda bizə çox qəribə gördəndi. Bizə elə gəldi ki,  görüntülərdə görünən şəxslər qarabağ qazisini qanına qəltan edən “qoçu dəstəsi”nin özüdür ki  var. 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*