PREZİDENTDƏN MÜSAHİBƏ İSTƏYİRƏM !!! – (TƏKRAR)

MÜƏLLİFDƏN

“OLDUĞU KİMİ”

Cavid Cabbarlıynan ALDP-nin qurultayında görüşdük. Sözarası dedim ki, dəvət eləsəniz medianın durumunu müzakirə edə billik. Dedi ki, tərəf müqabili olmalıdı, “Eynullanı dəvət eliyə bilərsən” – dedim. “O gəlməz”- dedi. Sonra da əlavə etdi ki, Rauf Arifoğlunu çağırım bəlkə, mən də “İstiyirsən lap Əflatunu çağır”- dedim və Cavid mənim telefonumu götürüb zəng edəcəyini bildirdi. Aradan iki gün keçmişdi ki, gördüm  Cavid Cabbarlı Rauf Arifoğlu ilə medianın vəziyyətini müzakirə edən video yayıb. Olsun, zatən ona elə orda demişdim ki, məni efirə çıxarmağa sənə icazə verməzlər, Raufsa Rauf. Burası o qədər də önəmli deyil, kəndiləri bilir, enində sonunda hər kolxozun bir sədri var və qaydaları da onlar təyin eliyillər. Həm də Rauf Arifoğlu da mənimlə efir paylaşacaq qədər xırda bir adam deyil ki, hardan hara, adamın dövlət və vətən qarşısında təltif olunmuş xidmətləri, fəxri adları, çeşidli titulları, orden və medalları var. Özü də kakoy-nibud icra başçısının, QHT sədrinin deyil, şəxsən prezidentin əlindən medal alan birinin Sərdar Əlibəyli kimi sıradan bir redaktorla efir paylaşması gerçəkdən ayıb olur. Burası ilə də işim yoxdu, olsun. Heç müzakirənin və  efirdə danışılanların da təftişinə-filanına varmaq fikrində deyiləm. Rauf bəy bütün situasiyalarda danışmağı bacaran  və öz arqumentləri ilə vəziyyəti idarə edə bilən birisidi, ampluası və çərçivəsi də öz yerində.

Amma bu söhbətin bir məqamına münasibət birdirməyə bilmədim. Rauf Arifoğlu deyir ki, Azərbaycanda ölkə başçısından müsahibə almaq səviyyəsində jurnalist yoxdu. Hətta, heç deyilsə, özünün də buna hazır olub-olmadığı haqda bir söz demədi. Əgər məsələ gerçəkdən bu yerdədirsə, o zaman Rauf bəyin özü də daxil, bu qədər “Əməkdar jurnalist” adı, bir belə “Tərəqqi medalı”  və digər titullar niyə və hansı standartlara əsasən ilbəil pay-püş edilir görən? Necə yəəni “səviyyə yoxdu və gedib prezidentdən nə soruşasıdırlar?”. Rauf Arifoğlu bu qədər də sadəlövh və nə dediyini, niyə dediyini anlamayacaq qədər ağılsız biri də deyil ki, durum deyim adamın anladığı və ağlının kəsdiyi  elə bu qədərdi. Oysa, Azərbaycan mediasının   qos-qoca kapitanlarından birini bu qədər enik və sönük görməkdən üzüldüm, həm də çox üzüldüm.

Bu arada ağlıma nə gəldi, bilirsinizmi, adam artıq hazır diplomat kimi yetişib,  Biri bunu Elmar Məmmədyarovun qulağına pıçıldasın,  o da Prezidentə çatdırsın və ən ağır münasibətlərdə olduğumuz ölkələrdən birinə səfir göndərsinlər Rauf Arifoğlunu. Haqq üçünə deməliyəm ki, Rauf bəyin bu sahədə görə biləcəkləri işlərin faydalılıq əmsalı, sabiq polislərdən və prokurorlardan qat-qat yüksək olar. Bir də ki onun səfir kreslosunu siyasi mühacir statusuna dəyişmək ehtimalı çox azdır və ya heç yoxdur, adam zatən bütün sınaqlardan uğurla keçmiş biridir. Bax belə…

İndi də Cavid Cabbarlı ilə Rauf Arifoğlunun Azərbaycan mediasının hazırkı durumu barəsində müzakirəsinin tamamına baxıb söhbətin nədən getdiyinə özünüz şahid olun:


P.S.

Mən Rauf Arifoğlundan fərqli olaraq, hesab eləmirəm ki, biz prezidentdən müsahibə alacaq səviyyədə deyilik. Hələ 2008-ci ildə bu haqda ölkə başçısına xitabən yazdığım və zaman-zaman təkrar-təkrar dərc etdiyim yazını içtimai rəyin də, cəmiyyətin də diqqətinə yenidən təqdim eliyirəm.  Rauf bəy də vaxt və imkan taparsa, oxuya bilər. Mən bu gün də o fikirdəyəm ki, İlham Əliyevdən müsahibə almaq gücü də, səviyyəsi də, ağlı və savadı da yetəcək jurnalistlər də var, müstəqil yazarlar da. Ölkə başçısı niyə Azərbaycan jurnalistikasından qaçır, bu başqa mövzunun söhbətidir. Amma bir daha demək zorundayam ki, mən indinin özündə də bu missiyanı üstlənməyə hazıram və 9 il əvvəldən  dediklərim bu gün də aktual olaraq qalır. 

—————————————————————————————

İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ İSTƏYİRƏM !!!

Sərdar ƏLİBƏYLİ

ÖZÜ DƏ, AzTv-NİN CANLI EFİRİNDƏ!

 

—————————————————————————————–

«Bu bəyanatımı nəzərə alın ki, mən informasiya orqanlarına, mətbuata və özünü bu çətin peşəyə həsr edən şəxslərə böyük hörmət və ehtiram bəsləyirəm» 

Heydər ƏLİYEV,

29.11.1995-ci il, London

———————————————————————————————

Ötən həftə bir sıra məqamları ilə əvvəlki həftələrə nisbətən daha gərgin keçdi. Artıq bəzi analitiklərin və müşahidəçilərin seçki sonrasına verdiyi proqnozlar özünü doğrultmaqdadı. Təbii ki, bu sırada doğrulmayan, təsdiqini tapmayan xeyli proqnoz və versiyalar da oldu. Bu da əsasən, bir çoxlarının ümid etdiyi və israrla üzərində dayandığı yeni hökumətin təşkili ilə bağlı idi. Yəni İlham Əliyevin seçkidən sonra təşkil edəcəyi kabinetin, ötən beş ilki kabinetdən köklü şəkildə fərqlənəcəyini söyləyənlər ciddi şəkildə yanıldılar. Azərbaycan respublikasının yeni seçilən köhnə prezidenti, öz icra strukturunu və Nazirlər Kabinetini köhnələri yeniləməklə təşkil etməyə üstünlük verdi, Heydər Babayev və Abutalıb Səmədov xaric. Bununla yanaşı, artıq qeyd etdiyimiz kimi seçki bitdikdən dərhal sonra Azərbaycan hakimiyyətinin içərisində yeni qovğaların və savaşların başlanacağı proqnozunu verənlər və bu savaşların əvvəlki illərdəkinə nisbətən daha açıq və daha irimiqyaslı olacağını bildirənlər də az deyildi. Və artıq Milli Məclisin seçki sonrası iclasları və zarafata oxşamayan debatlar da, səslənən bəzi bəyanatlar da,  belə qovğalara start verildiyindən xəbər verir. Hətta 25 illik millət vəkilliyi dövründə xüsusi heç nə ilə yadda qalmayan və sadəcə Milli Məclisdə say təyin edən Zeynəb Xanlarovanın belə, əsib-coşması, gələn ilə planlanan hakimiyyət daxili qovğaların hansı həddə gedib çıxacağından xəbər verir…

İlham Əliyev müsahibə verdiƏslində Milli Məclisin son iclaslarında baş verənlərlə bağlı, eləcə də Zeynəb xanımın «od püskürən» manşetlərə çıxmasının səbəbləri barəsində ayrıca yazımız yəqin ki, olacaq. Bu yazını qələmə almaqda məqsədim isə tamam başqadı. Ötən həftənin olayları sırasında yadda qalan bir məsələ də oldu və indi o haqda danışcağıq. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı RAİ TV-yə verdiyi müsahibə, AzərTac xətti ilə əksər İlham Əliyev müsahibə verdi-1mətbu orqanlarda və internet saytlarında yayınlandı. Açığı, müsahibə ilə yaxından tanış olandan sonra içimdə xeyli suallar yarandı və ölkə içində bütün istiqamətlərdə vəziyyətin hər gün artan xəttlə gərginləşdiyi bir zamanda, prezidentimizin həsəd aparılacaq arxayınçılığına qibtə etdim. Adam, həqiqətən də, çox arın və arxayın danışır. Ancaq bu arxayınçılığın nədən qaynaqlandığını, nəyə əsaslandığını, bütün olub-bitənlərin İlham Əliyev müsahibə verdi-2fonunda anlamaq bir az çətindi. Kaş ki, ölkənin bütövlükdə durumu da, prezidentin danışdığı qədər arxayınçılığa əsas verəydi, o zaman nə dərdimiz olardı ki? Açığı, ilk əvvəl bu müsahibəni başından sonuna incələməklə, bir yazı yazmaq istədim. Lakin bunu etməzdən öncə, oxuculara və Azərbaycan cəmiyyətinə bu yazını borclu qalmaq şərti ilə, içimdən cənab prezidentə ünvanlanmış bir təklifdə bulunmaq keçdi. Və bu təklifim təxminən belə səslənir:

«İLHAM ƏLİYEV, SƏNDƏN MÜSAHİBƏ İSTƏYİRƏM. ÖZÜ DƏ AzTv-NİN CANLI EFİRİNDƏ!»

İstənilən başqa şərtlərdə bu təklif keçərsizdi. Çünki, istər Azərbaycana xaricdən gələn, istərsə də xarici səfərlərində, öz ölkələrinin beşinci kateqoriyalı jurnalistlərinə də məmnuniyyətlə müsahibə verən, cənab prezident, nədənsə bizim jurnalistlərə müsahibə verməyi heç ağlına da gətirmir. Əslində, xarici jurnalistlərin qarşısında arın-arxayın oturub, ütülü suallara ütülü cavablar verməyə nə var ki? Bir də, istər burada olsun, istərsə də hər hansı bir ölkədə, xarici jurnalistin maraqları da, heç şübhəsiz ki, elə xaricilərin maraqlarına uyğun gəlir. Və əcnəbilər qarşısında səslənən «xaric səslər» və «xaric boğazlar», onların heç vecinə də deyil. Bir də, məsələn, hər hansı bir italyan telejurnatistin ağlına haradan gələ bilər ki, İlham Əliyevdən, tutaq ki, bu kimi məsələlərə münasibət öyrənmək istəsin:

106 house yusif
Əgər bunların Sərdar Əlibəyliyə müsahibə vermək döşlərinə yatmırsa, o zaman, heç olmasa, birbaşa prezidentin öz imszası və öz möhürü ilə verilmiş fərmanla «Əməkdar jurnalist» adını almış Yusif Ağayevin müsahibi olsunlar, “106 Haus”-un qonağı qismində…

«Cənab prezident, Yusif Ağayev adlı «şoumenə» «Əməkdar jurnalist» adının verilməsində hansı kriteriyalar əsas götürülüb». Və yaxud da «Cənab prezident, əgər ölkədə bu qədər yüksələn iqtisadi inkişaf templəri varsa, nədən bu inkişafı əhalinin əksər hissəsi öz həyatında hiss etmir. Yaxud əlil övladına görə vur-tut 50 manat təqaüd alan işsiz bir ailə və ya tək qadınlar necə yaşamalıdı?». Lap elə prezidentin bir məsələyə də şəxsi münasibətini öyrənmək pis olmazdı. Yəni, «Azərbrycanın bütün səviyyələrdə barəsində qürurla danışdığı iqtisadi inkişaf sahəsində prezident siyasətinin icraçısı olan iki nazirdən biri cinayətkar kimi həbs edilib, digəri isə, heç bir izahat verilmədən, artıq vəzifəsindən uzaqlaşdırılıbsa (sabiq iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və  Heydər Babayev – S.Ə.), buradan yaranan müəmmalara kim və nə vaxt aydınlıq gətirəcək?» Və sair… və sair… və sair… və ilaxır…

Bütün hallarda, Azərbaycan respublikasının yuxarılardan görünən vəziyyətini İlham Əliyev necə təsəvvür edirsə, yaxud da, ona bu barədə kimlər, necə məruzə edirlərsə, burasını İlham Əliyevin özü və məruzə edənlər yaxşı bilərlər. Və görünəni odu ki, onlar hər şeyi öz arşınları ilə ölçməyə daha çox meyllidilər. Ancaq aşağılarda olan durumu və həddindən artıq kritik vəziyyəti də, hər halda Azərbaycan jurnalistləri daha yaxşı bilər, nəinki əcnəbilər. Bir də, artıq ikinci dönəm prezidentlik müddətinə başlamış prezidentin, bütün bu zaman ərzində, bir nəfər də olsun, azərbacanlı jurnalistlə müsahibəyə oturmaması başqa mətləblərdən və başqa məqamlardan xəbər verir. Prezident bir yana qalsın, bu ölkədə nazirlər, komitə sədrləri, digər yüksək çinli dövlət məmurları ilə də, bəzi məcburi hallar istisna olmaqla, jurnalistlərin görüşə bilməsi, elə bir müşkülə çevrilib ki, artıq cərrahi müdaxiləyə ehtiyac var. Ən azından, görünür bizim dövlət ərkanında yer alanlara elə gəlir ki, Azərbaycanda jurnalist, daha doğrusu onların endirib görüşə biləcəyi qələm adamları yoxdur. O zaman bir sualın cavabı verilməlidi ki, son illərdə bu qədər dövlət mükafatına layiq görülmüş, fəxri adlarla, orden və medallarla təltif edilmiş jurnalistləri, hansı xidmətlərinə görə belə mərtəbələrə qaldırıblar. Əgər bunların Sərdar Əlibəyliyə müsahibə vermək döşlərinə yatmırsa, o zaman, heç olmasa, birbaşa prezidentin öz imszası və öz möhürü ilə verilmiş fərmanla «Əməkdar jurnalist» adını almış Yusif Ağayevin müsahibi olsunlar,“106 Haus”-un qonağı qismində…

Təbii ki, buraya bir neçə dəfə təşkil olunmuş, jurnalistlərlə kol(xoz)lektiv görüşlərin dəxli yoxdu. Ki, əslində həmin görüşlərin bütövlükdə jurnalistikaya da aidiyyatı olmayıb və o tədbirlər hər iki tərəfdən olanların üzəngi parıldatmaq və şəxsi problemlərini həll edə, istəklərini həyata keçirə  bilmək istəyindən o tərəfə keçməyib.

Nə isə, hələ ki, ölçülər qədərindən artıq qaçmayıb, dayanmaq lazımdı. Mənim istəyim isə, çox sadə və çox aydın olmaqla yanaşı, həm də başa düşülən olmalıdı. Bu ölkənin dövlət ərkanında yer alanlar, birincidən sonuncuya kimi, Azərbaycan jurnalistikasına və bu jurnalistikanın dili söz, əli qələm tutan mənsublarına hörmət eləməlidilər, bəzən siyasi, şəxsi və digər maraqlar üst-üstə düşməsə belə. Özü də, hesab edirəm ki, bu təşəbbüs ilk növbədə, şəxsən cənab prezidentdən gəlməlidi. Çünki son 15 illik siyasətin nəticələrindən biri də budur ki, birincinin özü səhnəyə çıxmasa, o birilərin buna cəsarətləri çatmaz. Özfəaliyyətçilərin yeri isə ən yaxşı halda bayır, ən pis halda isə Bayıldı. Burası da onların öz işləridi, özləri bilərlər…

Mənim bu günkü təklifimə gəlincə isə, bu nə biş xülyadı, nə xahişdi, nə də minnət. Bunu birbaşa Sərdar Əlibəylinin – fağır bir qəzetin fağır baş redaktorunun tələbi kimi qəbul edin, cənab prezident! Bu ölkənin əli qələm tutan kəslərinə həm hörmət etmək, həm də onların öz vəzifələrini yerinə yetirməsinə şərait yaratmaqla yanaşı, peşə hüquqlarının qorunması da, bir prezident kimi sizin birbaşa borcunuz və vəzifənizdi. Məhz sizin də biganəliyinizin nəticəsidi ki, bu gün bəzi qəzetlərə adi bir hekayəni belə verməkdən çəkinən ədəbiyyat adamları var. Nə var – nə varmış ki, məsələn, «Nota» qəzetində ara-sıra prezident və digər dövlət xadimləri tənqid olunurlar. Hələ, heç orasını demirəm ki, saatlarla, günlərlə vaxtımızı itirib, «yalvar-yapış» müsahibələr aldığımız, adi kənd müəllimlərindən tutmuş, sıradan vətəndaşlara qədər, hər kəs qəzetlə tanış olandan sonra, zəng vurub and-aman edir ki, amanın bir günüdü, bizi bəlaya salmayın, müsahibənin dərcini dayandırın. Adamların dilindən kəlbətinlə söz çəkmək olmur. Çox yekə kişilər də var ki, belə oturanda, yekə şeylərdən danışırlar. Amma diktafon ortaya gələn kimi hamısının dili-dodağı təpiyir. Hətta vəziyyət o yerə gəlib ki, bəzi qəzetlər artıq vətəndaşların şikayət ərizələrini qəbul etməkdən belə imtina edirlər. Əgər Sizə və başında durduğunuz dövlət ərkanı təmsilçilərinə elə gəlirsə ki, bütün bunlar demokratiyanın, söz, mətbuat və vicdan azadlıqlarının, həmçinin də Azərbaycan vətəndaşlarının öz həyatlarından çox razı olmalarının təzahürüdü, o zaman buyurun gəlin, elə bu «demokratiyadan və bu xoşbəxtlər ölkəsinin firəvan həyatı»ndan danışaq.

Meydanımız AzTv-nin canlı efiri, müzakirə mövzumuz isə sizin israrla «demokratya , inkişaf və tərəqqi yolu ilə gedən» adlandırdığınız çağdaş Azərbaycanın çağdaş durumu olsun. Qoy, camaatın da qulaqları, artıq, bir az da yorulduğu meyxanadan dincəlsin, gözləri isə efirdə əttökən «rəqslər edən» «Əməkdar jurnalist»lərdən başqa da nəsə görsün. Nə deyirsiniz, buna hazırmısınız? Varmısınız bu təklifə? Vaxt və zaman təyin etmək isə sizin haqqınızdı. Yəni, yol da böyüklərindi, yol göstərmək də böyüklərin işidi.

Sərdar Əlibəyli-100

MƏN İSƏ, ŞƏXSƏN SƏNDƏN MÜSAHİBƏ İSTƏYİRƏM, İLHAM ƏLİYEV. ÖZÜ DƏ AzTV-NİN CANLI EFİRİNDƏ! 

——————————————————-

ZƏRURİ QEYD:

Sizə bəzən «Sən» deyə müraciətimi də səmimi qəbul edin, cənab Prezident. Bu, bir dostyana ərkdən və bəlkə də həmyaşıd olmağımızdan doğan səmimiyyətdən savayı bir şey deyil.

«Nota» qəzeti.

07-13 dekabr 2008-ci il

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*