QƏRƏZ VƏ KİN QUSAN SEPARATÇILARADI SÖZÜM(üz): “”BU ARTIQ VƏTƏN MƏSƏLƏSİDİR”!!!  

“РЕБЯТА, ДАВАЙТЕ ЖИТЬ ДРУЖНО” !!!

Bu arada, 1992-ci ildə Astara rayonunun Şahağac kəndində DİN və Prokurorluq tərəfindən həyata keçirilən və nədənsə, təkcə İsgəndər Həmidovun adı ilə bağlanan “Subtropik” əməliyyatı ətrafında gedən söhbətlər yaman uzandı. Hərə də öz bildiyi kimi məsələyə münasibət bildirir, biriləri şahid kimi danışır, biriləri eşitdiklərini danışır, biriləri də şayiələri həqiqət kimi qələmə verməklə, əməliyyatı milli münasibətlərə bağlamaq istəyirlər…

Mən də son günlər oxuduqlarım və duyduqlarımla bağlı öz fikrimi demək qərarına gəldim. Təbii ki, burada əməliyyatn peşəkarlıq səviyyəsi, ümimiyyətlə qanuni olması, ya da qanundan kənar keçirilməsi, ədalətlilik dərəcəsi, alternativ yolların varlığı, qurbanların sayının keçirilmiş əməliyyatıın mahiyyətinə adekvat olub-olmaması, hətta fərqli digər maraqların da ola biləcəyi mübahisələndirilə, dartışıla, dəfələrlə müzakirəyə açıla, eninə boyuna masaya yatırıla, hətta yenidən hüquqi araşdırmaya təslim tutula bilər. Amma heç bir halda bu məsələnin nə milli tərəfi, nə milliyətə dəxli, nə də millətlərarası münasibətə aidiyyatı olub.

Əməliyyata məhz bu baxımdan yozum verənlər, həmin dövrdə ölkənin neçə-neçə bölgələrində analoji əməliyyat tədbirlərinin keçirildiyini bilə-bilə, bunu talış xalqına qarşı yönəldən və ya Azərbaycanın hansısa talış vətəndaşlarına qarşı keçirildiyini iddia edən, prosesin tamamını qurbanların məhz talış olması ilə bağlayan və belə bir addımın bilincli şəkildə atıldığını deyən hər kəs qərəzlidir, separatçıdır, bilərəkdən, ya da bilməyərəkdən, Azərbaycanda milli münasibətlərin gərginləşdirilməsinə, bölücülüyə xidmət edirlər…

Hələ də bu yolda yürüməyə davam edən hər kəsi sağduyulu davranmağa, əslində isə, xəyanət yolundan çəkinməyə çağırıram. Xüsusilə də, indi istər regionda, istərsə də Azərbaycanın daxilində yaradılmış və günü-gündən böyüdülən gərginliklərin fonunda, mövcud vəziyyəti göydəndüşmə girəvə kimi dəyərləndirərək, bu cür davranışlar sərgiləyənlər, yumşaq desək, yanlış yola girmişlər. Məxsusən də Azərbaycandan kənarda yaşayan və milliyyətcə talış olan yurddaşlarımıza üzümü tutaraq deyirəm ki, bilərəkdən, ya da bilməyərəkdən, bu yolda yürümək, Vətənə xəyanətdir…

Bunu da mən dedim… Qərəzdən uzaq durmaq, separatçı meyllərdən əl çəkib, ölkəmizin demokraikləşməsi, sözdə deyil, əməldə çiçəklənməsi, gələcək nəsillərin azad və firavan ölkədə yaşaya bilməsi uğrunda səylərimizi birləşdirmənin yollarını aramalı və səylərimizi bu yöndə birləşdirməliyik deyə düşünməkdəyəm…

——————————————————————————————
P.S.

Bilərəkdən bəlirli adlara və bəlli soyadlara enmədim, amma umarım və dilərim ki, söhbətin kimlərdən və nədən getdiyi elə belə də aydındır !!!

——————————————————————————————-

P.P.S.

“BU ARTIQ VƏTƏN MƏSƏLƏSİDİR”  

Fb-NİN GÜNDƏMİNDƏN

Dünən Facebookda əsas gündəm “Subtropik əməliyyat”ının ildönümü idi. Bu mübahisələrə qarışmadım, amma xeyli oxudum. Gözlədim ki, “Elçibəy qiyamı yatırmamaqda, postunu qoyub getməkdə səhv edib” deyərkən bizi xəyanətkar elan edənlər bu qədər ağır, hətta “talışların genosidi” formasını almış ittihama da cavab verərlər. Amma olmadı. Bir tənqidə uydurma ittihamlarla cavab vermək görünür həm asandır, həm də konyunktura cəhətdən sərfəlidir. Az-çox nüfuzu olan insanları hər ehtimala qarşı gözdən salmaq lazımdır, nə olar, nə olmaz. “Talışların genosidi” kimi ağır ittihama cavab verməyə isə həvəs yoxdur nədənsə. Buna görə də bu missiyanı da öz üzərimə götürdüm.

“Subtropik əməliyyatı” əsasən iki istiqamətdə aparılıb – Talış zonasında quldurluqla məşğul olan insanlara qarşı və sovet dövründə idarə-müəssislərə rəhbərlik etməklə külli miqdarda sərvət toplamış insanlara qarşı.

Birinci istiqamətdə əsas hadisə Astaranın Şahağacı kəndində Gülağa Baxşəli oğlu Quliyevin ailəsi ilə birlikdə öldürülməsi olur. Bu hadisənin səbəbi ilə bağlı müxtəlif versiyalar var. Bəziləri Gülağanın vaxtilə Elçibəylə eyni həbsxanada cəza çəkməsi və aralarında yaşanan insidentlə bağlayırlar. İnandırıcı olmayan bu əhvalatı real saysaq belə, o zaman söhbətin şəxsi düşmənçilikdən getdiyini qəbul etməliyik. Belə olduqda, milli məsələnin, talışların məsələyə nə dəxli? Gülağa Quliyevlə qohumluq əlaqəsi olan və eyni kənd sakini Elçin İbrahimli isə hadisəni başqa cür əsaslandırır. Gülağanın Sovet adlı qardaşı Lənkəran sakini Rafiq Canıyevin (sonralar “qanuni oğru” adını alacaq Rövşən Lənkəranskinin atası) qətlində şübhəli bilinirdi (sonra məhkəmə də günahkar saydı) və Rusiyaya qaçmışdı. Gülağa Rafiq Canıyevin qohumlarından qisas təhdidi almışdı. Buna görə də kənddə maskalı adamların peyda olmasını eşidən kimi iranlı qonağı ilə birlikdə atəş açmağa başlayır. Halbuki gələnlər xüsusi təyinatlı polislər idilər və məqsədləri quldurluqla məşğul olan (hətta həcc mərasimindən gələnləri soyan) kənd sakinlərinin ələ keçirilməsi idi. Bu siyahıda Gülağanın adı olmayıb, ona qarşı dövlət tərəfindən də heç bir irad yox imiş. Lakin Gülağanı inandırmaq və təslimə sövq etmək cəhdləri uğursuz olur. Elçin İbrahimli bunu Gülağa Quliyevin xeyli spirtli içki içməsi və üstündən də nəşə çəkməsi ilə izah edir. Hər nədənsə, Gülağa atəş açmaqda davam edir. Hökumət qüvvələri tərəfindən isə qumbaraatanla verilən cavab nəticəsində özü, iranlı qonağı, həyat yoldaşı və 12 yaşlı oğlu həlak olurlar. Hərçənd ki, deyilənə görə, polis qadın və uşağın evdən çıxarılmasını təklif edib və Gülağa razılaşmayıb, bu baş verən hadisəyə bəraət qazandırmır. Polis günahsız insanların ölümündən yayınmaq üçün əlindən gələni etməli idi. Ya onlar evdən çıxarılana qədər gözləməli idi, ya atəş açanları snayperlə vurmalı idi, ya da başqa üsul tapmalı idi. Seçilən metoda haqq qazandırmaq heç cür mümkün deyil. Bu cinayətkar metoddur. Məhz cinayət. Lakin milli məsələyə aid heç nə yoxdur. Aparılan əməliyyat zamanı Şahağacı kəndindən 20-yə qədər adam tutulub. Lakin atəş açmadıqlarından, müqavimət göstərmədiklərindən heç birinin burnu qanamayıb. Onlar da talış olublar.

Zəngin adamlara qarşı əməliyyata gəlincə, xatırladım ki, söhbət biznesmenlərdən, sahibkarlardan getmirdi. Bu adamlar idarə-müəssisə rəhbəri olarkən qanunsuz şəkildə varlanmışdılar. Bizim üzərimizdən varlanmışdılar. İkinci sort çayı əla növ kimi bizə sırımışdılar, defisitdən istifadə edib məhsulu dövlət qiymətindən baha satmışdılar, hansısa məhsul hazırlanarkən tərkibində olmalı şeyləri az qatmışdılar, tikinti materiallarını, yanacaq məhsullarını kənara “əritmişdilər” və s. Hədəf bu insanlar olub. Yaxın ətrafından, qohumlarından və qulbeçəlik edənlərindən savayı kimsə onlardan xeyir görməyib, nə talışı, nə türkü. O zaman Lənkəranda deyildiyinə görə, uzun müddət müəssisə rəhbəri işləmiş birinin həyətindəki it yuvasının altından 27 kq qızıl tapılmışdı. Oxşar əməliyyatlar Azərbaycanın varlı sayılan bir çox rayonlarında həyata keçirilib. Elə Elman Fəttah öz kəndlərindən analoji hadisə haqqında mənə danışıb. İsgəndər Həmidovdan soruşanda bir neçə rayonun adını çəkmişdi. Bakıda, Sumqayıtda da keçirilib. Kimisinə xəbər yollamaq kifayət edib, kimisindən tutub zorla müsadirə ediblər. Bunun sırf talış olan zənginlərə qarşı, az qala “Talış milli burjuaziyasına qarşı” olduğu iddiası açıq-aşkar uydurmadır. 

Müsadirələr məhkəmə hökmü olmadan keçirilib, sırf hüquqi baxımdan qanunsuz olublar. Lakin xatırladaq ki, yeni hökumət yaranmışdı, büdcədə siçanlar oynayırdı, müharibə isə pul tələb edirdi. Cəbhə xəttində çiyin-çiyinə vuruşan türkə, talışa, ləzgiyə, rusa, yəhudiyə silah lazım idi, sursat, yeyəcək, içəcək, geyəcək lazım idi. Bu fakt məhkəmə hökmü olmadan müsadirələrə bəraət verirmi? Açığı hər hansı cavab verməkdə çətinlik çəkirəm. Amma yazının məqsədi zatən bu suala cavab vermək deyil. Məqsəd müsadirələrin ölkənin müxtəlif yerlərində həyata keçirildiyi, etnik məsələnin burada rol oynamadığını izah etməkdir.

Yazının əvvəlində göstərdiyim səbəbdən öncə Elçibəy hökumətini bir daha müdafiə etmək fikrim yox idi. Lakin məsələ milli şəkil alır, bu artıq hökumət məsələsi deyil, Vətən məsələsidir. Gəlin məsuliyyətli olaq, əziz dostlar. Hər şeyi öz adı ilə çağıraq, uydurmayaq, başqa oyunlarda alət olmayaq. 
Statusa şərh yazacaq insanları də diqqətli və məsuliyyətli olmağa, təhrikçi, şovinist fikirlərə yer verməməyə dəvət edirəm.

 

3 şərh

  1. AZERBAYCANI Bütöv bir dövlet kimi görmek istemeyen dövletler,bütün oyunlardan çıxırlar.
    İqtidar sahibleri,bizi hezm ede bilmeyenlerle deyil,xalqla bir olmaq gərəkdir.Yoxsa iqtidarın qurduğu yaramaz sistem,sizleri de mehv edecek.
    Qaldı talış deyilen “probleme” onu da bize gücle sırımaq isteyirler.3-5 talışa RF və diger dövletlerde imkan yaradıblar.Bu şertle ki,lazım gelende bizim işaremizle herekete keçersiz.30 ildir ki,zaman-zaman bu olaylar baş verir.
    Qaldı AZERBAYCAN MİLLİ AZADLIQ HEREKATIN LİDERİ Ebülfez ELÇİ BEYin ne dilim gelir,ne de elim gelir yazım.Allah ve Elçi Beyin ruhu meni bağışlasın üzündeki şırama.Men bunu ilk defe 1991-ci ilde qaynanamdan eşidmişem.Cavabında,men ind sene inanım,yoxsa gözüme.Söyleyib,qızının yanında qovmuşam evimden.
    Durdurun bu oyunları!!!
    Bir azdan sizler heç kime lazım olmayacaqsız!

  2. Çox təəssüf ki, Rusiya xarabalarında baş vermiş ağır yol qəzasında tələf olmuş cavanların (5 nəfər 25-30 yaşlı) üzr mərasimlərində iştirak üçün Lənkərana getdiyimdən fb -də gedən xəstə təxəyyüllü yazılara cavab verməyə imkanım olmayıb… O hadisə tam qanuni idi…ilk atəş acan,Qarabağ omonçusunu ağır yaralayan,harınlanmış quldur yerindəcə öldürülməliydi…belə də oldu..Kaş milli hökumətə qarşı baş qaldıran əclafların,şərəfsizlərin hamısı beləcə ortadan götürüləydi.!!!

  3. Burada heç bir millətlərarası münaqişə olmayıb…Harınlamış əclafın,banditin biri heç bir qanuni tələbə riayyət etməyib,nəşəli-tiryəkli vəziyyətdə ağır söyüşlərlə ona təslim olun! deyənləri təhqir edib.. özü avtomatla qanun işçisinin birini ölümcül yaralayıb…sonra da kadın,uşağı buraxmaqdansa,onların arxasında gizlənib..Talış xalqının adından danışanlar,ayılın…Talış kişi olur..qorxaq arvad yox..

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*