“QARABAĞI UNUDUN”(mu) DEYİRLƏR???!!!

VƏ YA, “BU HAKİMİYYƏTLƏ OLMAZ” TAPMACASI VƏ “DÖVLƏT TƏCRÜBƏSİ YOXDUR” BULMACASI BİZƏ NƏ DEYİR???

————————–

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————-

AXCP sədri Əli Kərimli deyir ki, bu hakimiyyət qaldığı müddətcə Qarabağı azad etmək mümkün olmayacaq və hakimiyyətin dəyişəcəyi günü gözləməyi təklif edir…

REAL təmsilçisi Erkin Qədirli isə deyir ki, müxalifətin dövlət təcrübəsi yoxdur deyə, bu hakimiyyət hələ qalmalıdır və onu dəyişmək olmaz…

Ölkənin iki aparıcı partiyasının rəhbərliyi səviyyəsində ard-arda, eyni zaman kəsimində verilən, ilk baxışdan fərqli görünsə də, bəlli baxış bucağında bir-birini tamamlayan, bu iki açqlamadan gəlinən nəticə budur ki, hələlik Qarabağı unutmalıyıq. Amma bu hələliyin hələ neçə il davam edəcəyi haqda hər iki tərəf susur. Zira birincilərin hakimiyyəti dəyişmək gücü, ikincilərin isə, özlərinin də etiraf etdikləri kimi, dövlətdə çalışma təcrübələri yoxdu…

Oysa, bu açıqlamaların Qarabağla bağlı mitinqlərin başladğı, məsələnin cəmiyyətin və beynəlxalq ictimaiyyətin gündəminə gəldiyi bir zamanda ortalığa atılması, Qarabaq uğuruna ayaqlana bilmək yolunda xalqın ruhunun öldürülməsinə və prosesin əngəlləməsinə hesablanmayıb ki?!!…

Hər halda, bu, sadəcə mənim subyektiv qənaətimdir. Amma bu qənaətin gerçəkliklərlə nə qədər uzlaşdığını zaman göstərəcək. Yaşayarq, görərik, təki bir sağlq, bir də azadlıq olsun!!!…

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*