“QARDAŞ, ATASINA RƏHMƏT İTLƏRİN, YAMAN DƏYİŞDİRİR YAL ADAMLARI.”!!!

“AXTARSAN TAPMAZSAN HEÇ MUZEYDƏ DƏ, 

BU QƏDƏR SİFƏTİ SAL ADAMLARI.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Elə mütiləşib əl quzusutək,
Qovğa adamları, qal adamları.
Yorulmur yalançı bəy tərifindən,
İclas adamları, zal adamları.

Danışır amma ki, sözündə deyil,
Bu dünya, bu aləm gözündə deyil,
Baxırsan görürsən özündə deyil,
İndi hal aparır, hal, adamları.

Uyub havasına yağlı fitlərin,
Dalına daş qoyduq çox ümiddərin,
Qardaş, atasına rəhmət itlərin,
Yaman dəyişdirir yal, adamları…

Dəlilmi gəzirsən al, sənə, dəlil,
Gör kimə yas tutur ağıldan zəlil,
O boyda Sabirnən, o boyda Cəlil,
Öyrədə bilmədi mal adamları.

And içir qızıldan urana kimi,
And içir İncildən Qurana kimi,
Dişimin hamsını qırana kimi,
Tanıya bilmirəm kal adamları.

Oxşayır Məcnuna, hətta Zeydə də,
Çoxdu həm Güneydə, həm Quzeydə də,
Axtarsan tapmazsan heç muzeydə də,
Bu qədər sifəti sal adamları.

Kim çıxıb bu qılınc, bu da at, deyib,
Nənəm hər nağılda bizə yat deyib,
İllərdi adına deputat deyib,
Yığmışıq bir yerə lal adamları.

Nə qədər zəhəri öyəcəksiniz,
Bir gün özünüzə söyəcəksiniz,
Sonra başınıza döyəcəksiniz,
Qoruyun vaxtında bal adamları.

Başdan bulananda durulmur ki, ab,
Mən bu cür işlərə gətirmirəm tab,
Sizdən bir ricam var, möhtərəm cənab,
Qabağa çəkməyin dal adamları…

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*