QAZAX POLİSİNİN TAMAMI İSTEFAYA GÖNDƏRİLMƏSƏ … !!!

… BU QAN DA BATACAQ VƏ SİSTEM NÖVBƏTİ QANLARA HAMİLƏDİ DEMƏK !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Qazax Rayon sakini Elmir Mirzə oğlu Axundov polis şöbəsinə izahat vermək adıyla çağırılib, orada döyülərək öldürülüb. Qazax Polis Şöbəsinin rəisi Ədalət Əliyev rayonda “Skoç Ədalət” kimi tanınır. Camaatın əlini ayağına arxadan skoçlatdırıb, işgəncə verdiyi deyilir.

———————————————————————–

P.S.

Fb-NİN GÜNDƏMİNDƏN

Bir dəfə Saakaşvili, heç kimin gözləmədiyi anda, Gürcüstanla Azərbaycanın sərhəddindəki gömrük məntəqəsinə gələrək, öz gözləri ilə gördüyü vəziyyətdən dəhşətə gəlmiş və elə ordaca Gürcüstan gömrüyünün həmin məntəqədə çalışanlarının tamamını işdən azad etmişdi.

Bu günlərdə “Qazaxda Qətl” dramının təfərrüatlarına vaqif olduğumda xatırladm bu hadisəni və …

… və məncə Qazax polisində çalışanların tamamının, ya nazirin bir əmri, ya da prezidentin bir sərəncamı ilə dərhal istefaya göndərilməsi lazımdır. Bu həm də ona görə vacibdir ki, qətllə bağlı hüququ proses məntiqi sonluğa raharlıqla vara bilsin. Bu sonluq, XXI əsrin ab-havasını korlayaraq, polis idarələrini öz mahiyyətindən çıxarıb, millətin qorxulu röyasına çevirmiş orqan əməkdaşlarına (“skoç”lara, “skot”lara və sairlərə ) görk olmalıdır…

Hər halda, bu da mənim təklifimdi, duyularmı, duyulmazmı, orası duymalı olanlara qalsın. Belə !!!!!!!!!!!!!!!!!!

Buna da baxın hələ, qiymət vermək hər kəsin öz işidi !!!!!!!!

Qazax rayon polisləri tərəfindən qətlə yetirilən Elmir Axundovun bacısı Ülviyyə xanımın müsahibəsi.

Qazax rayon polisləri tərəfindən qətlə yetirilən Elmir Axundovun bacısı Ülviyyə xanımın müsahibəsi.

Posted by Ali Oguz on Friday, 28 September 2018

 

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*