“QEYRƏTİ LÜĞƏTDƏN SİLİB ATIBLAR, TÜPÜRÜB YALAMAQ DƏRSİ KEÇİRLƏR…

YALTAQLAR, MƏDDAHLAR QUYRUQ DÜZƏLDİB,

SONRA DA BULAMAQ DƏRSİ KEÇİRLƏR.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ayaz ARABAÇI

11 aprel 2018

Kürsü dəllalları, pul hərisləri,
Vətəni talamaq dərsi keçirlər.

İndi könülləri, indi canları,
Odlara qalamaq dərsi keçirlər.
Qeyrəti lüğətdən pozub atıblar,
Tüpürüb yalamaq dərsi keçirlər.

Qızıl zənn etməyin içi misləri,
Tanıyın vaxtında bütün pisləri,
Kürsü dəllalları, pul hərisləri,
Vətəni talamaq dərsi keçirlər.

Çıxıb butulkadan cin oyun ilə,
Minib belimizə din,oyun ilə,
Bir arxın suyunu min oyun ilə,
Yüz arxa calamaq dərsi keçirlər.

Dərd məni canımdan qovub çıxardıb,
Gözümün suyunu sovub çıxardıb,
Bülbülü səhnədən qovub çıxardıb,
Bayquşlar ulamaq dərsi keçirlər.

Başını götürüb gedəsən hara..
Onsuz da heç yerdə sağalmır yara.
Tikan müəllimlər gül balalara,
Qanatmaq, dalamaq dərsi keçirlər.

Gör kimlər dollardan bayraq düzəldib,
Gör kimlər kimlərə buyruq düzəldib,
Yaltaqlar, məddahlar quyruq düzəldib,
Sonra da bulamaq dərsi keçirlər…

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*