“QOCA VƏ TAQƏTSİZ HÖKUMƏTİ DƏYİŞMƏKDƏNSƏ, GƏLƏCƏK NƏSİLLƏRİN “CİBİNƏ GİRİRLƏR”!!!

“Belə çıxır ki, dünyada 3 şey sərhədsizdir:

1. KAİNAT; 2. ALLAHN SƏBRİ;  3. YAP-IN NƏFSİ “!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ali N. ALİYEV

22 noyabr

“SİZ DAĞIDIN, ƏHALİ YERİNİ DOLDURSUN”

—————————————————————————————————————————-

2013-cü il dövlət büdcəsi xərclərinin 60%-nin necə xərcləndiyi bilinmir (“faktxeber.com” – 04 Sentyabr 2013)

——————————————————————————————————–

Gələn il üçün əsas maliyyə sənədimiz – büdcə qanunu müzakirə edilir. Geniş təhlili bir qədər sonra edəcəyəm. Lakin əsas diqqəti cəlb edən bir neçə müddəaya münasibət bildirmək istəyirəm: 

– Bu fərsiz hökümət gələn ilki xərclərin təqribən yarısını (9 milyard manatdan artıq vəsaiti) gələcək nəslə məxsus Neft fondundan götürür. Qoca və taqətsiz höküməti dəyişməkdənsə, gələcək nəsillərin “cibinə girirlər”…
– 2 əvvəlki il 4-5 milyardla kifayətlənən müəlliflər, seçki ilində bu vəsaiti nədən 2 dəfə artırıblar? Bəlkə seçkidə gözlənilən “kənar xərclər”in artacağından, belə qərar qəbul olunub? Qərbli, Şimallı, Cənublu qonşularımızın kefidir…
– Nədən ən asan pul yuyulan sahə – tikintiyə yenidən 5 milyard ayrılıb? Seçki ilə əlaqəsi yoxdurmu?
– 1 milyard subsidiya da deyəsən korrupsiyanın güdazına gedəcək…
– Büdcənin təqribən 40%-nin hara xərclənəcəyi isə heç görünmür…
– Ölkə paytaxtı vergi daxilolmalarının 96%-dən çoxunu ödəyir. Bu illər ərzində “Regionların inkişafı” proqramı adı altında göyə sovrulan 50 milyard manat hara xərclənib? Bu ciddi sərmayə kimlər tərəfindən dağıdılıb? Əgər ölkə neftin və paytaxtın ümidinə buraxılacaqdısa, bu proqram nəyə lazım idi? Bunun cavabdehi varmı? …
– 2.2 milyard manat, büdcənin 10%-dən artığı, xarici borc və faizlərin ödənilməsinə yönəldilirsə və “bizim pulumuz çoxdur” deyilirsə, bu israfçılıq nəyə xidmət göstərir? Bəlkə faiz ödədiyimiz banklarda da hakimiyyətin marağı var? Elə deyilsə, nəyə görə gündən-günə daha çox borclanırıq?…
– 0,862 milyard manat digər xərclər qrafası ilə hara xərclənəcək? …
– Xəstəxanalara müraciət edənlərimiz dərman və digər zəruri məhsulları özləri alırsa, gələn ildən sığorta səhiyyəsinə keçilməsi nəzərdə tutulursa, 0,556 milyard vəsait hara yönəldiləcək? …
– Belə israfçılıq fonunda əhalinin 0,3 milyard cərimələrə cəlb edilməsi planına nə ad qoyaq? Siz dağıdın, əhali yerini doldursun? …

Bir sözlə, YAP-ın “tərifli” siyasəti növbəti maliyyə ilində də əhalinin ziyanına – YAP-ın növbəti seçkidə qalibiyyəti üçün kənar xərclərə, əhalinin vəziyyətinin isə ağırlaşmasına hesablanıb. Çünki maaş və digər ödənişlər üçün nəzərdə tutulan vəsaitin həcmi əsasən dəyişməyib, ötən ilki səviyyədədir. Bu isə o deməkdir ki, maaş və təqaüdlərin miqdarı dəyişməyəcək. Ola biləcək xırda qəpik-quruşu isə artıq bu ilki inflyasiya həzm edib. 

Maraqlı bir detalı da qeyd etmək lazımdır. Bu il neftin qiyməti 50 ABŞ $ məbləğində cari büdcə qanununa daxil edilmişdi. İl ərzində isə neftin qiyməti orta hesabla 57-58 $ qiymətinə satılıb. Bu fərq kimlərin cibinə gedir? Bəlkə şəhərin mərkəzindəki köhnə binaların hövlnak “abadlaşdırılması” artıq qalan vəsaitin yuyulması əməliyyatıdır? Çünki təcrübə göstərir ki, adətən bu əməliyyatın izinin itirilməsi üçün belə binalar buldozerin ağzına verilir. 

Nə isə… YAP hakimiyyətinin vəzifəsi sanki xalqın vəsaitinin və ehtiyatlarının dağıdılmasıdır. Belə davranışın hansı hissdən törədiyini deməkdə çətinliyim var, bunu etiraf edirəm. Axı, hər bir işin bir əndazəsi və sərhəddi olmalı idi. Belə çıxır ki, dünyada 3 şey sərhədsizdir:

Kainat, Allahın səbri və YAP-ın nəfsi. Amma yox, Allahın səbrinin mütləq həddi var. İnanıram ki, biz bu xəttin şahidi olacayıq. İnş Allah.

———————————————————————————

P.S.

BİZ, 25 İLİN ÖTƏSİNDƏ, “BALALARIMIZIN ÇÖRƏK PULU” BƏHANƏSİ İLƏ, ONLARIN GƏLƏCƏYİNİ SATMIŞ TOPLUMUQ!!!
BİZ  “BALALARIMZA TƏHSİL VERİRİK” BƏHANƏSİ İLƏ, ONLARI ELMSİZ VƏ SAVADSIZ BURAXMAQ BAHASINA, 25 İLİN ÖTƏSİNDƏ GEYDİRMƏ UNİVERSİTETLƏRİ VƏ XİYAR MÜƏLLİMLƏRİ SAXLAMIŞ XALQIQ!!!
ARTIQ,  NƏ BALALARIMIZIN GƏLƏCƏYİ VAR, NƏ DƏ ONLARIN, ÇAĞDAŞ DÜNYA İLƏ AYAQLAŞARAQ, BU FƏLAKƏTDƏN KƏNDİLƏRİNİ QURTARA BİLƏCƏK ELMİ, SAVADI!!! …

Sərdar ƏLİBƏYLİ  

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir