QOY, YALTAQ ZÜMRƏNİN NAMI UCALSIN…

BU SƏRSƏM GEDİŞDƏN TARİX UTANSIN !!!

O TAHİRDƏN…

Tahir Kərimlinin Milli Məclisdə gərgin çıxışı (1993-cü il)

6 819 просмотров

BU TAHİRƏ !!!

Tahir KƏRİMLİ: “Bəlkə prezidentin oğlu Qarabağı azad etdi, sənin də orada meyidin qaldı” 

6 645 просмотров

“KİMLƏRƏ QALDI DÜNYA, UTANDI ÖLDÜ DÜNYA” !!!

Hakimiyyətə bütövlükdə və hakim ailəyə  yaltaqlanan deputatların da, bütün dərələrdən, təpələrdən olan, YAP-çı, HAP-çı, MAP-çı, GOP-çu, TOP-çu yaltaqların da eşşəyini Tahir Kərimli öldürdü. Dünyanın hələ də mat-məəttəl vəziyyətdə izləməkdə olduğu və kürreyi-ərzin nə hikmətini, nə də mahiyyətini qanammadığı yaltaqlıq yarışmasının bir anda önünə çıxan Tahir bəyin bu xüsusda göstərdiyi performans, ölkənin içində və dışında geniş müzakirələrə səbəb olmaqla yanaşı, cəmiyyətimizin bu qəbildən olan kəsimində böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Yaltaqlıq cəbhəsində uzun sürən mübarizələr şəraitində liderliyi ələ keçirmiş Tahir Kərinlinin bu uğuruna sevinməmək mümkün deyil. Özünü bu cəbhənin əsgəri sayan çoxminli soydaşlarıma və yurddaşlarıma, öz yeni liderlərinə layiq olmağı arzulayır, onun arxasınca yetişə bilmək üçün, son nəfəslərinədək  var gücləri ilə yürüyə bilmək gücü diləyirəm.

Qoy, yaltaq zümrənin namı ucalsın,

Şair arxanızca mat-mat boylansın,

Çatsın qaşlarını, xəyala dalsın, 

Bu sərsəm gedişdən tarix utansın. !!!

Sayğılarla: 

Sizin Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

 

3 şərh

  1. Rəhim Qazıyev:
    “Müxalif düşərgədən İlham Əliyevə biət edib, onun hər yerini öpməyə hazır olduğunu çox cəsarət və şəxsinə yaraşan ləyaqətlə elan edən deputatxana qurdu Tahir Kərimli,deputatxanadakı digər həmkarlarına,bütün YAP-çılara,Kamilxan xalaya,Daşkəsən və digər rayonların saqqalları ağarmışlarına, hətta Hadı Rəcəbliyə,Zahid Oruca,Elman Nəsirova,Siyavuş Novruzova yaltaqlıq məktəbinin tarixində və proqramında olmayan elə bir MASTER KLASS göstərib ki, adlarını yuxarıda qeyd etdiklərim, girməək üçün növbədə duranların hamısı şoka düşüb, tüstüləri başlarından çıxır. Bərəkallah, bax belə də davam et. Çörəyin, yağın, pendirin və hətta süfrənin üstündə qara-qırmızı ikran da olacaq. Bax, məndən deməsi, estafeti əlindən vermə, Hadıdan, Elmannan və çörəklərinə bais olduğun o birilərindən də ehtiyatlı ol, səni arxadan vurmasınlar. Çalış, gələcək çıxışlarında özünə məxsus REKORDU özün təzələyəsən, şərəfsiz!!!”

  2. Rəhim Qazıyevin yadından çıxib ki,Surət qiyaminda Milli MəclisdəTahir bəyə deyirdi ki,işin omasın,bu alçaq Elçibəyi qoy yıxaq. Çox sağ ol,Rəhim! Tahir bəyin 90-ci il məhkəməsində uşağini ağir xəstə vəziyyətdə qoyub,gəlib sənə ictimai vəkillik etdiyinə,sonradan tutulanda Deputat kimi birinci olaraq bu iqtidara buraxilmağin üçün rəsmi müracıət etdiyinə görə-əvəzini yaxşi verirsən.

  3. Xainləri lider təbliğ olunan yazıq millət. Tahir Kərimli Əbülfəz Əliyevin Tahiri və xalq hakimiyyətini satmağına üsyan etdi. Nə də ki, əqidəsinə görə insana sitayiş edən deyildi və Əbülfəz qarşısında sədaqət andı içməmişdi ki, ona xain çıxa. Amma xalqın satılmasının qarşısını almaq üçün hayqırırdı. İndi xainlərin adını Tahir Bəyə qoymaqla əks təbliğat gedir. 25 ildir ki, deyirlər Tahir Kərimli Əbülfəz bəyin qovduğu adamları işinə bərpa edib. Halbu ki, heç kim bir nəfər də bərpa edilən adamın adını çəkə bilməz. Lakin, məhz Əbülfəz bəy mafioz Abbas Abasovu, Rəsul Quliyevi, Müzamil Abdullayevi işlərinə bərpa edib. Bu 25 ildə aparılmış yalan və böhtanın qarşısını necə almaq mümkündür? 25 il şər maşınının inandırdıqı minlərlə insanı yalan iftiralardan necə döndərmək olar? Dərin düşüncəsi olmayan bu adamları necə bu şirin yalandan döndərib həqiqətə inandırmaq olar? Yazıqlar olsun bu vətənə, bu millətə qəhrəmanını xain yapan, xainini qəhrəman edən sözdə Millətdən, vahid Azərbaycandan danışıb işdə bu millətin inamını qıranlara inananlar heyif sizdə Heyif bu Millətin azadlığı, Qarabağı üçün aparılmış mübarizədən. M. Ə. Rəsulzadə deyirdi ki, “Bir millətin vermiş olduğu haqqı kimsənin kimsəyə verməyə haqqı yoxdu”. Əbülfəz Əliyev isə millətin vermiş olduğu haqqı – prezidentliyi təhvil verib xalqın çox illik mübarizəsini daşa vurdu, inamını qırdı. Qoy bu şəxs sizin sitayiş yeriniz olsun.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*