QUL OLANLARDAN QULLUQÇU OLMAZ, ZİYALI HEÇ OLMAZ !!!

“Qullar özləri üçün yaşamırlar – onların həyatda ən ümdə məqsədi sahibinə xidmət etmək və onu razı salmaqdır”.

“… Belə təəssürat yaranır ki, insan zorən qul olmaq istəyir. İstəyir ki, mütləq qarşısında kimsə olsun və onu idarə etsin. Çünki, bütün ixtiyarını sahibinin əlinə verib – özü də guya öz aləmində şad-xürrəm yaşayır. Dərk etmir ki, yaşadığı ömrü, həyatı ona ağası biçib, dərk etmir ki, yediyi də, içdiyi də özünün deyil. Bəzən özü də ağasına xoş gəlmək üçün canla-başla ona xidmət edir. Öz haqqını tələb edən, yaxşı yaşamaq istəyən insanların üzərinə hücuma keçir – təhqir edir, alçaldır. Sonra da həyatından məmnun şəkildə gözləri ağasını axtarır. Bu tip insanlar çox paxıl olur. Onlar istəyir ki, ətrafdakılar da onlar kimi olsun, sınsın, hər gün təhqirə məruz qalsın.

İnsan qul olduğunu dərk etdiyi gündən etibarən o yaxşı qul ola bilməz. Ona görə onu daim əsarətdə saxlamaq və fasiləsiz alçaltmaq lazımdır.

Qullar özləri üçün yaşamırlar – onların həyatda ən ümdə məqsədi sahibinə xidmət etmək və onu razı salmaqdır. Qul üçün dəyərli bir şey yoxdur, o funksional varlıqdır. Qul səhv etməkdən qorxur, o daim cəzalanacağı qorxusu ilə yaşayır, çünki uşaqlıqdan belə tərbiyə olunub. Qulların beyni hər zaman məşğuldur, sahibləri onları başqalarına hücum etdirir, buna görə də qulun özünə vaxtı qalmır.

Qulların ideyası olmur, amma onlar daim hansısa münaqişənin tərkibi olmaq istəyirlər, özləri heç nə yaratmır, çünki onlara özünütəsdiq lazımdır ki, özlərini başqalarına sübut edə bilsinlər. Onların həyatı imitasiya xarakteri daşıyır – onları daha çox kənardan sahibinin gözünə necə göründükləri  narahat edir, nəinki azad olmaları. …”

Faiq Ağayev Anar və Çingiz Abdullayevin kitablarını yandıranlara SƏRT REAKSİYA verdi

 

“ZƏMANƏ QULLARI”-ndan parça “Ayna”)

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*