“QURBAN MƏMMƏDOV CƏMİYYƏT ÜÇÜN QORXMAZLIQ ÖRNƏYİDİR, SİMVOLUDUR” !!!

Qurban MƏMMƏDOV:

“Sular durulanda onlar Əli Kərimlinin nə qədər uzaqgörən olduğunu biləcək və indiki əməllərindən utanacaqlar.”

————————————————————-

Əli KƏRİMLİ:

“Qurban bəyə fürsət yaratdılar ki, “şərin repressiyası qarşısında sonadək necə məğrur dayanmalı?” mövzusunda 10 minlərlə insana praktik təlim keçsin. “

———————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

ALLAH(c.c) utandırmasın, AMİN!

 Fb-NİN GÜNDƏMİNDƏN

Ali KARİMLİ(Əli KƏRİMLİ)

5 июня 2013

Qurban Məmmədov yalnız prinsipial və peşəkar vəkil deyil, həm də rejimin ən cəsarətli tənqidçilərindən və demokratik dəyişikliklər uğrunda xalq hərəkatının təşəbbüskarlarından biridir. Qurban bəy hər fürsətdə rejimi ifşa edirdi, xalqı mübarizəyə səsləyirdi. Rejim onu siyasi mövqeyinə və fəaliyyətinə görə həbs etdirib. Qurban Məmmədov siyasi məhbusdur. Xalqın fəallaşmasının və müxalifətin birləşməsinin hakimiyyəti narahat etdiyi son zamanlar daha aydın hiss olunur. Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir. Amma onu nəzərə almır ki, cəsarətli ictimai-siyasi xadimlər də həbs, döyülmək, hədə, böhtan, şantaj qarşısında geri çəkilməməklə cəmiyyət üçün qorxmazlıq örnəkləri yaradırlar, simvola çevrilirlər. Hələ bir görün, Qurban bəy həbs olunacağını bildikdən sonra öz facebook səhifəsində nə yazıb.

Qurban Mammadov: “Rejim mənim həbsimə sanksiya verib. Uydurma şahidlərlə məni həbs etmək istəyirlər. Mübarizəmin həbs mərhələsi başlaya bilər. Hamı bilsin ki, bu cinayətkar rejimə qarşı mübarizədən döndü yoxdur. Biz Kərbalada şəhid olan Həzrəti Hüseyndən və onun körpə övladlarından dərs almışıq. İndidən hamı bilsin: məni öldürsələr belə, cənazəmə toplaşan adamlar bu birlikdən rejimə qarşı istifadə etsinlər, tabutlar önəmli deyil.

“Mübarizə bu gün də var, yarın da. Biz də onun ən ön sıralarında”.

Qurban bəyin bu sözlərini oxuyanda fikirləşdim ki, hökumət daha bir səhv etdi. Qurban bəyə fürsət yaratdılar ki, “şərin repressiyası qarşısında sonadək necə məğrur dayanmalı?” mövzusunda 10 minlərlə insana praktik təlim keçsin. Artıq nə həbslər, nə də fiziki vəhşiliklər bu milləti durdura bilər. Bu millət azad olmaq, insan kimi ləyaqətlə yaşamaq istəyir.

2 şərh

  1. Yazıya baxdım.Ele bil hansısa meclisde oturub,bir-birilerine sağlıq deyirler.Böyüklerimiz nece de doğru buyurub.Birini terifliyende ele terifle ki,axırda peşiman olmayasan.Ve ya pisliyende ele pisleginen ki,sonra utanmmayasan.Eli Kerimli qaranlıq otaqda liderliye can atır.Gec-tez otaqda işıqlar yanacaq.Buna heç kesin şübhesi olmasın!Onda kimin kim olduğunu el bilecek.
    E.Kerimli qeder Azerbaycan Milli Azadlıq Herekatın Lideri ve eks-prezident Ebülfez ELÇİ BEY başda olmaqla müxalifete xeyanet eden olmayıb.
    ELÇİ BEYe bilerekden ve ya bilmeyerekden xeyanet edenlerin durumu ortadadır.
    Hele harasıdır!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*