RƏHİM QAZIYEV SİYAVUŞ NOVRUZOVU YERDƏN YERƏ VURDU!!!

SABİQ NAZİR “DƏLİYƏ YEL VER, ƏLİNƏ BEL”, yaxud “UTANMASAN OYNAMAĞA NƏ VAR Kİ” – DEDİ !!!

“Yeni Çağ” saytının bu günki sayında təsadüfən Araz Zeynalovun “Səyavuş Novruzov sabiq naziri yıxıb sürüdü” sərlövhəli yazısını oxudum. Zamanında YAP-n qapısında güdükçülükdən hüquq elimləri doktoru rütbəsinə qədər yüksəldilən, daimi təyinatlı deputat kimi imtiyazlarla mükafatlndırılan Novruzov Siyavuş növbəti dəfə də, xislətinə və səviyyəsinə uyğu olaraq, məclis kürsüsündən gerçək bir “alim” kimi danışıb, həqiqi bir “Millət vəkili” kimi, Müdafiə naziri postuna mülki şəxslərin gətirilməsi ilə bağlı olan təkliflərə öz iradını bildirib:

“Vaxtilə Müdafiə naziri postuna riyaziyyatçı gətirilmişdi. Adını da məclisə layiq olmadığına görə, çəkmək istəmirəm. Məhz onun təyinatından sonra ölkənin hansı vəziyyətə düşdüyünü də gördük. Buna görə də bu posta mütləq professional hərbiçi gətirilməlidir. Mülki şəxsin gətirilməsi ilə bağlı olan təkliflər də qeyri-ciddidir və buna ehtiyac yoxdur”.

Müdrük Atalarımız yaxşı deyiblər – “Dəliyə yer ver, əlinə də bel”, yaxud “Utanmasan oynamağa nə var ki” –  Ay binəva Siyavuş, sən YAP-ın kölgəsində yatib, ağlına gələni sayaqlayırsan, utanmaq yox, qızarmaq yox. Təbii, sənin kimisinə cavab verməyə dəyməz və aşağıda qeyd edəcəklərim isə, səviyyəli, vicdanlı, vətənpərvər oxucuların oxuması üçündür! Amma, Novruzov  Siyavuş, bəzən dəlidən doğru sözlər də çıxır, çox düzgün olaraq, sənin kimi birisinin, daimi təyinatlı deputat olduğun məclisdə mənim adimı çəkməyə utanmısan. Lakin, riyaziyyatçı, mülkü adamın 11(on bir)ay Müdafə Naziri olduğu müddətdə görülən işlərin, əldə olunan uğurların qısa xülasəsini möhtərəm oxuculara xatırlatmağı zəruri hesab edirəm.

1. İndi sizin yenidən qaytarmaq həsrətilə yandığınız, bu canfəşanlığına görə sənə ORDEN vermiş Rus İmperiya ordusunun bütün əmlakını milliləşdirərək, işğaçıları ərazilərimizdən çıxardıq.
2. Dağlıq Qarabağın ümumi ərazisinin 52%-ni şərəfsiz düşməndən azad etdik.
3. Gülüstanı, Gədəbəydə Başkəndi, Laçının 67 yaşayış məntəqəsini geri qaytardıq.
4. Azərbaycan MN-nin SQ-nin maddi texniki bazası, infrastrukturu, quru qoşunları, Hərbi Dəniz Donanması, ruslar tərəfindən tamamilə dağıdılıb yararsız hala salınmış Hava Hücumundan Müdafiə sistemi bərpa olunarq hava hüdudlarımızım müdafıəsı təmin edildi.
5. MN SQ-nin 09 oktyabr 1992-ci ildə möhtəşəm hərbi paradı keçirildı və s.

 İndi isə 24 ildir şəriki, ortağı – analoqu olmayan, icraçı katibi də Novruzov Səyavuş olan,  YAP iqtidarının ölkəmizə – xalqımıza göstərdiyi xidmətə, gördüyü tük ürpədən işlərə ötəri nəzər alaq.    

1. 1993-cü ilin iyunundan noyabır ayına kimi olan müddətdə AĞDAM, AĞDƏRƏ, FİZULİ QUBADLI, CƏBRAYIL, ZƏNGİLAN bölgələri ildırım sürətilə düşmən tərəfindənişğal edildi!(???)
2.Həşəmətli general(ınız) Məmmədrəfi Məmmədov MN təyin edildi -qısa müddətdən sonra, yəni, 1994-cü ilin fevral ayında bədnam “Mürov”əməliyyatında, cəmisi 3-4 günün içərisində 4500 18-20 yaşlı əsgərlərimiz məhv edildi.
3. Bu biabırçı məğlubiyyətin dalğasında, bu gün də davam edən, hamımıza utanc gətirən Bişkək “atəşkəs protokolu” imzalandı. Bütün bu məğlubiyyətlərdən xəcalət çəkməyən müdafiə naziri, prefessional hərbçi(niz), general(ınız) Məmmədrəfi Məmmədov Moskva ətrafında daşından qumuna kimi Bakıdan daşınan inşaat materialları ilə möhtəşəm villa tikdi və yığdığı paralarla indi də həmin villasında şad-xürrəm yaşayır.
4. 1995-ci ilin martından 2013-cü ilin sonlarına kimi “danılması qeyri-mümkün olan Hərbi uğurlarına” görə polkovnikdən  general-polkovnik rütbəsinə yüksəldilən, orden-medallarla təltif olunan, qüdrətli oliqarxa çevrilən Səfər Əbiyevin xaricdəki ünvanını və dəbdəbəli həyat tərzini yəqin ki, Novruzov Siyavuşun özü də hamıdan yaxşı bilmiş olar!?
5. Bizin hakimiyyət dönəmində bir qutu siqaret almağa pulu olmayan, qəpiyə güllə atan (Siyavuş, unutma ki, mən Nəcməddin Sadıqovun indi hansı maliyyə imkanlarına malik olduğunu çox yaxşı bilirəm!), 23ildir Baş Qərərgah rəisi olan, polkovnikdən  general-polkovnikəcən  yüksəldilən Nəcməddin Sadıqovun, bu müddətdə, heç olmasa bircə dənə, kiçicik də olsa, hərbi uğurundan danışasan bəlkə?!

İnsan nə qədər utanc hissindən məhrum olmalıdır ki, 24 il hakimiyyətdə olub xalqı, Dağlıq Qqarabağ problemini bu gükü acınacaqlı duruma salan rejimin nümayəndəsi olaraq, on bir ay vəzifədə olub, sizin təyin etdiyiniz zər poqonlu, ordenli-medallı generalların(ızın) hamısının birlikdə gördükləri işlərdən, xalq üçün on dəfələrlə artıq, həm də  uğurlu iş görənin ünvanına, olmayan sözləri, ağlına gələn həyasız hədyanları söyləyəsən.

Novruzov Siyavuş!

Mən hələ HACI MƏMMƏDOVUN, ELDAR MAHMUDOVUN, AKİF ÇÖVDAROVUN, ELÇİN QUYLİYEVİN, İLQAR ƏLİYEVİN, VƏLİ ƏLƏSGƏROVUN, ƏHMƏD ƏHMƏDOVUN, ZİYA MƏMMƏDOVUN, ƏLİ ABBASOVUN, FAZİL MƏMMƏDOVUN, CAHANGİR HACIYEVİN və onlarla bu qəbildən olan YAP-ın yetişdirib millətin şah damarına yapışdırdığı, poqonlu-poqonsuz generallar(ınız)ın, mahiyyətdə isə bu millətin qanına, malına, canana susamış vampir xislətli simasız quldurlar(ınız)ın üfunətli cəmdəklərini tərpətmirəm. Ayıbınıza kor olun barı. Sən də olmayan ağlını boş başına yığ, ağzını ayaq yoluna qoyub boş-boş zəvzəmə!!!

Rəhim QAZIYEV

sabiq müdafiə naziri

—————————————————————————————————-

P.S. 

 

 

1 şərh

  1. Siyaquşdu,nəmənədi o qədər murdardı ki,Rəhim bəy onu yerdə sürüməklə yeri-müqəddəs toprağı murdarlıya bilər.Onun kimilərinin yeri Balaxanı zibilliyidir.Elələri MM deyilən bir quruma üz qarasıdır.Nə yazıqlar bizə ki,bizim MM-də siyavuşlar çoxdur.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*