SƏMƏD SEYİDOVU AVROPADAN QOVDULAR!!!

SIRA OĞURLANAN MİLYARDLARI SAYMAĞA GƏLDİ !!!

—————————

Sərdar ƏLİBƏYLİ

—————————

Səməd Seyidovun arzusu nəhayət ki, çin oldu, adam lap bu yaxınlarda bildirmişdi axı, “belə AŞ PA mənə lazım deyil” – deyə. Bu gün onun bu istəyi AŞ PA tərəfindən layiqincə dəyərləndirilib və Səməd Seyodovun AŞ PA-ya və yəqin ki, Avropaya da yolunu qapadıblar. Ən azı, yaxn 10 ildə, oralara üzükə bilməyəcək…

Olsun, nəyi pisdi ki? Ən azından adamcığazın canı, illərdən bəridir ki, oralara çamadanlarla para-pul, asetirin-kürü, qızıl-brilliant daşmaqdan, buralarda da otellərə fahişələr ayarlamaqdan qurtardı…

Hələ bu kirli işlərdən canının qurtulacağı günü səbirsizliklə gözləyən nə qədər ərkanlılarımız var, bircə bilsəniz. Hələlik isə, sabahdan etibarən qəzetlər, sosial media və xəbər saytlar, ilk iş olaraq, Səməd Seyidovun bu uzun trafikdə çırpışdıra bildiyi milyonları, bəlkə də milyardları hesablamağa çalışacaq və xəbər səhifələrinin manşetlərinə daşımağa başlayacaqlar. Adam bayağı uzun bir zaman kəsiyində xəzinəyə giriş və  təhləl hesabına sınırsız miqdar pul götürə bilmək səlahiyyətinə sahib olan tək kişilərdən biri olub. Oysa, bir mənada milyonlar da, milyardlara da əl qoymaq imkanları da hər kəsdən çox olmalıdır. Baxaq görək, burdan neçə milyard əskik çıxacaq?!

————————————————————————————-

P.S.

SƏMƏD SEYİDOVU AVROPADAN QOVDULAR! – Şok! 

semedseyidov71489558259

Avropa Şurası Parlament Assambleyası (AŞPA) korrupsiyada şübhəli bilinən deputatlar barәdә sanksiya qәrarı verib. AzPolitika.info-nun məlumatına görə, bu barədə AŞPA-nın Almaniyadan olan deputatı Frank Şveyb öz “Facebook” səhifəsindən məlumat yayıb.

Məlumatda bildirilir ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə bəzi deputatların korrupsiyaya bulaşmasına dair cox ciddi siqnallar daxil olub. Buna görə də, AŞPA-da Azərbaycanla bağlı korrupsiyanı araşdıran müstəqil komitə Səməd Seyidov başda olmaqla 4 deputatın – Aqramunt, Preda və Xuclanin mandatının 2 ildən 10 ildək dondurulması barədə sanksiya qərarı verib.
Bundan əlavə onların başqa Avropa strukturlarında təmsilçiliyinə də qadağa qoyulduğu bildirilir.

Komitənin qərarı yekun deyil. Daha ətraflı rəsmi məlumat sabah yayılacaq.

AzPolitika.info

15. 05. 2018

2 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*