SƏRDAR CƏLALOĞLUNU NİYƏ DAŞ-QALAQ EDİRLƏR???!!!

TARİXİN BƏDNAM DƏRSLƏRİNDƏN VƏ MƏŞUM FİASKOLARDAN YORULMADINIZMI, CƏNABLAR???!!!

————————–

Sərdar ƏLİBƏYLİ

————————–

Anlamadım ki, bu Sərdar Cəlaloğlu məsələsi nə yaman uzandı belə. Necə deyərlər, ortada fal yox, yumurta yox, bəs bu  qoparılan yayqara, dartışılan mövzu nədi, niyə adamı belə topa tutublar görən? İrəli sürülən ittihamın və ya iddianın suçmu, günahmı, yanlışmı, ya da cinayətmi olduğunu deyən biri də yoxdu. Nə deyibmiş, nə danışıbmış bu bədbəxtin balası ki, hər gün təzə bir sima, hər gün təzə bir sifət meydana sürülür, əslində hamısı da mahiyyətcə eyni suçlamalar səsləndirməklə, sanki sıralarını soğub, növbətlərini çəkib, yoxa çıxırlar. Prosesin lap başında söyləmişdim ki, bu, hər gün bir az da böyüməkdə olan hakimiyyət daxili savaşların bir göstərgəsidir və nə yazıq ki, proseslərin gedişi növbəti dəfə məni haqlı çıxarmaqdadır. Hətta oyunlar o qədər açıq oynanır, oyunçuların tərəfi o qədər aydın görsənir, qruplar arası sərhəd cizgiləri o dərər rahat sezilir ki, hətta görmə əngəllilərin belə, olub-bitənləri görməmələri, sezməmələri, duymamaları mümkün deyil. Hacı Əbdül, Araz Əlizadə, Ayaz Mütəllibov, Tahir Kərimli və digərləri. Adlar xətlərin haralara uzandığını, oyun mərkəzinin hansı məkana vardığını göztərir zatən. Ayrıca da, bu şəxslərin hər biri, zamanında Heydər Əliyevin ən qatı və ən qanlı əleyhdarları olublar. Amma, yenə də deyirəm ki, ortada nə fal var, nə də yumurta, zira Sərdar Cəlaloğluna tutulan iradın mövzusu, bir siyasətçinin üzərinə gedə bilmək və onu bu qədər gündəmdə tutub, öz ağıllarınca, qınaq obyektinə çevirmək üçün o qədər yetərsizdir ki,  o biri yazıda da dediyim kimi, buna qarğalar belə gülür. Zira Azərbaycanın və Türkiyənin konfederativ əsaslarla birləşə biləcəyi ideyasının tarixi çox qədimlərə varan bir məsələdir. Taa cümhuriyyət dönəmindən başlayaraq, bu təkliflə çıxış edən onlarla siyasi xadimlər olub və günü bu gün də var. Oysa, Sərdar Cəlaloğlunun bu haqda indi danışması niyə bu qədər hay-küy yaratmalıydı ki? Bu, bir siyasi görüş və ya Azərbaycanın dövlət quruluşu və dövlətin bəkası baxımından ortaya atılmış təklifdən savayı bir şey deyil. Yeri gəlmişkən, Sərdar bəy bu təklifinin eynilə prezidentliyə namizədlərin debatı zamanı da dilə gətirmişdi. Ancaq nə digər namizədlərdən kimsənin, o cümlədən də indi hər gün bu haqda açıqlama verərək özlərini lezvalayanlardan bircəsinin çınqırı belə çıxmamışdı. İndi, aylar ötəndən sonra bunlara yuxuda vergimi verildi, ya nə oldu ki, belə sıraya düzülüblər, hər gün biri, ya da ikisi mətbu efirlərdən saçlarını yolur, yaxalarını yırtırlar ki, ay nə bilim, suverenlek belə gəldi, müstəqillik elə getdi, daha nələr, nələr…

Ayaz Mütəllibov müstəqillikdən, suverenlikdən, milli istiqlalını qorunmaq zərurətindən elə danışır ki, görənlərin ürəyi paralanır, gözləri dolur. Azərbaycanda müstəqil dövlətin qurula bilməməsi, millətin istiqlal savaşının qanda boğulması, ölkənin suverenliyinin qazanıla bilməməsi üçün hər şeyi etmiş bu adam,  birdən-birə niyə bu qədər istiqlalçı, suverenlikçi, müstəqillik tərəfdarı oldu ki? Bəlkə ona, hətta Milli Məclisdə qabul olunmuş Müstəqillik Haqqında Kontitusiya Aktını saxtalaşdırmaq cəhdində bulunduğunu biri xatırlatsın. Adam Qurban Məmmədovu da Azərbaycanın əleyhinə danışmaqda suçlayaraq, özünü örnək göstərəcək qədər həyasızlıq etməkdən belə çəkinmir. Qurban Məmmədovun ölkə rəhbərliyinin əleyhinə danışdığı, hakimiyyətə qarşı ciddi müxalif mövqelərdə olduğu  zatən sirr deyil ki. Amma, Ayaz Niyazoviç buna Azərbaycan əleyninə danışmaq deyirsə, özünün Moskvada yazıb, çoxminli tirajla dərc etdirdiyi kitabları və orada Heydər Əliyev barəsində  deyilənləri də yəqin ki, ona xatırladan biri olacaq. 20 ilin ötəsində Moskvanın mərhəmətinə sığınandan sonra isə, Bakıda Heydər Əliyevin məzarı başında göz yaşı tökərək “o mənə ata kimiydi” deyəcək qədər simasızlıq edən bir sabiqin adının qarşısına “prezident” kəlməsinin yazılması belə ayıb olsun gərək. Amma adam ayıbına kor olmalıykən, bu qədər abırsızlığa niyə varsın ki? Demək oyunun mərkəz dairəsindən aldığı  görəv bunu tələb edir. Gündəmin  o biri “qeroy”larından heç danışmağına da dəyməz. Hələ ortadan, yaxın qonşilarının, uzaq qohumlarının  belə tanımadığı təzə deputatlar da  çxıb. Zatən cəmiyyət kimin kim olduğunu yaxşı bilir deyə, görünən kəndə bələdçilik edib, vaxt almaq istəmirəm. Amma net olaraq deyəcəyim bir şey var:

Haçı Əbdül təfəkkürünə dayanan, Ayaz Mütəllibov siyasətinə söykənən, Araz Əlizadə ağlına güvənən, Tahir Kərimli əqidəsuni əsas götürən, Musa Urud şeriyyətinə uyan bir zehniyyətlə sürdürülən siyasətin sonunun fiasko olacağı qaçılmazdır, labüddür. Dəfələrlə demişəm və yenə də təkrar etmək zorundayam ki, tarix sadəcə oxuyub öyrənmək vəsaiti deyil, həm də dərs almaq, ibrət götürmək eimidir. İbrət götürüb dərs almadıqca, tarixin hər zaman təkrar olunmaq şakəri də var.  Tarixin bədnam dərslərindən, məşum fiaskolardan yorulmadınızmı, cənablar.

—————————————————————————

P.S.

Bu arada olub-bitənlərin sezilən daha bir boyutuna da deyinmək ehtiyacı var məncə. Baxın, bu prosesi başladan Hacı Əbdül belə bir şey də söyləmişdi ki, Sərdar Cəlaloğlu Azərbaycanda, Qurban Məmmədov isə Avropada müxalifətin koodinatorluğunu yaprlar. O, sətiraltı olsa da, bir eyhamda da bulunmuşdu ki, Quban Məmmədov məhz bu məqsədlə Avropaya ezam edilib. Kimin ezam etdiyini deməsə də, hörmətli Hacı belə bir fikir də söyləmişdi ki, Məmmədov qardaşları əvvəldən də bu hakimiyyətə işləyiblər, bu gün də o missiyanı davam etdirirlər. Oysa burdan ağlıma takılan iki sualı və də bir təklifi, ritorik də olsa, burdan səsləndirmək istədim:  

1. Əcəba, Sərdar Cəlaloğlunun üzərinə bu qədər yüklənməklə, onu Azərbaycan müxalifətinin gerçək öndəri komumuna gətirmək, ya da, heç deyilsə, bu sifətdə təqdim etmək istəyimi var?

2. Əgər Məmmədov Qardaşları əvvəldən də bu hakimiyyətə işləyiblərsə və indi də bu missiyanı daşıyırlarsa,  o zaman Hacı Əbdülün özü də başda olmaqla, Sərdar bəylə Qurban bəyi daş-qalaq edən bu qoçaqlar mövcud hakimiyyətin əleyhinəmi çıxırlar?

3. Hər halda, burda bir çəlişgi var məncə və bu açıqlamaları sürəkli şəkildə Azərbaycan və rus dillərində yayan, media orqanları, bir də bunu sorsunlar öz qəhrəmanlarına.  

—————————————————————————–

P.P.S.

Sərdar Cəlaloğlunu hədəfə alan medianın yayınladığı kollaj-karikaturada yerləşdirilən kənar əlin üzərinə çəkilmiş bayrağa diqqət edin. Bayraq Böyük Britaniyanın bayrağıdı, Qurban Məmmədov da efirə Britaniyadan çıxır, təsadüdürmü?!!

  

2 şərh

  1. Xanımlar ve beyler niye özümüzü bu qeder yükleyib,incidirik? KİV-i anlamaq olar. Xeber kimi yazırlar.Niye? Ona görə ki, çörek paraları yazı-pozudan çıxır. Allah yollarını açsın. Özlerine müxalifet deyenlere üzümü tuturam. Bir az da babalarımızın qurub, bize miras qoyduqları dövleti düşünek.
    Təbii ki, bu sözler iqtidar sahiblerine de aiddir. Ne bilim rusun, farsın,ingilisin adamı olmaqdansa, Milletin-Türkün adamı olaq da, ne olar? Yabançıların adamı olanların axırı ortadadır. Heç uzağa getmeyek. Ayaz Niyazoviç ortadadır. Bir zamanlar Moskvaya güvenib Ali Meclisde millete barmaq silkeleyirdi. Bü gün ise dövletimizin müsteqilliyinə deyer verir. Bilirsiz niye Moskva, Kremel deyilen şey yoxdur. ÖZ başlarının hayındadılar.
    Azerbaycan Milli Azadlıq Herekatın Lideri ve eks-Prezident Ebülfez ELÇİ BEY-in adı çekilende çoxluq olaraq, xoş sözler deyirler. Ruhu şad olsun. ELÇİ BEY-in illər önce söyledikleri fikirler bire-bir heyatda öz eksini tapır. Bizler niye öz işimizi zora salırıq.
    Tekraren yazıram. Bey son 23 gününü KXCP Sedri Mirmahmud Mirelioğlunu şexsen devet edib, özü dediyi kimi Mirmahmud ağa!Üzr isteyirem oxuculardan. Qan qohumunu, ezizlerini deyil, Mirmahmud ağanı! Ebülfez ELÇİ BEY-i tanıyanlar bilirler,BEY siyasetde varis sözünden heç xoşu gelmezdi. Ona göre de öz hereketlerile bizlere isteyini çatdırırdı.

  2. Tahir bəy dəfələrlə bildirib ki,Türkiyə tək güvənc yerimizdir. Milli Məclisdə elitamızın rus dilli olmasına rəsmi etiraz və üsyan edib. Daim bizi dövlət qura biməməkdə suçlayırlar.Belə zamanda Konstitusiya və Milli Taleyimizə zidd olan konfederasiya ideyasına soyuq Başla baxmaq lazımdir. Tahir bəyi gör kimlər ilə müqayisə edirsiniz. Onun təqsiridirmi bir regiondandır və siz gəlib üstündə yaşadığınız o regiona nifrət edirsiniz. Bir də Sərdardan fərqli olaraq Tahir bəy hər zaman Qurban bəyə simpatiyasını ifadə edib.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*