SEÇKİDƏ RADİKAL MÜXALİFƏTİN İŞTİRAKI OLMAZSA OLMAZA DÖNÜB !!!

Sərdar ƏLİBƏYLİ

HAKİMİYYƏTİN MÜSAVATA BU QƏDƏR EHTİYACI HEÇ OLMAMIŞDI !!!

YAP-ın İlham Əliyevi prezidentliyə namizəd olaraq elan etdiyi son qurultayından sonra seçki ehtirasları bir az səngimiş kimi görsənir. Olsun, amma istər qurultayı qazandıqlarını düşünənlərin sevinmələri, istərsə də məğlub hesab edilənlərin oyundan çıxdıqlarını düşünmək çox tezdi hələ. Oyunun növbəti və daha şiddətli mərhələsinə keçilib sadəcə və sonucların nə ilə nəticələnəcəyi heç bəlli olmaz. Hələ sürprizlər olacaq və yaxın günlərdə oyunun yeni və gözlənilməz personajları ortalığa çıxacaq. Müxalif cinahda da hələ çox məsələlər açıq qalmaqdadır. Məndən deməsi ki, burdan da sürprizlər gözləməyə dəyər. Məsələn, Milli Şura və AXCP artıq boykota qərar veriblər. Bəs Müsavat necə, seçkiyə qatılacaqmı? Əgər bu baş verməsə, əvvəlki seçkilərdəki şou alınmayacaq və ən azından Hafiz Hacıyevin namizədliyi aktuallığını itirəcək. Çünki digər namizədlərdən heç biri, sözdə də olsa, seçkidə nə İlham Əliyevin, nə də birdən YAP-ın namizədi dəyişərsə, Mehriban Əliyevanın əleyhinə danşacaq, söz deyəcək, yəni süni də olsa, mübarizə görüntüsü yaradacaq performans sərgiləyəcək ritorika kullanmaq iqtidarında deyillər.  Sanki biyara gedirlərmiş kimi bir aya yaxın ortalıqda fırlanacaqlar o qədər. Ən yaxşı halda, bəzi, akademik xarakter daşıyan,  intellektual çıxışlar da ola bilir ki, bunun da gerçək seçki mücadiləsinə nə aidiyyatı, nə də ki təsiri ola bilir…  

Hakimiyyət üçün də belə bir durum heç əlverişli deyil, çünki, istər içəri, istərsə də dışarı görməlidir ki, İlham Əliyev gerçəkdən də güclü potensialı olan, ancaq prosesi uduzan və ya  xalqın dəstəyini ala bilməyən bir namizədə qalib gəlib. Yoxsa, dünya dağıla, İlham Əliyev (ya da Mehriban Əliyeva, fərq etməz – S.Ə.) xalqa və dünyaya seçkidə Razi Nurullayevi (ya da namizəd olacağı ehtimal edilən digər siyasiləri – S.Ə.) udan prezident kimi görsənmək istəməz. Dediyim kimi, bu həm də, ötən dörd 4 seçkinin çox önəmli aktyorlarından biri olan Hafiz Hacıyevi oyundan kənar tutmaq  məcburiyyəti yaradacaq ki, bu da nəticə etibarilə seçkiöncəsi debatları ya lalların yas mərasiminə, ya da qaradinməzlərin yığınağına çevirəcək ki, bunun özü də, böyük mənada seçkinin  sadəcə  bir “fiksiya” olduğuna dəlalət eliyəcək. Oysa, Hafiz Hacıyevsiz keçirilən debatlar seçki marafonuna marağı tam öldürəcək …

İndi seçkidə radikal müxalifət təmsilçisinin iştirakı olmazsa olmaz şərtlərdən biridir. Dediyim kimi, AXCP ilə Milli Şura artıq yoxdu,  seçkidə iştirakı az-çox maraq və intriqa vəd edən İlqar Məmmədov hələ də həbsdədir, Rəsul Quliyev isə ölkəyə gələ bilmir, bundan sonra gəlsə belə, bir işə yaramaz. Qalır bircə Müsavat partiyası və onun əzəli, əbədi başqanı İsa Qəmbər və onu seçkiyə qatıla bilmək üçün ikna eləmək. Bu mənada, Müsavatın da durumu çox ağırdı, zira indiki durumda onların da qərar vermələri xeyli müşkülə çevriləcək. Başqa sözlə, ya müəyyən devidendlər hesabına seçkiyə girib, cəmiyyət tərəfindən biryolluq “iqnor”a atılmaq var qabaqda(Çünki indiki şərtlərdə seçkini umaqdan söhbət belə gedə bilməz – S.Ə.), ya da gələcəyə olan cüzi ümidləri saxlamaqla, oyuna qatılmamaq. Amma bu mənada Müsavatda daha bir müşkül də var. Belə ki, İsa Qəmbər üçün bu, dəqiq sonuncu seçkidir və bu mənada başqanı, tam perspektivsiz olsa belə,  bu son şansdan da məhrum edəcək qərara varmaq olduğca ağrılı məsələdir. Görünəni odur ki, hakimiyyətin İsa Qəmbəri seçkiyə qatmaq üçün ciddi çabalar verməsi qaçılmaz olacaq. (Bu arada, ABŞ təmsilçiləri tərəfindən gerçəkləşdirilən ziyarətə də ötəri bir həvəs kimi baxmaq doğru deyil. Çox güman ki, amerikalı ziyarətçilər də İsa bəyi seçkiyə qatılmaq üçün inandırmaq istəyində bulunublar – S.Ə.) … 

Bütün hallarda vəziyyət göründüyündən qat-qat  qəlizdir və olacaqları proqnozlaşdırmaq  indi demək olar ki mümkünsüzdür. Əslində bu durum,  həm hakimiyyət, həm də Müsavat üçün taleyin ən böyük ironiyası sayıla bilər. O səbəbdən ki, hətta düşmənçiliyin də ötəsində keçən bir qərinənini sonunda, hər iki tərəfin bir-birinə bu qədər, yəni heç vaxt olmadığı qədər ehtiyacı yaranıb və hər iki tərəf üçün də bu ehtiyacı qarşılamaq siyasətən ölümə varacaq qədər təhlükəli və ağırdır. Güman edirəm ki, tərəflərin özləri də bunun fərqindədilər, ancaq düşünüb-daşınmaq üçün  vaxt çox dar, vədə yetişməyəcək qədər qısıtlıdır.

Dediyim kimi, hələ bizi çox sürprizlər gözləyir və sonucların da gözlənilməz sürprizlərlə müşayiət ediləcəyi istisna deyil !!! 

 

 

PAYLAŞTweet about this on TwitterShare on FacebookPrint this pageEmail this to someone

2 şərh

  1. men sizee kkonkrett oollarraq ddeyyirem rejimmin otuuz il movcuud olmmaas iinddikii muxaliffetin daanilmazz emeyiddir bboykott qeerarrii veren muxxalifet perdesi aaltinda fealiyyet gosstteren en qati rraddikal yapciilardirr eewqq oollsuun cenaab illham eeliiyyeve bele xeyanetkaarr mmuxallifeet yetiiwwdiirdiiyine goore yyeni boykkot qeraarii veren beeyllere gore yyenii bbeyyler siz elle hesabb eeddirsiniz ki buu millletden bu iiwwlerden ssizi xaalqqa eetdiyinniizz xeyaneettden bu xalqda annllayan yoxdduur coox ssef eddirrssiniz

  2. İki aydan sonra AR prezident seçkiləri keçirilecek.Çox təəssüf ki,hele de müxalifet öz namizedini deqiqleşdirmeyib.Menem menemlik imkan vermir ki,kiminse namizedini müdafiye etsinler.
    Doğrudur hüquqşunas Qurban bey demek olar ki,yalvara-yalvara Eli Kerimlinin namizedliyinin üstünde durur.Men ferqli düşünürəm.Üzde olan müxalifetin içinde kimin namizedini ireli sürsek,iqtidarın elinde o namazed haqda kifayet qeder kompromat var.Hele cemiyyetde olan neqativ halları demirəm.
    Defelerle fikrimi söylemişem,yazmışam.Namizədlərin içinde Ebülfez ELÇİ BEYin siyasi varisi Mirmahmud Mirelioğludur ki,keçən 18-ilde özünü tam yetkin siyasetçi kimi özünü göstərmişdir. Xalq arasında da KİŞİ ayamasını qazanmışdır.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*