ŞİKAYƏTİN ÜNVANI YENƏ DƏ HƏKİMLƏRDİ !!!

” İlkin müayinə zamanı Elçin adlı həkim dedi ki, sənin müalicən mümkündür, ancaq yazılan dərmanları mütləq bizim aptekdən almalısan.”

Azərbaycan Resbublikasının Prezidenti Ilham Əliyev cənablarına

Surəti:
Birinci vitse-prezident xanım Mehriban Əliyevaya
Millət vəkili Qənirə Paşayevaya
 Səhiyyə naziri Oqtay Şirəliyevə
Tovuz rayonunun Eyyublu kənd sakini  
Cəfərova Pəri Qara qızı tərəfindən

 

 

Ə R İ Z Ə

Cənab prezident!

Hörmətli Mehriban xanım, hər seckidə səs verib ümid bəslədiyim Qənirə xanım, cənab nazir Oqtay Şirəliyev, məni cari ilin may ayında, qızımın tələbə yoldaşı olan Solmaz xanımın vasitəsi ilə, Bakıya 28 may metro stansiyasının yaxınlıgında yerləşən ”VIVASAN” mualicə ocagına gətirdilər. İlkin müayinə zamanı Elçin adlı həkim dedi ki, sənin müalicən mümkündür, ancaq yazılan dərmanları mütləq bizim aptekdən almalısan. Oglum Rovşən, həkimin dedikləri ilə razılaşdı və onun yazdığı dərmanları onlara məxsus aptekdən aldı. Hətta oglumun adına bank kartı da acdılar, pulları, Elçin həkim deyən qaydada, aptekə ödədik. Bir müddətdən sonra saglamlıgım bərpa olmasa da, yenə həmin həkimin məsləhəti ilə, yenidən o aptekdən dərmanlar aldıq. Ancaq saglamlıgımda hec bir irəliləyiş olmadı, cox gec bildik ki, aldanmışıq. Həkimdən pulumuzu istəyəndə, bizi nalayiq küçə sözləri ilə təhqir etdi. Ümumilikdə 1860 manat pulumuzu aldılar. Biz o o pulları qohumdan, qonşudan almışdıq və bir qismini də bankdan kredit götürmüşdük.

Cənab prezident! Hörmətli Mehriban xanım və  Qənirə xanım, Sizdən imdad diləyirəm və xahiş edirəm ki, mənim yaşlı bir ana və yataq xəstəsi oldugumu nəzərə alıb, pullarımın Elçin adlı həkimdən alınmasına köməklik edəsiniz.

Burada  Elçin həkimin telefon  nömrəsini qeyd edirəm:

050 324 55 09.

Bizi onunla tanış edən Solmaz xanımın nömrəsi:

051542-0024.

Bütün bu proseslərdə iştirak edən oglum Rövşənin əlaqə telefonunu da yazıram:

050-471-97-80.

Bu insanlar mənim həyatımı təhlükəyə atıb öz maddi maraqlarını güdüblər. Ümid edirəm ki, mənim haqqım yerdə qalmayacaq.

Hörmətli Mehriban xanım, Sizdən bir ana kimi xahiş edirəm ki,  mənim Elçin həkim tərəfindən aldadılaraq mənimsənilən pullarımın qaytarılmasında  mənə yardımçı olasınız.

Hörmətlə:                     /Cəfərova Pəri Qara qzı/
19. 11. 2017

———————————————————————————————————-

Baş redaktordan:

ÜMİDLƏR ÖLMƏSİN… 

Sizi bilmirəm, əziz oxucular, amma mən deməyə söz tapmıram. Ümumiyyətlə belə bir durumda nə demək olar ki? Zatən indi Azərbaycanda bu kimi halların addımbaşı, ölkənin bütün coğrafiyası boyu yaşandığı, ən məşhurlarından tutmuş, ən adilərinə qədər, istər dövlət, istərsə də özəl klinikalarda baş verdiyi kimə bəlli deyil? Hamı hər şeyi bilir, hamı hər şeydən bezib, amma hamı da hər şeyə dözür, çünki dözmək zorundadır, çünki dözməyə məcbur qılan bir sürü amillər var. Belə götürəndə, dünya tibb tarixində görünməmiş olaylarn, son illərdə Azərbaycan klinikalarnda yaşandığını da hər kəs bilir. Tutaq ki, elə bu ağbirçək ananın yaşında olan bir qadının xəstə sağ ayağının əvəzinə, sağlam sol ayağın kəsən həkimə qarşı, nəinki tədbir görməyən, hətta son dərəcə soyuqqanlıqla, Səhiyyə Nazirliyi səviyyəsində, həyasızcasına həmin həkimə bəraət qazandıran bir sistemdən nəsə ummağın, ədalətli və dürüst qərar gözləməyin özü bir paradoksdur, absurda inanmaq cəhdidir məncə. Amma yenə də, “Keçi can hayındadı, qəssab da piy axtarır” misalı,  aldadımış və nəticədə canına da, malına da xeyli ziyan vurulmuş bir vətəndaşın – ağbirçək bir ananın harayını ölkənin və səhiyyə sisteminin başında duran zati-alilərə çatdırmağı vacib bildim. Hər halda, atalar “Dama-dama göl olar” – deyiblər, bu da məmləkətin dörd-bir yanından ucalaraq, paytaxtın aidiyyatlı orqanlarına rəhbərlik edənlərin üstünə yağan ah-nalələrin, harayların bir damlası olsun. Onsuz da geci-tezi var və bu damlalar gölə, o göllər də selə dönüb, hər şeyi də, hər kəsi də öz ağuşunda boğacaq. Barı, o günəcən, xalqın ümidlərinə çırə, gümnlarına ayna tutmaqla keçinək. Əvvəllər də bu haqda dəfələrlə demişəm də, yazmşam da, üstümüzə ümidlə gələn vətəndaşların, heç deyilsə, ümidlərinin qatili olmamağı bacaraq, ayrı əlimizdən nə gələr ki…
Və bu arada, Fb-də rastıma çxan və Azərbaycan səhiyyəsinin gerçək durumunu özündə əks etdirən bir şeiri də bu yazıya əlavə etməyi vacib hesab elədim. Elədim ki, bəlkə utanmağı unutmuşlara utanmaq, qızarmağı ununtmuşlara qızarmaq hissi müvəqqəti də olsa qayıtdı:

Möcüzəsiz Möcüzə Ərşad Əzimzadə ilə

BİÇARƏ MİLLƏT

 

Gözün “ÇARƏYƏ” dikib biçarə qalmış millət,
Azar-bezar əlindən xəstə xalq çəkir zillət.
Həkimlərdə bilik yox, dərmanlarda bir kəsər,
Hippokratın elmindən qalmayıb zərrə əsər.
Səhiyyə sistemində soyqunçuluq kök salıb –
Bu zavallı millətin ümidi Göyə qalıb.
Ölümlə hədələyib həkim xam “müştərisin”,
Mahir qəssabtək soyur xəstələtin dərisin.
Hər gün “nəzirin” alır sırtıq “şəfqət” bacısı,
Verməyəndə xəstənin artır ağrı-acısı.
Süpürgəçi xalanın standart taksası var,
Hünərin var gecikdir – başına uçar divar.
Qapıçı cəllad kimi kəsir gələnin yolun,
Gecikdirsən manatın – işə salar əl-qolun.
Hayana tərpənirsən – pul tələsi qurulub,
Təmiz təbib adına qara ləkə vurulub…
Qapıdan girər-girməz “dilənçilər” əl açır,
Soyqunçulq üzündən xəstə İrana qaçır.
Saxta dərman çürüdür bu millətin qanını,
Həkim həm pulun alır, həm xəstənin canını. 
Hər yanda soyhasoydu, kasıblar çəkir zillət,
Səhiyyə “çiçəklənir”, qırılır avam millət…
Ə.Ə.
14.11.2017.

 

 

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir