SİZ, CƏNAB PREZİDENT VƏ SƏN, SƏLİM MÜSLÜMOV, …

TƏZƏ EVLƏRİNİZ MÜBARƏKDİ, ƏZİZ DEPUTATLAR !!!


İlham Əliyevİlham Əliyevin diqqətinə,

Səlim Müslümov

Səlim Müslümovun poçtuna:

oktay-%c9%99s%c9%99dovhadi-r%c9%99c%c9%99bliÖlkənin milyardlarının talan edilməsində ya birbaşa, ya da dolayısı ilə iştirak eləmiş indiki və bır sıra sabiq deputatlara dövlət hesabına verilən evlərdən danışır hamı. Bir söz demirəm, halal xoşları olsun, əlbəttə ki, əgər, Allah qatında, orda hallallıq adına nəsə varsa. Zira, halalla-haramın çuğlaşaraq mütəşəkkil cinayətkar dəstələrin sərəncamına buraxıldığı bir məmləkətdə, nəyin halal, nəyin haram olduğunu yalnız Allah ayırd edə bilər. Bu mənada, Allahın işinə qarışacaq deyiləm və bu yöndə həqiqətlərə ulaşa bilmək üçün, axirətəcən gözləmək, artıq olmazsa olmaz şərtə çevrilib. Amma, yenə də deyirəm ki, əgər mənim sözümlə gözlə görünən haramların halala dönüşəcəyini düşünənlər varsa (məsələn, şeyxin fətvasınnan kolbasanın halallaşması kimi – S.Ə.), səmimi qəlbdən bildirirəm ki, deputatların təzə evləri mübarəkdi və halal xoşları olsun…

pensiyaAmma, çox hörmətli cənab prezident və sayın Səlim Müslümov, icazə verin, lap o Məşədi İbadın hanbalının bir abbasısı misalı, Sizdən bir şeyi soruşum. Bu gün 2017-ci ilin yanvar ayınnın 5-idi və hələ də oğlumun əlillik pensiyası ödənməyib, karta yüklənməyib yəəəni. Necə bilirsiniz, indi mən kimə nə deməli, kimdən nəyi və niyə soruşmalıyam?

Hətta bu arada duyduğum bir məsələ də var ki, onu da birbaşa sizin dilinizdən dəqiqləşdirmək istəyirəm. Birinci qrup əlil övlad atası olan iki nəfər tale ortağım telefonla bildirdilər ki, ötən ayın pensiyasını yarıbayarı az məbləğdə alıblar. Bu isə o deməkdir ki, prezidentin 2 il əvvəldən imzaladığı sərəncamla, uşaqlıqdan əlil olan birinci qrup əlillərə ödənilən əlavə 60 manatın ödənişinə “STOP” verilib. Bunun ayrı izahı yoxdu və ola da bilməz. Ancaq, məsələ burasındadır ki, prezitentin sərəncamı ilə ödənilən istənilən məbləğdə pulun ödənişinin dayandırılması, yalnız növbəti sərəncamla mümkün ola bilər. Əlbəttə əgər əvvəlki sərəncamda vaxt göstərilməyibsə.

qaqas-01010 qaqas-01013Cənab İlham Əliyev, həmin sərəncam veriləndə mən, Sizin və ətrafınızda olan “simasız quldurlar”ın sifarişi ilə şərlənərək həbs edilmişdim və bu sərəncamdan da həbsxanada xəbər tutmuşdum. Bir sözlə, bu sərəncamın həftələrə varan reklam xarakterli “raskrutka”sını dəfələrlə görüb, eşitsəm də, orda hər hansı formada vaxt məhdudiyyətindən söhbətin getdiyini heç duymadım. Oysa, Siz cənab prezident və Sən Səlim Müslümov, nələr baş verdiyinə və bu qəbildən olan əlillərin onsuz da qısıdlı olan pensiyalarının yarıbayarı azaldılmasının səbəblərinə aydınlıq gətirin.

Ayrıca da, Səlim Müslümov, Sən uşağın ötən aylıq pensiyasının niyə hələ də ödənilməməsinin izahını ver. Yoxsa bu yazıq, çöldəqalmış millət vəkillərinin evlərinə ödənilən məbləği bizim uşaqların pensiyasından kəsilən məbləğdənmi çıxdınız?!! Ya da, Hadisəyə, niyəsi bəlli olmadan ödədiyiniz 150 000 dolların bir qismi də bizim hesabımızdanmı getdi?!! Əgər gerçəkdən də belədisə, düzünü deyin, utanmaq-zad da lazım deyil, onsuz da illərdi ki, mən və tale ortaqlarım Sizlərin yerinə utanırıq.  

Sərdar-010101

Səmimiyyətlə:

Sərdar ƏLİBƏYLİ

05.01.2017

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

2 şərh yazılıb

  • 05/01/2017 at 23:30
    Permalink

    lenete gelsinler. Hamisi .

  • 06/01/2017 at 02:19
    Permalink

    SƏRDAR BƏY, ,”QAYNAR QAZANDA” EYNULLA FƏTULLAYEV DEMİŞ BAŞDA “ALTERNATİVSİZ” PREZİDENT İLHAM ƏLİYEV DURMAQLA,ONUN KOMANDASINDA OLAN SİMASIZ QULDURLARDA VİCDAN,UTANC,XƏCALƏT HİSSİ KİMİ MƏNƏVİ DƏYƏRLƏR YOXDUR və BELƏ NƏTİCƏYƏ GƏLİNİR Kİ,HEÇ ANADAN GƏLMƏ BU VARLIQLARDA BELƏ MƏNƏVİ DƏYƏRLƏR OLMAYIB!!! ONLARA BELƏ KƏLAMLAR TƏSİR EDƏ BİLMƏZ! ŞAİR DEMİŞ-SÖZDƏN QIZARMAZ Kİ,BOZARMIŞ ÜZLƏR- !!! YERİN-GÖYÜN BİR HAQ SAHİBİ VAR ! O,HAQQI NAHAQQA VERMƏYƏN MÜTLƏQ ƏDALƏT SAHİBİ,MƏZLUMLARIN ƏBƏDİ DAYAĞI GEC EYLƏSƏ DƏ,GÜC EYLƏR !!! İNŞALLAH!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir