TƏBRİKƏ EHTİYACI OLMAYAN VƏ BUNU HAQQ ETMƏYƏN MÜƏLLİMLƏRƏ !!!

“EY HÖRMƏTLİ MÜƏLLİM, YÜZ MİN DƏRDİN-SƏRİN VAR”

Yüzlərlə Fb dostlarımız dünəndən bəri, ləyaqətini qoruyub saxlaya bilmiş, müəllim adına xəyanət etməyən fədai və fədakar müəllimləri peşə bayramı münasibətilə təbrik etməkdədirlər…

… Etirazım yoxdu, amma bir halda ki, bu cür müəllimlərin sayı indi hər məktəbdə barmaqla sayılacaq qədərdi, demək vəziyyəti dəyişmək gücündə də deyillər və onların indiki çalışmaları bir az da özfəaliyyət xarakteri daşıyır. Bütövlükdə sistem və məmləkətin təhsil sahəsinə məsul olanlar isə, əsasən çeşidli saxtakarlıqlar, o cümlədən də seçki saxtakarlğı etməklə, ölkənin bu gününü də, sabahını da baltalayırlar, dünənimizi və tariximizi saxtalaşdırmaqla məşğuldular.

Sözügedən müəllimlər isə zəmanənin girdabında əzilərək həyatlarına nifrət edir və bəlkə də müəllimllik peşəsini seçdiklərinə görə özlərini də, zamanı da qınamaqdan savayı görəcək iş bula bilmirlər.

Bu mənada, onların indi müəllim günü münasibəti ilə təmtəraqlı sözlərə və gurultulu alqşlara eytiyacnın olduğunu düşünmürəm. O biri müəllimlərin isə, müəllimliklə əlaqəsi olmadığına, məmləkətin və millətin taleyində oynadıqları mənhus rola görə, hər hansı formada təbrik olunmağı haqq etmirlər…

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*