“TƏPƏLƏRDƏN YEL KİMİ, DƏRƏLƏRDƏN SEL KİMİ, HARA TƏLƏSİR DÜNYA?!”!!!

“Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, onlar təcrübəlidir?…

…Bu, xalqın hakimiyyətini qəsb edən, saxta yollarla iqtidarda qalan, ölkəni talayan, taleləri sındıran bir cinayətkar dəstəyə haqq qazandırmaqdır.” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, tələsən yerimiz yoxdur?

Nyutonun böyük alim olduğunu bilməyən yoxdur. Kimi dindirsən, deyəcək ki, böyük fizikdir. Amma yalnız az adam bilir ki, o, çox böyük fizik və çox böyük riyaziyyatçıdır, riyaziyyatda elədiklərini heç sadalayıb çatdırmaq olmur. Mənə görə dahilərin içərisində ən çox elm adamı olan odur – mənə görə, tarix belə bir elm adamı görməyib hələ də. Amma bu qədər savadlı və dahi adamın bir qapıdan böyük pişiyə böyük deşik, kiçik pişiyə kiçik deşik açması barədə əhvalata hamı gülür, çünki böyük deşikdən hər ikisi keçə bilərdi. Elə mən də gülmüşəm.

Olur yəni. Amma Nyutona sağlığında öz yanında gülsəydik, inad etməzdi ki, yox, o düz edib, əksinə, özü də gülərdi. Hər birimizin belə halları ola bilər, olur. Xüsusən də, Nyuton kimi adam da olubsa.

İndi bu qədər savadlı bir adam – Erkin Qədirli bir söz deyib – Tələsən yerimiz yoxdur – hamı güldükcə gülür, deyindikcə deyinir, o da isbat etməyə çalışır ki, yox, onun dediyidir. Təkrar-təkrar deyir. 

Burda başa düşülməsi çətin olan nə var axı? Hamı deyir çox gecikmişik, çox itirmişik, tələsməsək də, vaxtında edək nəyisə, yaxud yenə gecikməyək, Erkin Qədirli də, dediyi o sözü bir də deyir, gülürlər. Bilirik ki, kiçik pişiyə ayrı deşik açmaq pişiklərə mane olmurdu, amma gülməli idi. Tələsən yerimiz yoxdur demək də, o demək deyil ki, hamı tələsirmiş, bu adam da haqlı olaraq qoymur tələsməyə. Axı heç tələsən yoxdur, hətta tərpənən o qədər azdır ki, çox vaxt deyirlər ki, tərpənən yoxdur. 

Təsəvvür edin ki, hamı acdır, yeməyə də bir şey yoxdur, sən gəlib deyirsən ki, çox yemək, olmaz, sağlamlığa ziyandır, sizcə bəyənərlər?
Camaat şir lətifəsi danışır:

“Azərbaycan yatmış şirə bənzəyir. Oyadırlar, gedib o yanda yatır”. 

Elə bil, sən də bu zaman deyirsən ki, tələsən yerimiz yoxdur. 
Üstəlik, təkcə gülməli deyil, həm də təkrar-təkrar deyəndə çağırışa oxşayır – Oturaq yerimizdə, tələsməyək! – deyə.

Ardınca da deyirsən ki, bu hakimiyyəti heç kim hələ əvəz etməyə hazır deyil, hakimiyyətə gəlməli deyilik, təcrübə yığmalıyıq. Bunun gülməli tərəfi yoxdur artıq, xalqın hakimiyyətini qəsb edən, saxta yollarla iqtidarda qalan, ölkəni talayan, taleləri sındıran bir cinayətkar dəstəyə haqq qazandırmaqdır.

Təcrübəyə bax bir!
Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, onlar təcrübəlidir?

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*