TÜRK-İSLAM TARİXİ, MƏDƏNİYYƏTİ VƏ AZƏRBAYCAN

Yasəmən QARAQOYUNLU:

“İslam dünyasının iki türk imperatorluğu arasında qərb-şərq bölümünə ayrılması təkcə islamın deyil, müsəlman-türk dünyasının gələcəyinin  və mədəniyyət strategiyasının  müəyyənləşməsində böyük rol oynayıb”

“İslam kosmopolitizmi orta əsrlər Azərbaycan mədəniyyətinin spesifik xarakterinin, xüsusiyyətlərinin yaranmasında və ümumitürk, ümumislam mədəniyyəti  içində özünəməxsus status və cizgilərin  formalaşmasında rol oynayan  faktor kimi  Azərbaycan mədəniyyətinin inkişaf istiqamətlərinin ideya qaynağı olmuşdur. İslam şərq xalqlarını  bir vahid kimi birləşdirən mədəni-tarixi hadisə idi. İslam hüququ xilafətə daxil olan bütün xalqlar  üçün həyat və  fəaliyyət normasına çevrilmişdi. Bu dövrdə bütün ölkələr üçün vahid  olan  müsəlman maarif sistemi  qərarlaşmışdı.  Xilafət tərkibində olan xalqların qarşılıqlı  mədəni təsir prosesi həmin tarixi dövrün  səciyyəvi  cəhəti olub. İncəsəntdə  regionun  bütün xalqları üçün ümumi olan cəhətlər təşəkkül tapıb. İslam mədəniyyət tarixinin önəmli mərkəzləri olan  IX  və X əsrlər Bağdadı,  XII və XIII əsrlər Qahirə  və  Qren adası, XVI və XVI əsrlər İstanbul və Dehlisi  də fərqli  mədəniyyət və  dünyagörüşlərinin, təşkilatlarının və həyat biçimlərinin birlikdə,  yenidən, yeni keyfiyyətli sosial-siyasi, sosial-mədəni təşkilatlanma və quruluşlanma sahələri  (Lebensraum) olublar”. 

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) elmi işçisi Yasəmən   Qaraqoyunlu deyib. O, bildirib ki, Hz. Ömər dönəmində qısa bir dövr  ərzində   gercəkləştirilən   MisirMesopotamiya,Harran  İran  mədəniyyət  hövzələrinibütünləşdirən  fövqəladə   sürətli siyasi yayılma gətirdiyi üzləşmələr  nəticələri etibarilə   Böyük İsgəndərin hərbi yayılmasına bənzəməkdədir:

“İslam mədəniyyətinin təməl fərqi bu yayılmanın dinamik gücü olan  dünyagöruşunun Böyük İsgəndər  dönəmindən fərqli  olaraq birləşdirici  gücə və ortaq universal dəyər olma qabiliyyətinə yüksək  bir infrastruktura  və inanc sisteminə söykənmiş olmasıdır. Bu səbəbdən İslam mədəniyyətinin  siyasi yayılması əsnasında yalnız  yerli  mədəniyyət hövzələri bir-biriləriylə tanış  olmayıb, eyni zamanda siyasi yayılmanın  mərkəzindəki mədəniyyət vədünyagörüş hər bir yerli mədəniyyət hövzəsi  ilə üzləşmə  ehtiyacı içine girib. Fiqh, kəlam, hədis, təfsir kimi klassik İslami elmlərin ortaya  çıxışı, İslam fəlsəfəsi, riyaziyyatı, coğrafiyası, tibbi kimi daha öncəki dəyişik  sistematik  bilgi   sistemlərinin  yeni bir əsasa, sistemə oturdulması da bu  ehtiyacdan doğulub. Bu çoxyönlü qarşılıqlı  təsirlənmənin  gətirdiyi güclu təcrübə,  İslam mədəniyyətini, Böyük İsgəndərin qısa dönəmli  sinkretik  təsirinin  əksinə,  əsrlər surən  və fərqli biçimlərdə eyni mahiyyəti və özünəməxsuslgu davam  etdirə bilmə qabiliyyəti  qazanan bir xüsusiyyətə  büründürüb. Bu qarşılıqlı  təsirlənmələr, bir tərəfdən birləşdirici gücü yüksək bir  dünya görüşündən  qaynaqlanan  güclü bir mədəniyyət biçimini meydana gətirərkən, digər tərəfdən siyasi hakimiyyət altına alınan sahələrdəki  fərqli mədəniyyət təcrübələrinin  özlərini yenidən yarada biləcəkləri,  təşkil edə biləcəkləri xüsusiyyətini mühafizə  edib”.

Onun sözlərinə görə, İslam mədəniyyətinin bu içselleştire bilme xüsusiyyəti Toynbe  tərəfindən  “ümumbəşəri İslami dövlət”,  Goitein tərəfindən də “ortacağ dini  demokratiyası” olaraq adlandırılır:

“İslam mədəniyyətinin bu özünəməxsusluğu  səbəbindən tarixdə ilk dəfə qapalı  mədəniyyət  hövzələri uzun müddətli  siyasi patronajlarla (mərkəzlərlə)-qarşılıqlı           şəkildə  çulğaşmışlar və  Böyük  İsgəndər zamanında  baş vermiş qısa  dönəmli  tanışlığa söykənən bəsit  “qloballaşma”, uzun dönəmli qarşılıqlı təsirə söykənən  kompleks və dinamik bir  “qloballaşma”ya çevrilib.  İslam mədəniyyətinin gerçəkləştirdiyi uzunmüddətli qarşılıqlı təsir nəticəsində, İpək yolu ilə iqtisadi istehsal və istehlak qəlibləri-dəyərləri,  Buxaradan Qahirəyə,  Dehlidən Qüdsə, İstanbuldan Qrenadaya  kimi müxtəlif  mədəniyyət mərkəzlərinə yayılan şəhərçilik modeli vasitəsilə fərqli həyat tərzləri,  ortaq nəzəri və  linqivistik vasitələr ilə fərqli düşüncə və elmi məhsullar, məşhur  təsəvvüf  məktəbləri ilə fərqli mistik vəmetafizik ünsürlər, yer kürəsinin ənənəvi  Bqurşağında böyük əhatəli qarşılıqlı təsir sahəsini ortaya cıxarıb”. Bütün bunlar XIV əsrdə… Şərqi Afrikadan Malakkaya qədər uzanan Hind Okeanının birİslam ticarət hövzəsi və mədəni qarşılıqlı təsir sahəsi  halına gəlməsinə səbəb olub.

Azərbaycan ərəblər tərəfindən VIII əsrin əvvəllərindən ərəb işğalçılarının ictimai-siyasi və iqtisadi-maliyyə sisteminə daxil edildikdən sonra  “müsəlman mədəniyyəti” adlanan sistemin tərkib hissəsi hesab olunub.  Bu inkişaf xüsusiyyətini M.Ə.Rəsulzadə belə xarakterizə edib: “Azərbaycanlılar milliyət etibarı ilə türk, din etibarı ilə islam, mədəniyyəti-əsasiyyət etibarilə şərqlidirlər.

Azərbaycan islam arealına daxil olduqdan sonra ümuminternasional islam ümməti və ideologiyası əsasında bərqərar olan İslam mədəniyyətinin formalaşmasında aktiv iştirak edib. X əsrdən etibarən İslam dünyasının idarəedici elitası  türklər olublar və 1300-1700-cü illəri əhatə edən 400 illik bir  dönəmdə İslam imperiyasını Macarıstandan  İndoneziyaya qədər  genişləndiriblər”.

O, deyib ki, bu dövrdə İslam dünyası İdarəedici elitasi türk olmaqla iki hissəyə – mədəniyyətin dili ərəb dili olan,  Osmanlı imperatorluğunun rəhbərlik  etdiyi  qərb bölümünə, mədəniyyətin dili ərəbcənin yanında farsca  olan  Səfəvilərin rəhbərlik  etdiyi Şərq bölümünə ayrılıb:

“İslam dünyasının iki türk imperatorluğu arasında  qərb-şərq bölümünə ayrılması  təkcə islamın deyil,  müsəlman türk dünyasının gələcəyinin və mədəniyyət  strategiyasının müəyyənləşməsində böyük rol oynayıb.

Bu dövrdə Azərbaycan mədəniyyətinin xarakterinə təsir göstərəcək proses ondan ibarətdir ki, Azərbaycan Səfəvi dövlətinin ümumislam dini içərisində şiəlik məzhəbini qəbul etməsi və şiəlik ideyalarının, fəlsəfəsinin Azərbaycan mədəniyyətinin  ideal və qayəsinə təsir etməsi, şiəlik məzhəbi içində türk-fars  mədəniyyətlərinin uzlaşması,  Azərbaycan  mədəniyyətinin zaman-zaman iranlılaşması,  Azərbaycan  dövlətinin İran dövləti xarakterini  qazanması ilə nəticələnib.

Rusiya işgalı dövründəki Azərbaycan mədəniyyəti Orta Şərq və Anadolu Türk kimliyindən qoparılmasına,Türküstan (Mərkəzi Asiya-Şərq türklüyü) və Anadolu  (Qərb Türklüyü), Volqa-Ural (Şimal türklüyü), İran və İraq türkləri  arasında etnik, cografik  və mədəni bütünləşdirici  roluna (qızıl körpü )son  verilməsinə rəgmən, sosio-mədəni həyatın  bütün sahələrində ruslaşdırmasiyasətinə  məruz  qaldıgına baxmayaraq,  millətləşmə və  çagdaşlaşma prosesinə  qədəm  qoymuşdur. I Pyotr dövründə mənimsənmiş Türk-Mogol  iyerarxiyasının  hakim oldugu feodal ənənəvi Slavyan kimliyi “yerinə, sənayeləşmiş,  kapitalist  “Avropalı Rus kimliyi”düşüncəsinin qəbulu, “Avropa Periferiyasında  Rusiya”  formalaşdırmaq  siyasəti  Qərbi Avropa  mədəniyyətinin vədəyərlərinin  Rusiyanın  Müstəmləkələrinə  və ucqarlarına  da  yayılmasına  səbəb olub.  Xüsusilə də “Bakının bir  “petrol cənnəti” olaraq  parlaması bölgədəki ənənəvi sosyal, mədəni və ictimaimünasibətlərin  dagılmasına və yeni  kapitalist  cəmiyyət  anlayışının dogulmasına səbəb  olmuşdur.  Dinə əsaslanan millətçilik yerinə,  Cografiya və irqə əsaslanan millət anlayışının  qəbulu yeni sosial, mədəni  fikir  hərəkətlərinə yol açıb, yeni sosial-siyasi və mədəni təşkilatlanma  hərəkatlarının  dogmasına  səbəb olub”. 

Onun sözlərinə görə, maarifçilik hərəkatı kimi tanınan bu mədəni- xalqçı hərəkat Fransa inqilabından sonra bütün Avropada sürətlə yayılan Sekulyarizm, Sientizm, Humanizm, Demokratiya, Millətçilik, İnsan azadlıgı kimi hərəkatlarla yanaşı, RusiyadakıDekabristlər hərəkatından da ideya qaynagı kimi bıhrələnməkdə idi:

“Bu mədəni-sosial siyasi fikir hərəkatları  Azərbaycanda ənənəvi mədrəsə təhsilinin  yeni avropa üsullu təhsillə  əvəzolunmasına,  məktəblərin mətbuatn, teatrın,  həmkarlar  təşkilatlarının, xeyriyyə cəmiyyətlərinin, kitab xanaların, yeni janrlı ədəbiyyatın, siyasi partiyaların, ideoloji-siyasi, mədəni fikirhərəkatlarının dogulmasına  səbəb olub.  XIX əsrdəki  bu sosio-mədəni dəyişiklik və inkişaf, tayfa, sülalə,  xanədan  idarəetmə sisteminə  əsaslanan  imperatorluq dövlət  modelinin XX əsrdədemokratik  respublika,  millət dövləti modeli ilə əvəzlənməsinə səbəb oldu.

Müasir Azərbaycan mədəniyyəti Azərbaycan rus imperiyasının tərkibinə qatıldıqdan sonra Rusiyanın timsalında Avropa mədəniyyətinin, İranın timsalında şərq-islam mədəniyyətinin təsiri ilə Şərq-qərb mədəniyyətlərinin sintezindən  doğan yeni mədəniyyətdir. Bu mədəniyyət universalizmlə yerli edentik  xüsusiyyətlərin məcmusudur”.

Əli

Xalq Cəbhəsi

21 aprel2016. 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*