VƏTƏNDAŞ SƏSİNİ İLHAM VƏ MEHRİBAN ƏLİYEVLƏRƏ ÇATDIRMAMIZI İSTƏYİR !!!

SABİQ DEPUTATDAN ŞİKAYƏT VAR – (VİDEO)

Beyləqan sakini keçmiş deputatı mülkünü əlindən almaqda ittiham edir.

Bu barədə saytımıza müraciət ünvanlayan  şikayətçi Ruhid Əliyev məlumat verib. R.Əliyev bildirib ki, onlara aid torpaq sahəsi, rayonun eks deputatı Ayaz Orucov tərəfindən, əllərindən alınıb. Məlumatda deyilir:

“Beyləqan şəhərinin mərkəzində bizim ailəyə mərhum atamdan miras qalmış Dövlət Reyester xidmətində qeyd nömrəsi 3-15, univentar nömrəsi -15 olmaqla qeydiyyatda olan mülkümüz qanunsuz olaraq zəbt olunub. Deməli, Ayaz Orucov Beyləqanda deputat olarkən şəhərinin mərkəzində rəhbərlik etdiyi “Hidromaş” şirkətinin vasitəsiylə ( guya Beyləqan rayonuna musiqi məktəbi tikəcək) Beyləqan İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən bir hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orada özü üçün imarət tikdirib”. Bu hadisə 2014-cü ildə baş verib. Ayaz Orucovun dövlətdən oğurladığı torpaq bizim adıçəkilən ərazimizin yaxınlığındadır. Buna görə, harın deputat orada tikdirdiyi imarətin həyətini genişləndirmək məqsədi ilə, bizim mülkümüzü də zorla əlimizdən alaraq, qəsrinin həyətinə qatıb. O vaxdan hansı yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra qurumlarına şikayətlə müraciət etsək də, hələ də Ayaz Orucovun bu əməli cavabsız, bizim müraciətlərimiz isə  nəticəsiz qalıb. Vəzifəli dostlarının sayəsində ona gözün üstə qaşın var deyən olmayıb.

Bizə bu işdə öz köməkliyinizi əsirgəməmənizi, Prezidentimiz İlham Əliyev Cənablarına, Vitse Prezident Mehiriban xanım Əlievaya və bütün aidiyyəti orqanlara ünvanlamanızı sizdən çox çox xahiş edirəm!”.

“ps-nota.com”

—————————————————————————-

Zəruri qeyd:

Bildiririk ki, Ayaz Orucovun mövqeyini də saytda dərc etməyə hazırıq.

——————————————————————————

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*