VƏTƏNPƏRVƏRLİK ƏCLAFLARIN SON SIĞINACAQ YERİ OLARAQ QALIR !!!

MÜJDƏMİ İSTƏRİM, DOSTLAR,

ASP-Çİ OLMAYAN DEPUTAT TAPILDI:

“MOLODES”, RÜSTƏM XƏLİLOV!!!

YENƏ SOSİAL ŞƏBƏKƏLƏRİ MÜZAKİRƏ EDƏNLƏR PEYDAHLANIBLAR, ARTIQ BU SAHƏDƏ İXTİSASLAŞMIŞ HADI RƏCƏBLİ İLƏ ARAZ ƏLİZADƏNİN ARDINCA, İLLƏRDƏN BƏRİDİR Kİ, PARLAMENTDƏ AĞZINI BIÇAQ AÇMAYAN, SƏSİ-BƏSİ DUYULMAYAN, HƏTTA HƏMKARLARININ BELƏ LAL-KAR SAYDIQLARI, BU SƏBƏBDƏN DƏ MİLLƏT, YOXSA ZİLLƏT VƏKİLİ OLDUĞU BELƏ BİLİNMƏYƏN RÜSTƏM XƏLİLOVUN DİLİ YEQQAFILDAN AÇILIB VƏ ADAM BİR NƏFƏSƏ BU CÜMLƏNİ QURA BİLİB:

“Azərbaycanda sosial şəbəkələrə nəzarət edilməlidir. Çünki Azərbaycanı istəməyən qüvvələr sosial şəbəkələr üzərindən təxribat yaratmaq və dövlət əleyhinə radikal çağırışlar etməyə cəhdlər edirlər”.

ALLAHDAN XEYİRLİSİ OLUR İNŞAALLAH. BU CÜMLƏSİNİ BİTURƏR-BİTİRMƏZ, DƏRİNDƏN NƏFƏS ALAN DEPUTAT, DİLİ AÇILMIŞKƏN DAHA BER NECƏ DÜRLÜ CÜMLƏ QURMAQLA, AZƏRBAYCAN PARLAMENTİNİN 100-CÜ İLİNDƏ, DÜNYA PARLAMENTARİZMİNİN  TARİXİNƏ DÜŞƏCƏK  BİR ÇIXIŞ DA YAP-ıb. 

O DEYİB Kİ:

“Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti insanlarda sui-istifadəyə səbəb olmamalıdır. Hər kəs öz əməlinə məsuliyyətlə yanaşmalıdır. Əgər sosial şəbəkələrdə kimsə kimisə təhqir edir və ya dövlət əleyhinə çağırışlar edirsə, o, mütləq bunun məsuliyyətini daşımalıdır. Azərbaycan hüquqi dövlətdir. Cənab prezident ölkədə demokratik şərait üçün bütün imkanları yaradırsa, sosial şəbəkələrdə insanlar öz fikirlərini azad deyə bilirsə, bu o demək deyil ki, bəzi adamlar bundan sui-istifadə edib dövlət əleyhinə terror və radikal çağırışlar etməlidir. Bunun üçün də mütləq sosial şəbəkələrə nəzarət olmalıdır. Mən bu fikrimi əvvəllər də demişəm. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələri nəzarətsiz qoymaq olmaz. Ümumiyyətlə, hər sahəyə nəzarət olmalıdır. Azərbaycanda sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir”.

BAX BELƏ, NƏ AZ NƏ DƏ ÇOX. BU HADİSƏ MƏNİM ÜÇÜN  HƏM DƏ ONUNLA ƏLAMƏTDAR OLDU Kİ, NEÇƏ İLDƏN BƏRİ ASP-nin ÜZVİ OLMAYAN, ƏSL YAP-çı DEPUTATA RAST GƏLDİM. MİRZƏ SAKİTİN QULAĞINDAN VƏ GÖZÜNDƏN İRAQ, BU XƏBƏRDƏN ÇOX PƏRİŞAN OLCAĞINI BİLİRƏM. SİZ Z ALLAH, SAYĞIDƏYƏR OXUCULAR, BU HAQDA ONU KİMSƏ MƏLUMATLANDIRMASIN. MƏN DƏ ÖZ ADIMDAN PARTİYANIN BAKIDAKI RƏHBƏR KADRLARINA BURDAN RƏSMİ OLARAQ GÖSTƏRİŞ VERİRƏM Kİ, BÖYÜK ÖNDƏRİN BU MƏŞUM MƏLUMATDAN XƏBƏR TUTMAMASI ÜÇÜN GƏRƏKƏN BÜTÜN TƏDBİRLƏRİ GÖRSÜNLƏR. ZATƏN MƏN HƏMİŞƏ FİKİRLƏŞİRDİM  VƏ İNANIRDIM Kİ, HADI-MADI, ARAZ-M(A)RAZ, AQİL-MAQİL, NƏSİROV-MƏSİROV BİR YANA QALSIN, AMMA PARLAMENTDƏ YAP-ın “POLİTİÇESKİY PODKOVANNIY”, HƏMÇİNİN DƏ HAKİM PARTİYANIN İDEALLARINA SADİQ OLAN TƏMSİLÇİLƏRİ MÜTLƏQ VAR VƏ OLMALIDIR. BİR DƏ, AXI, ASP-nin ÜZVÜNDƏ O QƏDƏR AĞIL HARDANDI Kİ, ÖZ ATASNA KƏNDDƏ HEYKƏL QOYDURUB, VAXTAŞIRI SEÇİCİLƏRİNİ ONUN ZİYARƏTİNƏ APARSIN. ODER EYYY, AQİL ABBAS HEÇ MƏMMƏD ARAZA KƏNDİNDƏ HEYKƏL QOYDURA BİLMİR, HƏR BAYRAMDA “FƏXRİ XİYABAN”A AYAQ DÖYÜR. HADININ ATASININ HEÇ ADINI BELƏ BİLƏN YOXDUR, O DA MƏRHUM HEYDƏR ƏLİYEVİ ZİYARƏT ETMƏKLƏ TƏSƏLLİ TAPIR. ARAZIN DA ATASININ ADINI HEÇ ÖZÜ DƏ TUTMUR, YƏNNİ OT KÜKÜ ÜSTƏ BİRƏR DEYİBLƏR YA. NECƏ DEYƏRLƏR, “NO KOMMENT” HALAL OLSUN YAP-in ÇORƏYİ SƏNƏ, RÜSTƏM XƏLİLOV,  O BOYA, O BUXUNA, O, İÇİNDƏ SAĞLAM RUH GƏZDİRƏN, SAĞLAM BƏDƏNƏ DƏ ELƏ BU YAKIIŞIR, “MOLODES”,  SƏN ƏSL MİLLƏT VƏKİLİSƏN. YAP QƏDƏR ÖMRÜN OLSUN … !!!    

SAYĞI  VƏ SƏMİMİYYƏTLƏ:

—————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————

 

 

1 şərh

  1. Bunun qardaşi var idi. Prokuratura Respublikada idare reisi idi ve çox savadli kişi idi, Hesenov Azizağa. Onu Genje İjra başçisi zeherletdirdi ve öldürdü. Bu çobanin atasi 40 il Sanirabadda kolxoz sedri işleyib, bu çoban instituta pulla girib ve Sanirabadda agronomlug edirdi.
    Qardaşinin intiqamini almagdan satginlikla meşğuldur bu quldur.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*