VƏZİYYƏT BUDURSA, 5 İL , YA 7 İL NƏ FƏRQİ VAR?

RüfətRüfət ƏLİYEV:

“Refereduma çıxarılan dəyişikliklər prezidentin özü üçün də təhlükəlidir”

hakimiyyətdəkilərReferenduma çıxarılan düzəliş və əlavələrdən yalınız prezidentin səlahiyyət müddətinin 5 ildən , 7 ilə artırılması və 35 yaş limitinin götürülməsi narahatçılıq doğrurur. Hakimiyyət nümayəndələrinin fokusu bu məsələlərə cəmləşdirmək cəhdləri də göstərir ki, cəmiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışırlar. Onsuz da seçki, inistutu sıradan çıxarılıb, yəni seçki ilə hakimiyyətə gəlməyin mümkünsüzlüyünü bütün siyasi qüvvələr anlayıb, qəbul ediblər. Nəinki hakimiyyətə gəlmək, heç bir bələdiyyə mandatını da hakimiyyətin razılığı olmadan əldə etmək mümkün deyil. Belə bir vəziyyətdə 5 və ya 7 nə fərqi var? Sadəcə bundan sonra, 5 ildən yox, 7 ildən bir seçki şousunu görəcəyik.

35 yaş limitinin götürülməsinə gəlincə, prezidentin 2 dəfədən artıq seçilmək məhdudiyəti hələ 7 il öncə götürülüb, hazırkı prezident isə 3-cü dönəmini keçirir. Həm yaşı, həm də mövcud konstitusiya növbəti dəfə namizəd olmağa imkan verdiyi halda, hakimiyyəti niyə gənc , təcrübəsiz varisinə ötürüb onu məsuliyyət altına qoysun?

Əsas narahatedici məqam parlamentin səlahiyyətlərinin azaldılması, parlamentin təsdiq elədiyi baş nazirin səlahiyyətlərinin azaldılması, parlamentin prezident tərəfindəm buraxılması və nöbədənkənar prezident və parlament seçkilərinin çağırılmasıdır. Bu təkcə qanunverici hakimiyyət üçün təhlükə deyil, eyni zamanda dəyişikliyin müəllifi üçün də təhlükədir.

Parlament üçün niyə təhlükədir?

Oktay ƏsədovKonstitusiya görə prezidentin parlamentin qəbul elədiyi qanun lahiyələrinə veto qoymaq hüququ var. Parlamentin də prezidenti impiçment yolu ilə vəzifədən kənarlaşdırmaq səlahiyyəti. Hakimiyyət hesab edir ki, parlamentin buraxılmaq səlahiyyəti prezidentə verilməklə, sabah qrup savaşında prezident impiçment təhlükəsini daha çevik tərpənməklə parlamenti buraxmaqla aradan götürə bilər. Bu isə parlamentin impiçment kimi səlahiyyətinin faktiki olaraq əlindən almış olur. Birinci vitse prezident və ya vitse prezidentlər inistutu yaratmaqla parlamentin təsdiq elədiyi, baş nazir dövlətin 2-ci nümayəndəsi yox, bir neçənci nümayəndəsinə çevirir.

Prezident üçün niyə təhlükəlidir?

ilham əliyevPrezident olmayanda onu birinci vitse-prezidenti əvəz edir və bu zaman prezidentin bürün səlahiyyətləri birinci vitse-prezidentdə olur. Birinci vitse-prezidenti və vitse-prezidentləri nə xalq seçir nə də parlament təsdiqləyir, onları prezident təyin edir. Prezident olmayanda xalqın seçdiyi parlamenti birincivitse-prezident, o olmayanda prezident səlahiyyətini icra edən vitse-prezidentlərdən biri buraxa bilir.

Belə olan məqamda birinci vitse-prezident və ya vitse-prezidentlərin biri prezidentin məzuniyyətdə olduğu dönəmdə və ya prezidentə sui-qəsd, eləməklə hakimiyyəti asanlıqla ələ keçirdə biləcək. Parlamentin impiçment təhlükəsi ilə rastlaşanda isə onu asanlıqla buraxıb, öz hakimiyyətinin rahatlıqla formalaşdıra bilər.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*