VAY MİLLƏTİN GÜNÜNƏ!!!

Fb-NİN GÜNDƏMİNDƏN


mirz%c9%99-%c9%99lekber-sabir-1Payi-piyadə düşürəm çöllərə, Quli-biyaban görürəm, qorxmuram. Dalğalı tufan görürəm, qorxmuram. Vəhşiyi-ğürran görürəm, qorxmuram. Yanğılı vulkan görürəm, qorxmuram. Yırtıcı heyvan görürəm, qorxmuram. Bir sürü aslan görürəm, qorxmuram. Qəbirdə xortdan görürəm, qorxmuram. Cin görürəm, can görürəm, qorxmuram. Çox tuhaf insan görürəm, qorxmuram.
Ay dadaş, vallahi, billahi, tallahi,  Harda müsəlman görürəm, qorxuram!…. Neyləyim axır, bu yox olmuşların Fikrini qan-qan görürəm, qorxuram, Qorxuram, qorxuram, qorxuram!….

 Mirzə Ələkbər SABİR


elsad-m-022 BİZ KİMDƏN, NƏDƏN VƏ NİYƏ QORXURUQ???!!!

Elshad MUSAYEV

Dünyanın bütün normal ölkələrində insanlar qanunlara əməl, hörmət edir, bir sözlə qanunlardan “qorxur”lar. Bizdə əksinədir, insanlarımız qanunlardan deyil, polisdən, JEK müdirindən, vergi müfəttişindən, gömrükçüdən, natariusda, məhkəmədə, icra hakimiyyətində, bələdiyyədə, sanitar-mirz%c9%99-%c9%99lekber-sabir-2epidimologiya idarəsində və s. işləyən adi məmurdan tutmuş yüksək vəzifəli şəxslərədək hər kəsdən, hətta onların övladlarından, sürücülərindən, mühafizəçilərindən qorxur, müxtəlif vasitələrlə qanunların yanından keçməyə cəhd edirlər. Ona görə ölkə bu gündədir. Seçkidə saxtakarlıq edənin, eləcə də saxta yolla mandat qazananın üzünə tüpürmək əvəzinə onları başa çəkmək, ölkənin, millətin varidatını dağıdanları şişə çəkmək əvəzinə onların qabağında qul kimi dayanmaq bizdə adi həyat normasına çevrilib. Odur ki, əksəriyyət ölkədə baş verən hadisəyə romantik, emosional münasibəti əsas düzgün yol, variant hesab edir. Səhv burdadır. Qanun nə qədər sərt olsa da, qanundur və kimliyindən asılı olmayaraq hər kəs qanunun tələbinə əməl etməlidir. Qanunun aliliyinin əsas prinsiplərindən biri məhz budur. Məhz qanunun şah olduğu ölkələrdə insanlar adam balası kimi yaşayır, hər kəsin haqqı-hüququ qorunur…




eldar-ismayilŞAİR YALTAQ OLANDA, 

VAY MİLLƏTİN GÜNÜNƏ”                    

Eldar ISMAYİL

Ömrüm boyu yaltaqlığa qarşı oldum.Buna görə də bu qəbildən olanlar məni sevə bilməzdi!

——————————————————————————————————————————-

Müdir yaltaq olandamirz%c9%99-%c9%99lekber-sabir-3baba-punhan-0021
Vay sərvətin gününə.
Molla yaltaq olanda
Vay cənnətin gününə.
Alim yaltaq olanda
Vay hikmətin gününə.
Başçı yaltaq olanda
Vay zülmətin gününə.
Aşıq yaltaq olanda
Vay sənətin gününə.
Nadan yaltaq olanda
Vay hörmətin gününə.
ŞAİR YALTAQ OLANDA
VAY MİLLƏTİN GÜNÜNƏ!

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir