“VİCDAN SUSDUĞUNDA, AĞIL ƏN TƏHLÜKƏLİ OYUNLARI OYNAMAĞA BAŞLAR” !!!

 DÜZƏNBAZ NAZİRİN YALAN-DOLANLARI VƏ BLOKLANAN SAYTLAR !!!

————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————-

Dünən  “Xural.com”-un bloklanma məhkəməsində iştirak etdim. Tam bir rəzalət hissi yaradan, tam bir xəcalət təri gətirən mənzərəydi. Amma burda anlamadığım bir məsələ var. Bir halda ki, vəziyyət bu həddə gə(tiri)lib və RNYT naziri “Ağa Nazirəm, blok edirəm “, və ya “Babam mənə kor deyib, saytları vur deyib” misalı işləmək metodunu özünə rəhbər seçibsə, belə trağik janrlı komediyalar qurub, tamaşa göstərməyə nə hacət var ki? Elə Ramin Quluzadə kabinetində əmr imzalamaqla, istənilən internet resursunu bloklamaq səlahiyyəti ilə görəvləndirilsin, vəssalam. Əslində, hakimiyyətin bu cür davranması daha dürüstcə və daha da şərafətli görsənər. Yoxsa, bu qədər çək-çevirə, çənə-boğaza, get-gələ və apar-gətirə nə hacət var…

Enində-sonunda hakimiyyətin illərdən bəri öydüyü və öyündüyü ASAN xitmət və də bir pəncərə sistemi var. Mənim bu təklifim də, əlbəttə ki, prosesin özünü xeyli ölçülərdə ASAN-laşdıracaq, işlərin də aylarla, əvvəl Bakıdakı bütün intansiya məhkəmələrini məşğul edərək, Avropa Məhkəməsində isə dövlətin biabır olmasına, üstəlik də yüklü miqdar cərimələnməsinə ehtiyac qalmayacaq. Çünki əmrlər, onu alanlar üçün yalnızca icra mükəlləfliyi yaradır. Zira, əmrlər ancaq yerinə yetirilir, nə müzakirəyə açıla, nə də mübahisəyə təslim tutula bilər. Başqa sözlə, tutaq ki, Əvəz Zeynallı, bu komik tamaşalarda Quran ayələrini başından sonuna əzbərə söyləsə belə, qərar, qətnamə və ya hökm kənar təsirlərin, daha doğrusu, sifarişçinin istəynə uyğun verilirsə, bu qədər adi mühakimələrdə hakimə, belə mənasıız mübahisələrdə münsifə nə hacət varııymış görən?! … 

Bir sözlə, bünyəsində zəhər gizlədən bu tragikomediyaları yığışdırmaq, bu kirli oyunları qurtarmaq, bu çirkin mübahisələri kəsməklə,  işləri ASAN-laşdıraraq bir pəncərədən həllinə nail olmaq lazımdır. Əks təqdirdə, hər dəfəsində məhkəmələrin acizliyini və hakimlərin rəzil və xəcil gününü görməkən, biz yorulsaq da, onların özləri bundan nə utandıılar, nə də usandılar. Bu gün də iclasa sədrlik edən hakimin, növbəti dəfə rəzil gündə və xəcil durumda görməkdən bir daha utanc hissi yaşadım…

————————————————————————————

Haşiyə:

Yeri gəlmişkən, dünəki məhkəmədə nazir Ramin Quluzadənin nümayəndəsi kimi təmsil olunan gənc qızcığazın güclə eşidilən sözlərindən belə duydum ki, nazirlikdə giper çinayətlərlə və ölkənin informasiya təhlükəsizliyi ilə məşğul olan bir idarə varmş və bu idarənin işi isə, bütün internrt resurslarına nəzarəti həyata keçirməkmiş. Olsun. Amma Əvəz Zeynallının çıxşından bəlli oldu ki, barəsində iddia qaldırılaraq məhkəməyə təqdim olunan 4 yazının 4-ü də “Xural.com”dan öncə digər saytlarda dərc olunmuş yazılardr və hətta “Xural” özü də səhifəsində yerləşdirdiyi bu yazıları həmin saytlara istinad edərək dərc edibmiş. Əgər nazirin nümayəndəsi olan o qızcğaz məkməmədə, bilərəkdən və ya bilməyərəkdən yalan danışmıdısa və sözügedən idarə gerçəkdən də bütün internet resurslarna nəzarəti həyata keçirirsə, o zaman normal ağıl və sağlam məntiqlə, nazirin iddia etdiyi kimi “böhtan və yalan dolu” o yazılar “Xural.com” da dərc olunmamışdan əvvəl aşkar edilməli və elə həmin saytlar da məhkəməyə verilməliydi. Burdan çıxan nəticəni və nə demək istədiyimi, arif olanlar anladı yəqin. Yerdə qalanlara da, cənab nazirə də, onu məhkəmədə təmsil edən qıızcğaza da əlavə izahat verim ki, burdan iki nəticə çıxır. Belə ki, nazir də onun nümayəndəsi də məhkəməni də, hakimi də aldatmaq cəhdində bulunurlar və burdakı məqsəd də  “Xura”ı hədəfə almaqdır. Daha aydn olsun deyə, deyim ki, burda məntiq də, ağıl da, sağduyu da bircə şeyə işarə vurur (Təbii ki, bu komediyanın sözügedən personajlarında məntiq, ağıl və sağduyu anlayışı varsa – S.Ə.), “Xural.com”n dərhal bloklanması sifariş verilib və bu sifariş dərhal da yerinə yetirilib. Niyəsi də bəllidir…

————————————————————————————–      

Yeri gəlmişkən, elə dünənki gün və elə eyni səbəb və bəhanələrlə daha bir neçə saytın barəsində məhkəmələrdə bloklanma qərarı çxarılması haqda xəbərlər yayıldı. Biz məhkəmə binasını tərk edəndə, Şəmşəd Ağanın “Arqument.az” saytının eyni iddialı məhkəməsi qonşu zalda davam edirdi və təbii ki, qərar da eyni oldu…  

Bir Allah bilir ki, belə mənasız işlərlə uğraşan  düzənbaz bir nazirin üstünə vəzifə olmayan yalan-dolanlarla bəzədilmiş iddiaları üzərinə belə saxta qərarlar çıxaran hakimlər evlərinə hansı hiss və duyğularla gedir, ailəsinin, övladlarının üzünə necə baxır və gecələr necə yatırlar. Hər halda yatmıış vicdanları, gecələr oyanıb, bunları dara çəkməlidir axı. Bir vaxtlar hardansa oxumuşdum ki, yat(ırıl)mış vicdanlar gecələr oyaq olurlar və onların yatmasını fürsət bilərək vicdansızlıq edən sahiblərindən hesab sorurlar…

Və bütün bu olub-bitənlərin sırasında, hakimiyyətin son aylarda kəşf edərək mənimsədiyi və müvəəffəqiyyətlə həyata tətbiq etdiyi, analoqsuz bloklama siyasətininf fonunda, yenə də əbədi və əzəli “Nə etməli” sualı ilə üz-üzəyik. Oysa, təklif edirəm ki;

1. Hələ ki, adı “bloklama” adlı “Qara Siyahı”ya düşməyən bütün, müstəqil və azad saytlar, xəbər portalları və agentliklər, sözügedən siyasətə etiraz olaraq və bu siyasətin qurbanı olmamaq üçün, bu gündən etibarən bir aylq tətilə çıxsınlar.

2. Bu müddət ərzində alternativ vasitələrdən, sisial şəbəkələrdən istifadə etməklə yaranacaq boşluğu doldurmaq və daha operativ şəkildə gündəmin informasiya və xəbər ehtiyaclarını təmin etmək mükündür.

1 şərh

  1. Salam.Mən Apşeron R-on Mehdiabad Qarat yaşayış kompleksi və Gənclər şəhərciyində yaşayıram. Burda iki yan yana olan şəhərcikdə 34 bina 7 mərtəbəli yaşayış binasında telefon xəttinin olmamağı haqda Ramin Quluzadəyə dəfələrlə müraciyət etsəndə hələdə burda telefon xətti yoxdur. Gənclər şəhərciyi 2011- Qarant yaşayış kompleksi 2014 cü ildən yaşayış olsada hələdə bu 21 ci əsirdə göydə iki peykimiz olmağına baxmayaraq hələdə telefon xətti cəkdirə bilmirlər. Ancaq onlar yuxardan gələn əmirlərlə sizin sayıtları o cümlədən bütün azad mətbuatı bağladır.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*