“XALQIN XİDMƏTÇİSİSƏNSƏ, XALQIN – ŞƏHİD ADININ QARŞISINA ÇIX …”!!

“… BU RƏZİLLİYİ YARADAN KİMLƏRDİ?”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Prezident aparatının – oturduğu binanın qapısındakı ah-naləni, harayı, bu qədər insanımızın hayqırtısını İlham Əliyev eşitmir? 

Xalqın xidmətçisi, əvvəla şəhid adını belə sayğısızlığa gətirib çıxarmamamlı, şəhid adını öz ayağına gətirməməlidir, özü, şəhid adının ayağına getməyə borcludur.

Xalqın xidmətçisisənsə, heç olmasa cəsarət göstər, özündə güc tap, çıx o insanların – şəhid adının qarşısına.

Xalq qorxusu almasın canınızı.
Xalqı sevəni, xalq da sevər, Xaliq də.
Xalq sevməyəni, Xaliq də sevməz.

Hakimiyyətin şəhidə sayğısı yoxdur, bunu xalq bilir. Şəhidlərin haqqını yeyirlər, bu da bilinir. Bunu bilməyən, “prezidentin bunlardan xəbəri yoxdur” “bəraəti” altında gizlənən dövlət başçısı,hakim komandanın rəhbəri yox, sıradan bir üzvüdür. Belə deyilsə, bu rəzilliyi yaradan kimlərdi?

Belə deyilsə, neçə illərdir həllini tapmayan, bu və ya digər formada kütləvi etirazlara səbəb olan, oturduğu iqamətgahın qapısına kimi gələn vətəndaşının – şəhid adının qarşısına niyə şəxsən özü çıxa bilmir ?!

Aksiya davam edir

Posted by Antv on Tuesday, 6 November 2018

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*