“YALANLAR DƏNİZİ”NDƏ ÜZƏN MƏMLƏKƏTİM !!!

BURDA KİMSƏ KİMSƏNİN ƏRİZƏSİNƏ BAXMIR, KİTABNI OXİMUR!!!

——————————

Ramiz TAĞIYEV

——————————

Gəncədə baş vermiş sui-qəsd hadisəsinə münasibətimi elə ilk gündən bəyan etmişəm. Atəş açan da, yaralananlar da bizim millətimizin nümayəndələridir. Buna sevinəkmi? Bizlər indi, yalnız düşmənlərin ölüm xəbərinə sevinməliyik axı…

Ancaq nə etməli ki, Elmar Vəliyevin gülləyə tuş gəlməsinə sevinənlər çoxluq təşkil edir. Düşündürücüdür, elə deyilmi ?!

Bu barədə mövqeyim bəlli oldugundan nə Elmardan , nədə ki, Yunisdən uzun-uzadı söhbət açmaq fikrindən çox uzagam. Bu artıq istintaqın və məhkəmənin işidir. Onların da nə qədər  “ədalətli” olduqlarının isə, dəfələrlə şahidi olmaq payı qismətimə düşüb.

Təbii ki, Elmar və Yunis kimilər ölkəmizdə az deyillər. Bəli, Elmar Vəliyev ölkəmizin tipik İcra Hakimiyyəti başçılarından biridir. Ona bənzəməyən digər kiçik “padşah”(lar)ı göstərin, mən də görüm…

Əlbəttə, heç bir halda onlara qarşı Yunisin etdiyini təkrar etmək olmaz. Bu, cinayətdir və Yunisin etdiyini xüsusilə qabardaraq, qəhrəmanlıq hesab etmək tamamilə yanlışdı. Ölkəmizdə qlobal dəyişikliklərə nail olmagın sivil yolları var və düşünürəm ki , məhz milli birliyə, vətəndaş həmrəyliyinə nail olmaqla demokratik idarəçiliyin təməlini qoya biləcəyik.

Bu gün mövzum tam başqadır. Növbəti dəfə bir əlilin fəryadını, ahu-naləsini Sizlərə çatdırmaq istəyirəm. O da, özünün də söylədiyi kimi Balakənin “balaca padşah”ının əlindən birtəhər qurtulub, dərdini söyləmək üçün paytaxtda səlahiyyətlilərin qapılarına üz tutub. İlk olaraq Kənd Təsərrüfatı Naziri, cənab İmdad Kərimova müraciət edib. Nələrin baş verdiyini öyrənmək üçün Balakən rayon sakini, birinci qrup gözdən əlil Əhməd Bodurovun İmdad Kərimova ünvanladıgı ərizəylə tanış olmaq yetərlidi. Əlil olmasına baxmayaraq Ə.Bodurov qurub-yaratmaq , öz zəhmətiylə yaşamaq istəyən insandır.

Təəssüf ki, məmləkətimizdə kimsə kimin ərizəsini oxumaq istəmir. Əhməd bu dəfə ərizəsinin oxunacagına böyük ümid bəsləyir. “ASAN” xidmətdəki fəaliyyətinə rəgbət bəslədiyi İ.Kərimova inamı hədsizdi.

Əhməd nazirə ünvanladıgı ərizəsində yazır :

Cənab nazir, birinci qrup gözdən əlil olsam da, fermer kimi fəaliyyət göstərirəm. Qeyd etmək istəyirəm ki, tütünçülük və ipəkçilik sahələrində müəyyən ugurlarım da olub. Özümlə yanaşı bir çox ailənin də qazanc əldə etməsinə şərait yaratmışam. Təəssüf ki, Balakən Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətimə ciddi maneələr yaradılır. 

2016-cı ildə rayonun Kortala bələdiyyəsindən icarə müqaviləsi əsasında 10 hektar torpaq götürüb tütün əkmişdim. Həmin sahədən 96 ton tütün əldə edə bildim.

Ölkə Prezidenti, cənab İlham Əliyevin tütünçülük və ipəkçiliyə diqqətin artırılması çagırışından sonra xeyli həvəslənib, daha ciddi ugurlara imza atmaq istəyirəm… 2017-ci ildə 40 istixana yaradıb tütün şitili becərsəm də, Kortala kənd bələdiyyəsinin sədri, İcra hakimiyyəti başçısının xüsusi göstərişinə əsasən icarəyə götürdüyüm həmin ərazidə tütün əkməyimə icazə vermədi. Xeyli şitilim zay oldu. Uzun əzab-əziyyətdən sonra Qullar kənd bələdiyyəsi ərazisində 10 ha torpaq ayırdılar. Maneələrə baxmayaraq 2017- ci ildə 14 ha sahədə tütün becərib, 14 ton 965 kq quru tütün təhvil verə bildim.

Tütün yıgımına az qalmış isə, kimlərinsə göstərişiylə 2 ha tütün sahəm şumlanmışdı. Şikayətimə yenə kimsə baxmadı. Böyük ehtimalla bu Qullar kənd bələdiyyəsi tərəfindən edilmişdi.

Bu il də 8 ha sahədə tütün əkib, becərməyi bacarmışam.Daha çox ərazi ayrılsaydı belə işin öhdəsindən layiqincə gələ bilərdim. Təəssüf ki, Qullar kənd icra nümayəndəliyi tərəfindən sahələrin suvarılmasına daima süni maneələr yaradılır. Onu da qeyd etmək istəyirəm ki, 2017-ci ildə mənim becərdiyim məhsuldar sahəni Qullar kənd icra nümayəndəsi Papaxov Fəxrəddinin tütünçülüyə heç bir aidiyyatı olmayan yaxınlarından sayılan Saramanova Aynurun adına rəsmiləşdirərək, ona 15 min 300 manat mükafat ayrılıb. Təbii ki, belə bir saxtakarlıq mənim və kollektivimin işgüzar əhval-ruhiyyəsinə təsirsiz ötüşməyib.

Bu il həm də ipəkçilik sahəsində ugur qazanmaq üçün Balakən rayon Kənd Təsərrüfatı idarəsindən 62 qram barama qurdu götürdüm. Əlavə istəsəm də , rədd cavabı aldım. Ardınca Qax rayon Toxumçuluq İdarəsindən də 100 qram barama qurdu götürə bildim. Yenidən qarşıma sədlər çəkildi. Həmin sədlərin kimlər tərəfindən çəkildiyinə və nələrdən ibarət olduguna aid bütün səbəbləri ən kiçik detallarına qədər sübut etməyə hazıram. Məhz maneələrə rəgmən planlaşdırdıgım baramanı əldə edə bilmədim…

Məlumatınız olsun ki, rayon kənd təsərrüfatı idarəsi İcra Hakimiyyətinin göstərişiylə yuxarı instansiyalara tütün əkilməsi barədə şişirdilmiş, yalan hesabatlar verir və nəticədə xeyli miqdarda subsidiyalar alırlar. Ötən il Gərəkli kəndində cəmi 7-8 ha tütün əkilsə də, yuxarılara 70 hektar tütün əkilməsi barədə məlumat ötürülmüşdü. Rayon İcra Hakimiyyəti başçısının himayəsiylə Püştətala kənd bələdiyyəsinin sədri Şamsu xanımın adına 24 ton quru tütün sənədləşdirilib ki, bu rəqəmin nə qədər şişirdildiyini sübut etmək bir o qədər çətin deyil.

Bu cür saxtakarlıqları sıralamaqla bitirmək olmaz. Məhz bu cür hallara etiraz etdiyim üçün rayon rəhbəri tərəfindən daima təqiblərə məruz qalıram. Başçı məni həbs etdirməklə hədələyərək, barəmdə “vsemirni demoqoq” ifadəsini işlədir.

 

Bu gün onun  – Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin bütün çagırışlarına qoşulanlardanam. Sizə inanıram və böyük ümid bəsləyirəm.” 

Bax belədir rayonlarımızda vəziyyət. Öz halal zəhmətiylə yaşayanlara da hər gün zülm çəkdirilir, qadagalar qoyulur. Ərizələrini oxuyan, şikayətlərinə baxan isə hələlik yoxdur. Əlillər də zəlil gününə salınıb. Bu, Ə.Bodurovun yeganə problemi deyil. Sosial müavinəti illərlə mənimsənilib, ata evində yaşamaq haqqı ola-ola didərgin salınıb. Bütün bunlar ayrı mövzu oldugundan, söhbəti növbəti mövzuya saxlayırıq.

Balakən barəsində isə, əvvəllər də söhbət açmışıq. Ordan aldıgımız məlumatların birində həyəcan təbili çalınmışdı ki, İcra Hakimiyyətinin başçısı rayonun asfaltlaşdırılması üçün lazım olan asfaltı 200 km-dən artıq məsafədən – Göyçay rayonundan daşıtdırırmış. Deyilənə görə, Göyçaydakı asfalt zavod onun yaxınlarına məxsusuymuş. Dövlətin vəsaitinin nə qədər artıq xərclənməsi isə vacib məsələ deyilmiş. Baxmayaraq ki, Balakənin özündə və qonşu Zakatala rayonunda neçı-neçə asfalt zavodlar var.

Görünən odur ki, nəinki ərizələr, elə KİV-lərdə yazılanlar da oxunmur. Nəticə bəllidi… Cana doymuş insanlar başqa çıxış yolları aramaga baş vurur,  çeçidli üsullarla vəziyyətdən çıxmağa çalışırlar. Təəssüf ki, belə çıxş yolu, bir sıra hallarda, ya intiharla, ya da çeşidli cinayətlər törətməklə sonuclanır.   Həqiqəti yazanlar isə aglasıgmaz ittihamlarla həbsxanalara “ezam” edilir.

Bütün bunların sonu olacaqmı Cənablar?!

Mövzuya qayıdacagıq.

10. 07. 2018

Zəruri qeyd

Adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*