YANLIŞLARIN MƏNTİQİ NƏTİCƏSİ OLAN BU GÜNKÜ FƏLAKƏT VƏ FACİƏLƏRİMİZ

İQTİDARIN – HÖKUMƏTİN İTƏ İNSANİ MÜNASİBƏTİ..,

leyla-aliyeva-10ataleyla-aliyeva

İNSANLARA İT MÜNASİBƏTİ .. HEYRƏTLƏNDİRİCİDİR…

sahibsiz-itlerpensiyacilarsahibsiz-itler-001

sosial-s%c9%99b%c9%99k%c9%99l%c9%99rsosial-s%c9%99b%c9%99k%c9%99l%c9%99r-001– Deyirlər ki, sosial şəbəkələrdə yazılanlara görə.., təhqirlərə və böhtanlara görə cəzalar sərtləşdirilib… Çox gözəl..!.. Hətta, şərəf və ləyaqətin təhqir olunması ciddi cəzaya səbəb olacaq… Kimsənin, kimsədə olan şərəf və ləyaqəti təhqir etməyə haqqı yox. Tərbiyə görmüş insan bunu etməz … Olmayan işə görə də, cəza verilməz…

siyasi mehbuslar-Bəs, saxtakarlığa, yalana, insan haqqlarını pozmağa, ALLAH HAQQını yeməyə, talana, oğurluğa, qan uddurmağa, insanların haqqını çapıb talamağa görə cəzanı kim çəkəcək?..

Hakimiyyət– hökümətin də ağıllı adamları olmasını düşünürəm… Onlar nəzərə alsınlar ki, bundan sonra onlara:

“hörmətli qaniçənlər, ev yıxanlar, ocaq söndürənlər, torpaq satanlar, büdcə oğruları, hörmətli səs oğruları” – deyə, müraciət edəcəyik.Təbii ki, “hörmətli” sözündən üzr istəyərək…

– hörmətli qan udduranlar ! – Bir gün qan qusacaqsınız! Bu mütləqdir.

-Qan udduran, qan qusmalıdır…

– Millətin günü – güzəranı ortada…

– Bu millətə formula – 1 yaraşır…

QARABAĞ-Axı, onun 1 milyon qaçqını var… Bütün problemləriylə…

– Bu millətin İdman oyunları çatışmır…

-Axı, torpağımızın 20 % işğaldadır… Azad etmək açarını axtaran hökümətimiz….

– Multikulturalizmlə, şoularla, cildlərlə yalanlar yazıb, ancaq özünüzü aldada bilərsiniz. Guya indiyə qədər, burda başqa millətlər dinc və yanaşı yaşaya bilmirdilər?

Yeni Baki-1– binaların gecə – gündüz işıqlandırılması, ermənilərə qaz və işıq bağışlamaq və ya satmaq kimi ideyalar kimin ağlının məhsuludur?

-Ailə və uşaq planlaşdırma adlı dövlət komitəsinin rəhbərliyində olanların neçə faizi bu millətə aid?

– dünyanın məşhur muzeylərində təmir işləri aparıb, dünya ölkələrində heykəl qoymaq yarışına çıxanlar, mübarəkin hüsnünü qoruya bildilərmi?

– Əhalinin güzəranını it gününə salıb, sahibsiz itlərə qahmar çıxmaq – iqtidarın sosial – iqtisadi vəziyyəti yaxşılaşdırmağın əsl yol xəritəsi, cahanşumul siyasəti…

idea-sahibsiz-itl%c9%99r
Sahibsiz heyvanlar üçün mərkəzin açılışı oldu

– Hakimiyyətin itə münasibəti insanidir… Nə gözəl ! Süleyman Rüstəm yada düşür. Bu hökümətin Azərbaycan insanına münasibəti adekvat deyil, heç, it münasibəti də deyil…

– İtlər quduz olanda, öldürərdilər… İndi, it haqlarını qoruyan institutun əməkdaşı quduzlaşarsa, onu neyləyəcəklər?!?..

qafqazin-dini-liderl%c9%99ri-bakida Qafqazın dini liderləri bir arada olub, son fatihəni Bakıda verdilər…

– Dini biznesin inkişafındakı “halallıq”dan söz ola bilməz.

– Din də biznesə çevrilib… bu, DİN ( daxili işlər nazirliyi) demək deyil…

– Rusiya bizim dostumuzdur deməklə, Qarabağı ancaq unutdurmaq olar….

– Rus təbliğatı milli təhlükəsizliyimizə təhdiddir…

– Talana son!

Ilham-Putin– Rusiyaya – von!

– Bu ağılla, bu siyasətlə – düşmənlə savaşmaq olmur!

– bu ağılda, bu siyasətdə qələbə yoxdur!

– “MTN işi” – millətin işi deyil, hakimiyyətin işidir…

Millət sözündən və millətin özündən nifrət etmək, ad dəyişikliyinə gətirdi… Şəxsi təhlükəsizliyinizi əvvəl millətin, indi də, dövlətin işi hesab edirsiniz…

dtxmtn_logo– DTX-nin DTK-dan fərqi nədir?..

-Təhlükəsizliyimizi banditizm və terrorizm idarəsi qoruyur…

– Hörmətli banditlər!

– Hörmətli terroristlər!

– Bağışlayın, hörmətli mütəşəkkil cinayətkarlar!..

muteshekkil

– Axı indi adınız dəyişib…

– dini komitə və komissiya sədrləri bu strukturu, şərabçılıq və üzümlük komitəsiylə səhv salıblar… Ya özləri, ya da təyin edənlər… Fərqi varmı?

– atətin həmsərlərinin Qarabağla bağlı mənasız və nəticəsiz boş səfərlərinə Azərbaycanın xərclədiyi pullar , XİN büdcəsinin neçə faizini təşkil edərdi?

– Hörmətli talançılar! Bəxtəvər yalançılar!

azerbaycani

Bu gün elədikləriniz Azərbaycanda yalnız iqtisadi böhranın olduğunu göstərmir. Bu böhran – iqtisadi, siyasi, hüquqi və mənəvi böhrandır! Və bunların hamısı onu törədənlərin tərcümeyi halına, taleyinə və vicdanına yazılır. Bu yazını silə bilən maddə hələ ki, icad olunmayıb…

– Deyəcəksiniz.. – dünyada iqtisadi böhrandır… Siz deyildinizmi : dünyada olan iqtisadi böhranın Azərbaycana aidiyyatı yoxdur – deyən. Bu fikir Azərbaycanın dünyaya aidiyyatı yoxdur deməkdir. Bu Azərbaycanı dünyadan təcrid etmək siyasətidir…

– Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi – cinayətlərin təşkili, inkişafı, repressiv tədbirlər keçirməklə, insanlar arasında xof, qorxu yaratmır, nifrət yaradır… Hakimiyyətin mahiyyətinin əyani göstəricisi olur…

Ay hörmətli banditlər!

Əziz terroristlər!

Möhtərəm, mübarək, Mütəşəkkil cinayətkarlar!

– Sizə qarşı mübarizə aparmaq lazımdır …

s%c9%99firl%c9%99r-abs– ABŞ-ın Bakıda illər öncə bir xanım böyük Elçisi var idi. DUİ Qarabağda antiterror əməliyyatı aparılması üçün, Azərbaycan Respublikasının dövlət proqramını hazırlamaq təklifi ilə ölkə başçısına müraciət etdi. Bu haqda layihəni – təkliflər paketini PA-ya təqdim etdi, mediaya məlumat verdi. ABŞ-ın böyük elçisi bu məlumatla maraqlandı, DUİ-nin işçi qrupu ilə mövzu ilə əlaqədar görüşlər keçirdi. Hakimiyyət isə, həmişəki kimi susdu. Bu yaxında, MM deputatından: “Qarabağda antiterror əməliyyatı keirilməlidir” – fikirlərini eşidəndə “sevindik”. Nəhayət 8 ildən sonra, təkliflərimiz hakimiyyət təmsilçilərinin dilindən səslənirdi…

%c9%99li-nagiyeveldar-h%c9%99s%c9%99novvilay%c9%99t-quliyevtofiq-zulfuqarov– XİN-nin apardığı “eksperment” – dünyada “öyrənilməsi” vacib mövzu kimi tarixi faktdır. Nazir olarkən, ya işini doğrultmayan, vəzifəsinin öhdəsindən gəlməyən, vəzifəsi ilə vidalaşan və ya istefa(?) verən nazirlər – dünya diolomatiya tarixində olmayan “uğurlara” imza atıblar… Səfir təyin olunublar… Onlar vicdanlarının səsinə niyə qulaq asmırlar? Nəyəsə qulaq asmaq imkanları varmı? Onlar öz ixtisasları üzrə, müxtəlif sahələrdə uzmandırlar. Azərbaycan diplomatiyası isə, hələ də, pəltək, axsaq və sürgündür… Bu diplomatiyanın erməni və ermənipərəstlər tərəfindən idarə olunduğunu da qeyd etsək və ya nəzərə alsaq, uğurumuz göz qabağında olacaq… “bu uğuru” təsəvvür etmək çətin deyil…Bu vəziyyətdə olan bizlər, dünyanın dəstəklədiyi düşmənimizə qalib gələcəyik?.. Deyəsən axı, “biz” – (yəni siz ) bu millətə qarşısınız …

minsk-qrupu– Bizi bağışlayın, hökumətin – XİN vecsiz atət həmsədrlərinin toplantılarında iştirak etmək üçün havaya sovurduğu pul ilə neçə səfirlik açmaq və ya saxlamaq olardı? Buna heydelberq adamı – homos abes olmağa da hacət yox…

-Azərbaycan Dövlətini dünya çapında, bütün mənalarda və hər zaman müdafiə edən bir dövlət var: Türkiyə Cumhuriyyəti.

Bütün dönəmlərdə və hakimiyyətlər zamanı, bu iqtidarı PUTİN ƏRDOĞAN İLHAM-003dovl%c9%99t-orqanlarinda-nurcu-v%c9%99lv%c9%99l%c9%99simüdafiə edən Türkiyə Cumhuriyyətinin bir problemi var: PKK terroru. Azərbaycan hökuməti pkk terrorunu dəstəkləyən strukturlara malikdir, hətta deyilənə görə, bizim hökumət pkk şəhərciyi də saldırır. Bu necə dostluqdur?… Hələ fetoçular da, o biri yandan… bütün strukturlarda… Belə deyirlər… Kimin inanıb-inanması ayrı məsələ… Od olmasa, tüstü çıxmaz.

– Bir zamanlar, Azərbaycan iqtidarına pkk və fetoçu siyahıları təqdim edən akp iqtidarı nəyin bahasına və hansı hesaba görə susdu?

ilham aliyev papamehriban-%c9%99liyeva-roma-papasi– Xaricdə muzey təmirləri, daxildə eksponatlar satmaq.., muzeyləri də özəlləşdirmək – məntiqi… Son illərin tikilən və açılan muzeylərini bütün eksponantları burdan ora, ordan bura daşınıb… 

– əhsən belə siyasətə…

mircəlal paşayev“İtə ataram, yada satmaram” – ata sözünü yazan Mircəlal Paşayev …Bəs harda qaldı, indiki gənclərin yeni manifestləri…

– Təhsil və mənimsəmə “çox yüksək” idi, indi də məktəbləri bağlayıb, birləşdirib, idmanı inkişaf etdirmək üçün, müəllim və şagirdlərdən ibarət komandanın uzaq məsafəli kroslarını təşkil etmək… Yeni tipli orta məktəb binalarından nə kimi istifadə ediləcək? Kənd təsərrüfatı da bərbad vəziyyətdə …yoxsa…

Təhsil Nazirliyinə, dərsliklərin çap edilməsi üçün geniş səlahiyyətlər verilib, bu şad xəbəri, nazir sevincək deyir…

Misir-MikayılQabiliyyətləri Tanrı verir! Kim və nə qədər səlahiyyət verir, versin…

-Bir qalır, Artur Rasizadə cənablarını idman və gənclər naziri qoymaq…

– yusifzadəni də, xoşbəxt edib, baş nazir qoymaq…

Görəsən hökumətimizin nazir qoymağa qoruqda daha neçə kadrı var?

xosb%c9%99xt-yusifzad%c9%99Artur RəsizadəTəkliflərimiz və şüarlarımız …

-Qəbul edilməyəcəyini öncədən bilirik. Lakin…

– bütün nazirlər – son nəfəslərinə qədər işləsinlər… Ömürləri uzun olsun…

Bütün birinci müavinlər və müavinlərin də, nazir olmaq arzuları, qoy gözlərində qalsın… Çəkdiyi xərclər, perspektivlər də batsın…

Qoruqlarda o qədər nazir namizədlər var ki ….

əsrin müqaviləsi– Əsrin müqaviləsi necə yarandı?

Neçəyə başa gəldi?

– Azərbaycan nefti barbarcasına hansı şərtlərlə və neçə faizlə bölüşdürüldü?

-Əsrin müqaviləsi ilə hakimiyyətini saxlamaq üçün, iqtidar özünün neçə doğmasını, necə qurban verdi?

afiyəddin cəlilov-Şəmsəddin…

– Afiyəddin…

-TORPAQ..,

– Torpağın dedikləri.., mən sənin deyiləm, sən mənimsən…

– Torpağın gizlətdikləri.., sirlər, əcdadlar və nəhayət neft kimsənin dədəsindən qalmayıb, o bu günkü insanların və gələcək nəsillərin olmalıydı…

heyd%c9%99r-ilham-0097Torpağın verdikləri.. , faydalı qazıntılar, yeraltı sərvətlər…

Torpağın gizlədəcəkləri… sizlər… bizlər….

– Neftin xeyir gətirdiyi ölkələrdə ölkənin öz milləti hakimdir. BP harda var, orda milli hökumət yoxdur.

haci zeynalabdin tagiyev– H.Z.Tağıyev və içəri şəhərli Hacının məşhur borc söhbəti…

– H.Z.Tağıyevin taleyi… Kimsəsi qalmadı milyonçunun. Son yadigarı sovet tələbələrinin təqaüdü ilə zirzəmidə yaşadı və dünyasını dəyişdi. Tağıyevin xeyirxah əməlləri də çox idi.

– M.Nağıyevin taleyi…

– Ərbabın taleyi…

haci zeynalabdin tagiyev-1Bütün Bakı milyonçuların taleyi…

– Bunlar heç kəsə dərs olmadımı? Kimsə bu olanlardan nəticə çıxarmayacaqmı? Hanı o milyonçuların nəsilləri, davamçıları? Niyə o soyadlardan bu gün kimsə yaşamır? Niyə özünüz özünüzə qənimsiniz? Niyə öz nəslinizi kəsirsiniz? – Bakının tarixi.., Dəhşətlər, vəhşətlər görən bu şəhərdə, kim həmişəlik qaldı? Yalnız ədalətli olanlar

-MTN-dən qaçış niyə düzənləndi ?

Surət Huseynov– Surətin sürətlə məhvi hardan başladı? Lap əvvəldən

– 94 oktyabr və 95 mart … kimə nə üçün lazım idi?..

– öldürülən məşhurlar.., tanınmışlar …

acilmayan-cinay%c9%99tl%c9%99r

-Açılmayan cinayətlər…, bu gün də davam edən serial qətllər…

six%c9%99li-qurbanov

–  Şıxəli Qurbanov…

20-noyabr-1991-ci-il-vertalyot

– 20 noyabr 1991-ci il vertalyot “qəzası”…

ziya bünyadov

– Ziya Bünyadov…

– Ə. Ansuxski…

– G. Zərbəliyev…

– Bu gün dəm qazından ölənlər, əsgər ölümləri, intiharlar…, daxili siyasətin və analoqu olmayan iqtisadi inkişafın göstəriciləridir.

Xəlil Rza (2)– qətllər, fəxri qaravullar, fəxri xiyabanda dəfnlər… ad əbədiləşdirmə, öldürüb abidə qoymaq, hələ bu da azmış… üstündə imza qoymaq… bunu biz etdik. Imzasını qoymaq…

– və törətdikləri tarixi qətli– gələcək nəsillərə – çatdırmaq, tarixdə, yaddaşlarda saxlamaq…. Xəlil Rza nümunəsi…

ziya-bunyadovun-abid%c9%99siziya bunyadov-4Ziya Bünyadov abidəsi… 1941- 1945-ci illərdə faşist gülləsindən ölməyən Sovet İttifaqı qəhrəmanı – ilanın quyruğunu tapdaladığına görə qapısının qarşısında, ağzından vurularaq, öldürüldü… Qəbirüstü abidənin müəllifinə təşəkkürlər…

– İnsan haqlarını qoruyanlar… insan olun, insanlılğınızı qoruyun, kimsənin haqqını yeyib, haqqına girməyin. Bu iş özü ən böyük insan haqqı qorumaqdır.

Şükür qüdrətinə İLAHİ! Yaratdığının hər birində nələr yaratmamısan?

– İnsan olub, insanı münasibətdən danışmaq – çox gözəl. İnsan olub, insan haqlarını qorumaq ondan da gözəl…

– Yol bilməyən yol göstərir…

– Ehtiyatda olan generallardan ehtiyatlı olmaq lazımdır. Onları icraya gətirmək olmaz, onlar əmr verirlər, icra etmirlər. Onlar torpaq almağa öyrəncəlidirlər. Onlar Qarabağı çoxdan alıblar. Dedikləri və verdikləri bəyanatlara görə lazımı prezidentlər gəlməyə qoymayıb. Onlar toy generalları deyil ki, kim hara istəsə aparsın. Onlardan üçüncü cahan savaşında istifadə etmək olar. Onlar İstiqlal savaşında şöhrət qazanıblar. Əlbəttə, bu, ordenlər deyil. Onlar baş qərargahda hücum – əməliyyat planları hazırlayıb, bu planları satmadan yerinə yetiriblər. Onlar ehtiyat general genefondudur. Görəsən təkliflərin arxasında nə dayanır?..

– Deyirlər daş yağsın… Axı niyə? Niyə bir adam demir ki, baş yağsın… Axı bizim daşa yox, başa ehtiyacımız var. Başı olan daşı neylər.

– əldə ediləni, əldən salmaq yox – əldə saxlamaq lazım idi…

professor-douelin-basi– Əldə olunanları əldə saxlamağa da baş gərək…

Bizdə daşla başın, həm saz işi var., həm də … Bəzi yerlərdə deyərlər: Daş hara, baş hara?.. Tüpür üzünə, tüpürüm üzünə… Amma, çox yerdə də, bütün işləri daş–başla aşırarlar. Qazanca, qənimətə – əlbəttə, bu isim deyil – daş–baş da deyərlər… Ona paket də, deyərdilər… Olanda… Daha paketi də paketlədilər, göndərdilər…

– Xəyanətə qarşı mübarizə – aparılsa xəyanətkarın sayını azaltmaq, hətta yox etmək olar…

– Satqınlığa qarşı mübarizə ilə – satqınların kökünü kəsmək olar…

– Yalana, yalançılığa qarşı mübarizə – yalançıları yox edə bilər…

– Simasızlara qarşı köklü mübarizə ilə – simasızların kökünü qazıyarıq…

– Ləyaqətsizliyə qarşı mübarizə ilə – insanımızı ləyaqətli edə bilərik.

– Şərəfsizliyə qarşı mübarizə – boynumuzun şərəf borcu olmalıdır…

– İnanmırsınız? Gəlin yoxlayaq.

– Bizdə – xəyanət, satqınlıq, yalan, simasızlıq, ləyaqətsizlik, şərəfsizlik az qala stimullaşdırılır… təbliğ edilir, təqdir və təltif olunur…

rövnəq abdullayev– Rövnəqlərin neft şirkəti… Azneft, çox neft, Sokar… Dənizdə batırılanlar…

– Uzun illər neft şirkətində təmir-tikinti işlərinə məsul olan rövnəqin müdafiəsi necə və neçəyə başa gəlir? Kimlər və nə üçün onu müdafiə edir? Bu qədər qiymətlidirmi bu adam ? d%c9%99nizd%c9%99-batan-001Batan, batırılan neftçilərin niyə qiyməti yoxdur?

– Vətəni, Torpağı, Ordunu düşünən qalmadımı yuxarılarda? Öz oğullarını xilas edənlər təmir əvəzinə estekadaları boyamaqla nə qədər insanı Quzğunun qoynunda dəfn etdilər?

–  Yeni boya icad edib, onunla estekadaları “təmir” edir, nefti, gəlirləri, büdcəni yağmalayanlar, sizləri tale, əməl və daha hansı nəsnələr birləşdirir? …

–  Bütün bunları bilən “mtn” çetəsı niyə də onlardan töycü almasın?

Atəşfəşanlıq– Xəzərdə batan insanlarımızın şərəfinə Xəzər dənizi sahilində atəşfəşanlıq yapılacaq. Hacıbala and içib ki, mütləq bunu edəcək. Axı düşmən nə deyər? ( adama?)

-erməni pərəstlərin, onlarla qan bir – can bir olanların konsertindən sonra, atət-indən hazırlanan yeməklər zəhər olar… Xoruz qarşısında xoruzlanmasan mümkün deyil…

– Bir şey düşdü beyninə,

-heç nə gəlməz eyninə.

– Çox mərtəbə söyüşlər –

– Biçilibdir əyninə…

Hacıbala

– Bax belə, cənab hacıbala …

– Siz olmasanız Bakı Zığa batar…

– Dərd də, bəladan betər…

– Hava və dava məsələsi …

– Dəyişkən havaya bağlı davanın – sonu havanın sonuna bağlıdır. Havadan asılı olan davanın sonu bəlli…

– Həyat davam edir…

– Davanın da davamı var…

– Davamlı dava, qələbəyə aparır!

III- yazının sonu…. davamı olacaq. Toxunulmayan strukturlar darıxmasnlar…

Mirmahmud Mirəlioğlu

İstiqlalçı Millət Vəkili

KXCP sədri Mirmahmud MİRƏLİOĞLU

02.XII.2016

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir