
Fb-NİN GÜNDƏMİNDƏN
MİLLƏTƏ DAŞ ATMAQ YOX, AŞ VƏ İŞ VERMƏK LAZIMDIR
Bütöv bir hakimiyyətin kinli, məkrli, tərs, nadan, qisascıl və mərhəmətdən uzaq olması,rəqiblərinə və sadəcə ona qarşı həqiqəti söyləyənlərə qarşı ən qəddar və qəbul olunmaz üsullardan istifadə etməsi çox təhlükəlidir. Yalnız bu gün üçün deyil, ölkənin və millətin gələcəyi üçün çox təhlükəlidir. Pis tendensiyadır. Adamların nə yaşına, nə də başına baxırlar. 70-dən yuxarı
yaşı olan, həbs müddəti çoxdan bitmiş Əli İnsanovu daha iki ay həbsdə saxlamaq barədə qərar verilib. Dünən də jurnalist Mehman Hüseynov oğru qaydasında həbs edilib, işgəncələrə, təhqirlərə, həyati təhlükəyə məruz qoyulub və bir gün sonra inzibati qaydada cərimə edilib. Bunun üçün adamı oğurlamağa dəyərdimi? Bu xof,
qorxu yaratmaq, insanları susdurmaq üçün təzyiq metodundan başqa bir şey deyil. Top-tüfəngin, nizənin üstündə oturub ölkə idarə etmək olmaz. Millətin başına yekə bir daş vurmaq əvəzinə, ona aş, iş vermək barədə fikirləşin. Doğru olanı budur…
YAŞAMAQ VƏZİFƏDİR BU YANĞIN YERİNDƏ…
…YAŞAMAQ İNSAN QALARAQ !!!
Сердар АЛИЕВ
Yaşamaq bu yanğın yerində,
Hər gün yenidən ölərək…
Zalımın əlində dustaq,
Cahilə qurban gedərək…
Yalanla kirli havada
Zorla nəfəs alaraq…
Qorxağı, dönüyü, satqını
Görüb də, qəzəblə dolaraq…
Qorumaq gerçəyi çox vaxt
Yalnızlığını bilərək…
Toplanir arkadaşlar
Hər biri bir yerdən gələrək…
Kiminin boynunda ilməyi,
Kimi qanını silərək…
Qucaqlayır məni Metin Altiok,
“Vecinə alma” – deyir, gülərək:
“Yaşamaq – vəzifədir bu yanğın yerində…
Yaşamaq, İNSAN qalaraq…”
Ataol BƏHRƏMOĞLU
Mehman Hüseynov : “Məni 3 saat başımda torba, üzü aşağı saxladılar. Amma mən sınmadım” [Videolar]
Mehman Hüseynov jurnalistlərə saxlanılan zaman ona verilən fiziki təzyiqlərdən danışıb
Mehman Hüseynov jurnalistlərə saxlanılan zaman ona verilən fiziki təzyiqlərdən danışıb.
O, deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:
“Mən özümdən getmişəm. Bir də hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər.”
Bloqqer məhkəməyə də toxunub.
“Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”
M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.
Aşağıdakı boşluğa yazın