“YAŞAMAQ VƏZİFƏDİR BU YANĞIN YERİNDƏ… YAŞAMAQ İNSAN QALARAQ…” !!!

“NOTA”-NIN ARXİVİNDƏN:

“KƏNARDAN TABUTUNA DURUB BAXAN MƏMLƏKƏT…”!!!

———————————–

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

———————————–

GERÇƏKDƏN DƏ, BİZİM DÖVLƏTİMİZ VARMI???!!!

Bu məmləkətdə dövlət adına dəlalət edən bircə əməl, bircə iş nə tapmaq, nə də görmək mümkündü. Ölkəni düz on beş ildi ki, Heydər Əliyevin dilsiz-ağızsız portretləri, bir də varisin ara- sıra Azərbaycana gələndə etdiyi pafoslu çıxışlar, verdiyi boğazdan yuxarı bəyanatlar idarə edir, əgər buna «idarəetmə» demək mümkündüsə. Əslində, hər şey hələlik Heydər Əliyevin aktiv idarəçilik dönəminin ətalətinin hesabına ayaqdadı. Sabah, birigün, o biri gün nələr olacaq, bir Allah bilir…

… bəs haqqında bu qədər çox danışılan DÖVLƏT görəsən haradadı ki, onun tarixi saxtalaşdırılır, malı sahibsizlik ucbatından belə talan edilir, yağmalanır, dağıdılır,  vətəndaşına kəc baxılır, insanlarına divan tutulur, … və sair.

BƏLKƏ BİZİM DÖVLƏTİMİZ HEÇ YOXDU VƏ BİZ ONU ÖZÜMÜZ-ÖZÜMÜZƏ TƏSƏLLİ ÜÇÜN UYDURMUŞUQ.

Əgər varsa, niyə onun tarixinə belə kəc baxan gözləri töküb, vətəndaşına divan tutan əlləri sındırıb, malını-mülkünü talayanları, xəzinəsini yağmalayanları öz ədalətinə təslim edib görk eləmir? Bir sözlə, hər şey göz qabağındadı və biz dövlətsiz dövlətçiliyin fəsadları ilə hər addımda üzləşirik. Bizə düşən isə, baş verənlərə kənardan məlul-məlul baxıb, köks ötürmək və nə vaxtsa dövlətimizin olacäğına inanmaqdı. Bir şeyi də vaxtında atalarımız söyləsə də, bizlər unutmuşuq deyəsən: “Öz keçmişinə güllə atanların gələcəyi topa tutular”. Zaman bizim də gələcəyimizi bu unutqanlığa görə mütləq topa tutacaq. Çünki bu günlərdə hamımızın şahidi olduğumuz vandalizmin, görünməmiş talançılığın, miqyasları bütün ölçü vahidlərini üstələmiş saxtakarlıqların  və barəsində hayqırmaq əvəzinə susduğumuz olayların bircə adı var – öz tarixini, öz keçmişini və hətta gələcəyini də güllələmək. Tarix isə heç kimi bağışlamağı sevmir, istər prezident ol, istərsə də sıradan bir vətəndaş: “Yoxsulu, ərbabı, şahı, gədanı, Tutmaz bir-birindən aralı dağlar …” misalı !!! 

 

«Nota bene!» qəzeti 
10-17 iyun 2008-ci il

Автоматический альтернативный текст отсутствует.

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*