ZƏRDABLILAR SƏLİM MÜSLÜMOVDAN XAHİŞ EDİLLƏR Kİ, …

“… BELƏ KADRI RAYONDA “ÇÜRÜTMƏYİN”, O,  MƏRKƏZDƏ İŞLƏMƏYƏ LAYİQDİ”  

z%c9%99rdab-dsmf
DSMF Zərdabda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat keçirib
dsmf-z%c9%99rdab-001
DSMF Zərdabda regional təqdimat keçirib …

Bu günlərdə  Zərdab rayonunun DSMF-sindən və oranın müdiri Vəliyev Canpolad Şamil oğlunun fəaliyyətindən bəhs edən şanlı bir müraciət almışıq. Müraciəti müəllifləri bildirirlər ki, Canpolad Vəliyev, bəzi rayonlarda çalışan,  eləcə də özündən əvvəl Zərdabda işləmiş   DSMF müdirləri kimi, bu Səlim Müslümovidarəyə dədəsinin mülkü kimi baxmır, bütün qərar və hökmlərini, məhz bu qurumla bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə verir, işlərini mövcud əsasnamələr və mərkəzin direktiv tapşırıqları əsasında təşkil edir və görür.  Heç bir halda özfəaliyyətə yol verməyən müdir, digərləri kimi, istədiyi adamı qeyri-qanuni yollarla, müztəlif qaranlıq üsullarla nə vəzifəyə tətin edir, nə də ki, işdən çıxarır. Heç kim deyə bilməz ki, yoldaş Canpolad Şamiloviç, kimisə, nə vaxtsa qeyri-qanuni yolla işə götürüb və ona da qnunsuz yolla maaş verdirir. İdarədən məzuniyyətə gedənlərin bu hüquqdan geninə-boluna istifadəsinə geniş imkanlar yaradan müdir, onların məzuniyyət pulunun da vaxtında ödənilməsini təmin etmək üçün əlindən gələni etməklə yanaşı, digər rayonlarda tez-tez təsadüf olunan, məzuniyyətdə olanların yerinə işə adam götürmək kimi qanunsuzluğa ömründə yol verməyib. Səhhəti ilə əlaqədar “bülleten”ə çıxmış işçilərin də qayğısına qalmaqda, digər həmkarlarına örnək ola biləcək fəaliyyətlərdə bulunaraq, fürsətdən yararlanıb, onların yerinə keçməyə cəhd edən rüşvətxorların və möhtəkirlərin qarşısına keçilməz sədlər çəkdiyinə görə, kollektiv tərəfindən çox sevilir.  Rüşvət yığmaqda ad çıxarmış işçilərlə də, xüsusi proqram və plan əsasında işlərini quran müdirin fəaliyyətinin bu yönünün, niyə hələ də respublika səviyyəsində,  qabaqcıl təcrübə kimi istifadə olunmadığından təəccüblənən rayon əhli, bu tələblə, yaxın günlərdə nazir Səlim Müslümovun qəbuluna nümayəndə heyəti göndətməyə hazırlaşır. Vətəndaşlar onu da vurğulayırlar ki, illərlə bu idarədə çalışmış təcrübəli işçilərdən heç birinin rəhbərlik tərəfindən işdən qovulması halı olmayıb və idarədən gedən təcrübəli işçilərin hamısı,  könüllü olaraq, öz ərizələri əsasında işdən çıxıblar. Bizə gələn müraciəti imzalayan vətəndaşlar Həzrəti Abbasın qələm qollarına and içillər ki, bu şəxslərin işdən çıxmalarında müdir C. Vəliyevin, hər hansı formada, nəinki rolu olmayıb, hətta müdir onlardan bəzilərinə, işdən çıxmamaları üçün minnətçi də düşüb. Amma o adamlar da, daha sərfəli iş tapdıqları üçün, DSMF sistemindən getmək istədiklərini bəyan ediblər.  Canpolad müəllimin müdir kimi fəaliyyətə başladığı gündən etibarən, bəzi uyumsuz işçilərin ləkələnərək işdən çıxarılma mexanizminə birdəfəlik son qoyulub. Bununla da, kollektivdə yaranan sağlam mühit şəraitində, idarədə zaman-zaman, az və ya çox dərəcədə mövcud olmuş rüşvətə qurşanmanın, korrupsiyaya bulaşmanın  və qruplaşmalar yaranmasının qarşısı tam olaraq alınıb və indi Zərdab DSMF-sində, necə deyərlər, “qurdlar quzularla bir yerdə otlayırlar”. Burada daha əvvəllərdə olduğu kimi, nə müdirin özü, nə də yaxınları kimsəyə, “səninlə işləmək istəmirik”, ya da “bu yerdə filankəs oturacaq” demir və deyə də bilməz. Bir sözlə, indi yoldaş Canpolad Şamiloviçin sayəsində Zərdab Rayon DSMF-si əhaliyə günün tələbləri səviyyəsində nümunəvu xidmət göstərir. Burda artıq vətəndaşlar, ya təqaüdə çıxa bilmək, ya da ünvanlı sosial yardım almaq üçün, eləcə də müxtəlif əlamətdar günlərdə fond tərəfindən aztəminatlı ailələrə, qocalara və kimsəsizlərə verilən maddi yardımlara görə “haqq” ödəmək, ya da rüşvət vermək kimi halları unudublar. Xüsusilə də, ünvanlı yardımların verilməsində əvvəllər müşahidə olunan neqativ hallardan, ən əsası da, yardım alan vətəndaşların bank kartlarını, əvvəlcədən razılaşaraq vətəndaşın əlindən almaq və dövlət tərəfindən verilən yardımları aylarla mənimsəmək kimi məsələlərdən söhbət belə gedə bilməz.  

ilham-s%c9%99lim-dsmfMüraciət müəllifləri bildirirlər ki, artıq Zərdabın DSMF-sində ”dərə xəlvət, tülkü bəy” dönəmləri tarixə qovuşub və buna görə də onlar ilk növbədə,  14 ilə yaxındır ki, dövlətimizi,  özünün Analoqsuz siyasəti ilə dünyada tanıdan, Azərbaycanı regionun lider ölkəsinə çevirmiş cənab İlham Əliyevə, nazir təyin olunan gündən Azərbaycanda vətəndaşların sosial müdafiəsi istiqamətində əsaslı dönüş yarada bilmiş Səlim Müslümova və Zərdab əhalisinə sosial müdafiə  sahəsində nümunəvi xidməti ilə seçilən, rayona gəlişindən az müddət keçməsinə baxmayaraq, yerli əhalinin sonsuz sevgisini və hörmətini qazanmış Canpolad Vəliyevə minnətdardırlar.

Müraciəti yazanlar sonda bizdən belə bir təvəqqedə bulunurlar ki, yoldaş Canpolad  Vəliyevin bu cahanşümul fəaliyyətini həm respublika ictimaiyyətinin, həm də Səlim Müslümovun diqqətinə çatdırmaqla, belə qiymətli bir kadrın rayon səviyyəsində qlıb “çürüməsinin”, ona qarşı böyük z%c9%99rdabhaqsızlıq olduğunu və onun mərkəzdə ölkə üçün daha xeyirli işlər görə biləcəyini bəyan edək. Bir sözlə, Zərdablılar, Səlim Müslümovdan , bu qiymətli kadrını nazirlik səviyyəsində işlə təmin etməsini xahiş edirlər ki, C. Vəliyev özünün belə cahanşümul fəaliyyətini respublika səviyyəsində davam etdirə bilsin. Əgər Nazir cənabları onların bu müraciətini və acizanə xahişlərini nəzərə alaraq Canpolad Vəliyevi mərkəzdə işləməyə dəvət edərdə, onu rayondan böyük hörmətlə və qurbanlarla yola salacaqlarını da müraciət edənlər bildirirlər.           

“ps-nota.com”

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir