“ZAKİR FƏRƏCOVUN QOÇULARI REDAKTORUN BOĞAZINA BIÇAQ DİRƏDİLƏR!!!” ???

PREZİDENTİN, DİN-in və BAŞ PROKURORUN POÇTUNA – 

T Ə C İ L İ

“QAZAXDA QƏTL” DRAMINDAN DƏRHAL SONRA YAŞANAN BU OLAY, DÖVLƏTƏ DƏ MİLLƏTTƏ DƏ MEYDAN OXUMAQDI VƏ TƏSADÜF SAYILA BİLMƏZ, CƏNABLAR !!! 

Fb-NİN GÜNDƏMİNDƏN 

На данном изображении может находиться: 2 человека, в том числе Ikram Rahimov, люди сидят и в помещенииSumqayıt icra başçısı Zakir Fərəcovun qoçuları azerbaycanrealligi.com saytının baş redaktoru Dəyanət Babyevi bir saat öncə ölümlə hədələyiblər. Səbəb, rəhbəri olduğum Realliq.info saytında dərc olunan yazının Dəyanət Babayevin öz saytında dərc etməsi olub. 
Hadisə Nərimanov rayonunda olub. İcra başçısının qoçuları əllərində bıçağı baş redaktorun boğazına dirəyərək ondan yazını silməyi tələb ediblər. Yazının müəllifi mənəm. Və həmişə demişəm ki, Zakir Fərəcov quldurluq edir. Bu şəxs hamını ölümlə hədələmək və həbs etdirmək vərdişinə sahibdir. Bir neçə il öncə Saray bələdiyyəsinin sədrinin və həyat yoldaşının vəhşicəsinə öldürülməsi də təsadüf deyil və Fərəcovların planı idi.
İcra başçısının qoçuları vasitəsilə insanları hədələməsi hüquq – mühafizə orqanlarını narahat etməlidir. Dəyanət Babayevin həyatına yaranmış təhlükəyə görə məsuliyyət onların üzərinə düşür.

———————————————————————————–

P.S.

“BURASI DAĞ BAŞI DEYİL, UŞAQLAR” !!!

İndi Dəyanətlə danışdım, yazılanları birəbir təsdiqlədi. Hələ burda haqqında bəhs olunmayan bir məsələ də varmış. “Qoçu”lar, həmçinin “Azal”ın prezidenti Cahangir Əsgərovun barəsindəki yazıların da saytdan çıxarılmasını tələb ediblər. Hadisə Ağa Nemətulla küçəsində, Nərimanov Rayon Məhkəməsinin köhnə binasının bir neçə metrliyində yerləşən arkanın altında,  sıx gediş-gəliş olan  bur yedə, düz yolun kənarında baş verib. Necə deyərlər camaatın gözləri önündə, insanların söx gediş-gəlişi müşahidə olunan bir yerdə belə hərəkəti edən adamlar ya dəli olmalı, ya da “arxalı 

köpək qurd basar” misalı davranmalıdırlar.  

Sərdar ƏLİBƏYLİ

 

 

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*