“ƏBƏDİ İQTİDAR OLMAYIB VƏ BUNDAN SONRA DA OLMAYACAQ”!!!

PAYLAŞIN

“İqtidar heç bir mənada demokratiyaya hazır deyil”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“İqtidar şansını qaçırdı”.

Őlkədəki vəziyyətin gərgin oldugunu gőrməmək diletantlıq olardı. İqtidar komandasının artıq monolit olmadıgı da gőrűnəndi. Məhkəmələrin őzbaşınalıgı, total korrupsiya, rűşvətxorluq artıq dőzűməzlik həddindədir. İqtidar komandasında edilən dəyişikliklər yalnız, ad və soyad əvəzlənməsindən savayı nəsnəyə yararlı gőrűnműr. Əslində isə, iqtidarın 26 illik mahiyyətində zərrə qədər tərpəniş hiss olunmur. Yenə, birillik AXC-Műsavat iqtidarı sűçlanır, təhqir edilir.

Təbii ki, bu cűr műnasibət gərginliyi nəinki azaldacaq, əksinə, siyasi kataklizmlərin sűrətlənməsinə daha műnbit şərait yaradacaq…

1989-92-ci illəri xatırlamaq yerinə dűşərdi. Ölkəni həm siyasi, həm də iqtisadi bőhran aguşuna almışdı. Vəziyyətdən çıxış yollarını iqtidarla můxalifət birgə arayırdı. Baxmayaraq ki, siyasi baxışlar tam fərqliydi. Hakimiyyətin təhvil verilməsi də qansız-qadasız baş vermişdi… Səbəbi artıq məlumdur. O zaman Azərbaycana rəhbərlik edən Ayaz Műtəllibovun bir sıra uzaqgőrən addımları da olmuşdu sőyləsək, yanılmarıq. O, əslində gərginliyi aradan qaldırmaq űçűn, bir sıra kadr dəyişikliklərinə razı olmuşdu. Tamerlan Qarayevin Milli Məclis rəhbərliyinə, Sabir Rűstəmxanlının nazir postuna gətirilmələri, sonradan isə Rəhim Qazıyev və İsgəndər Həmidovun gůc nazirləri təyin edilmələri,

hakimiyyətin demokratik qűvvələrə dinc yolla őtűrűlməsinə műnbit şərait yaratmışdı.

Əbədi iqtidar olmayıb və bundan sonra da olmayacaq. Bunun akisoma oldugunu kimsə unutmamalıdır. Bəli, iqtidar Baş nazir postuna, məmurluqdan ćox biznesiylə tanınmış Əli Əsədovu yox, demokratik dəyərlərə hôrmətlə yanaşan AMİP lideri Etibar Məmmədov və ya İqtisadiyyatı műkəmməl bildiyinə okeanın o tayında hőrmətlə yanaşılan Qubad İbadoglu təyin edilməliydi. Kadr islahatlarını davam etdirib, Qűdrət Həsənquliyevin, Əli Məsimlinin, Vahid Əhmədovun, Fazil Mustafanın ixtisaslarına uygun vəzifələrə təyin edilmələri, hakimiyyətin tədricən və dinc yolla őtűrűlməsində ugurlu addım olardı…

Gőrůnən odur ki, iqtidar heç bir mənada demokratiyaya hazır deyil, şansını qaçırmaqdadır.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*