ƏBƏDİ YAŞAYANLAR SİLSİLƏSİNDƏN – “HEÇ KİM, YEÇ NƏ UNUDULMUR” !!!

PAYLAŞIN

MİLLƏT ÖZ GERÇƏK QƏHRƏMANLARINI TANIMALIDIR !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin  təşəbbüsü, Cəbrayıl rayon icra hakimiyyətinin mənəvi dəstəyi və təşkilatçılığı sayəsində, 1997-ci ildə Horadiz-Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən, düşmənlərin mühasirəsinə düşən və təslim olmağı rədd edib, Vətən naminə son nəfəsədək vuruşüb, sonda əsir düşməməkçün özlərini partladan leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar Dinar İbrahim oğlu Mustafayev, Anar Üzeyir oğlu Rzayev, Fariz Şəmil oğlu Cavadov, Nizami Səfi oğlu Ələkbərov, Aqşin Əli oğlu Həsənov – yeddi nəfərin həlak olduğu, bir nəfərin (Aqil Mürsəl oğlu Əhmədovun )əsir düşdüyü xüsusi təyinatlı kəşfiyyatçılarımızın unudulmaması, gənc nəslə tanıdılması, təbliğatı məqsədilə yazdığım “Əbədi yaşayanlar” kitabının, həmçinin səkkiz oğula həsr olunmuş “Tanıyaq və tanıdaq” adlı 2020 ci il təqviminin təqdimatı keçirildi. Təqimatın yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə, xüsusən Cəbrayıl rayn icra başçısı, Qarabağ veteranı Kamal Həsənova, aparatın humanitar məsələlər üzrə müavini Fəridə xanım İbayevaya, şairHidayət Səfərliyə, orta məktəb şagirdlərinə, həmçinin, Fariz Şəmil oğlu Cavadovun ailəsinə sonsuz təşəkkürkər…

26.12.2019

Cəbrayıl.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*