“ƏGƏR CƏMİYYƏTDƏ ÜMUMİ HƏMRƏYLİK OLMASA, BU ÖLKƏNİN GƏLƏCƏYİ YOXDUR”

PAYLAŞIN
Siyasi arenamızın allaq-bullaq olaraq, ərəb saçına dönmüş qarmaqarışıq labirintlərində elə şeylər baş verir ki, bəzən olub-bitənlərə adamın inanmağı belə gəlmir. Siyasi partiyalar arasındaki münasibətlərin heç də könül açan olmadığı indi hər kəsə bəllidi. Amma son zamanlarda yeni bir tendensiya da sezilməkdədi ki, buna artıq nəsə təzə bir ad qoymaq lazım gələcək. Belə ki, artıq bir sıra siyasi partiyaların, öz içərisindən fraksiyalara bölünərək, birgə fəaliyyət görüntüsü verməyə çalışmaları dünya siyasət tarixinin heç rastlamadığı nou-hau kimi dəyərləndirilməlidi. Belə bir vəziyyətdə ölkə ilin baş siyasi şousuna – nöbbəti parlament seçkilərinə doğru yol alıb. Seçkiyə qatılan-qatılmayan bütün təşkilatların  əks tərəfi ittiham altında tutması da hələlik Azərbaycansayağı siyasi münasibətlər sistemində görünməmiş nəsnələrdən sayılmalıdı.
Siyasi gündəmin bu karqaşasında, Vətəndaş Həmrəyliyi Partiyasındakı durum bir az da mürəkkəbdir və burdakı vəziyyətin ictimai müzakirələrə səbəb olan bəzi yönlərinə ayna tutub, aydınlıq gətirə bilmək üçün VHP Ali Məclisinin Sədri, Mili Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflıdan bu ətrafda bəzi məsələləri şərh etməyi xahiş elədik.

“MƏNİM TƏFƏKKÜRÜM PARTİYA DƏYİŞMƏK ANLAYIŞINI QƏBUL ETMİR”

Rafiq Manaflı“VHP “DEMKONQRES”-dən SONRA NƏ SAĞ, NƏ DƏ SOL MÜXALİFƏTİN YANINDA OLDU”

“RADİKALLIQ BAXIMINDAN İQTİDAR MÜXALİFƏTDƏN ÇOX ÖNDƏDİR”

Rafiq MANAFLI: “BUNDAN SONRA EVOLYUSİYA YOXDU, SOSİAL PARTLAİIŞLAR, QANLI-QADALI İNQİLABLAR VAR”

 


II hissə

 (I hissə bu linkdə – https://www.ps-nota.com/archives/1901)

Rafik ManaflıSabir R-12–  Rafiq bəy, hal-hazlrda VHP-də məclisin sədrisiz, faktiki təşkilatın ikinci adamısınız, amma  VHP sədri də o görüşlərdə işturak edirdi. 

–  Sözün düzü, bu sualı gözləyirdim. Çünki, istər sosial şəbəkələrdə, ya da ayrı bir yerdə, ortaya öz mövqeyimi qoyan kimi, özüm qalıram bir yanda, məndən heç kim heç nə yazan deyil, amma dərhal partiyaya, bəzi hallarda da, partiyanın müəyyən şəxslərinə hücum edirlər. Təşkilatın maliyyələşməsinə münasibət bildirir, iqtidardan pul aldığını deyirlər. Amma heç kim fikirləşmir ki, bu, qanunla, dövlət büdcəsindən ayrılan vəsaitdir. Lakin hakimiyyətdə oturan bəziləri və oliqarx adlandırılanlar dövlətin büdcəsindən oğurluq edərək öz yaşamlarını təmin edir və həddindən artıq dəbdəbəli həyat yaşayırlar. İqtidarda olanların tam əksəriyyəti də ordan oğurluq edir və büdcədən oğuluq başqa, qanunla maliyyələşmə isə tamam başqa bir şeydir.   VHP-yə gəlincə, mənu bu təşkilata dəvət edən dostlarım olub. 1996-cı ildə uzun söhbətlərdən, uzun-uzadı məsləhətləşmə bə mübahisələrdən sonra bu partiyaya gəlməyə qərar vermişəm. Çünki o vaxtdan bilirdim ki, mənim təfəkkürüm partiya dəyişmək kimi anlayışı qəbil etmir və bir dəfə getdimsə, artıq ordan harasa gedişim  olmayacaq. Beləcə 20 ilə yaxındır ki burdayam və burdan da çıxıb gedəsi olsam, doğru evə gedəcəm. Yəni  mənim bəziləri kimi, burdan ora, ordan da başqa bir yerə getmək fikrim yoxdur. Mənim aləmimdə partiya seçimini ancaq bir dəfə eləmək olar və mən də bu seçimimi o zamandan VHP-dən yana eləmişəm. VHP də Azərbaycanda olаn çoxsaylı partiyalardan biridi və adının necə olmasından asılı olmayaraq özünün nizamnaməsi və proqramı var. Əlbəttə ki, bu mənada, partiyanın adındakı “həmrəylik” ifadəsi, müəyyən qədər, deklorativ xarakter daşıyır. Amma küll halında bu partiyanın üzvləri və rəhbərliyi də o fikirdədir və təşkilat olaraq VHP-nin  məramı da  ondan ibatətdir ki, əgər cəmiyyətdə ümumi həmrəylik olmasa, bu ölkənin gələcəyi yoxdur. İndi müxalif cinahda olan partiyaların bəzilərinə konstruktiv, bəzilərinə də loyal müxalifət deyirlər. Amma VHP, ələlxüsus da “Demkonqress” dağılandan sonra, belə deyək ki, nə sağ, nə də sol müxalifətin yanındadı. O cümlədən də radikal qanadla bir səngərdə deyilik. Yeri gəlmişkən, radikallıq baxımımdan, mənə görə iqtidar müxalifətdaə müqayisə olunmaz dərəcədə öndədir və bəzi iddiaların əleyhinə olaraq, bimənalı şəkildə bildirirəm ki, bu partiya iqtidarın da yanında deyil. Bu mövqeyinə görə də VHP bir partiya olaraq ikitərəfli atəşlərin arasındadır.  Belə bir durumda olan partiyanın içərisində çeşidli fikir müxtəlifliklərinin olmasını da, kifayət qədər normal hal sayıram və bu da çox təbiidir, hatta qaçılmazdır. Çüki partiyadakı insanların bir hissəsi o tərəfə, digər bir hissəsi bu tərəfə, başqa bir qpup insanlar da tamam ayrı bir tərəfə meyillənmənin tərəfdarıdır. Yəni, dediyim kimi, müxtəlif tərəflərin arasında, necə deyərlər, atəş xəttidə qalan bütün partiyaların aqibəti belə olr və VHP də bu mənada istisna deyil. İndi daha aydın görünən bir şeyi deym ki, partiyada baxışları və düşüncələri 180 dərəcə fərqli olan, diametral fikir fəqliliyi ilə seçilən adamlar var. Bu da, əsasən, partiya sədrinin bu cür yanaşmalara tolerantlığından irəli gəlir.  Partiyanın sədri müxtəlif fikirləri qəbul edib razılaşmaq, ya da, ən azından müzakirə edib, düşmən münasibətləri dəf edə bilmək baсarığı ilə bu insanları bir arada tutmağa nail ola bilir. Yəni, Sabir Rüstəmxanlının birləşdirici fiqur olaraq burda olması, nəticə etibarı ilə VHP-də də fərqli fikirliliklərin olmasına rəğmən, partiyanın ümumi platformada fəaliyyətini də təmin edir.

–  Sabir bəylə indiki durumu heç müzakirə edibsinizmi ki, siz Milli Şurada təmsil olunursunuz və orda da, tutaq ki, hakimiyyətlə dialoqa gedən, seçkiyə qatılan partiyalara satqın, partiya sədrlərinə isə xəyanətkar deyirlər.

vətəndaş həmrəyliyi partiyası–  Sabir bəylə mənim müzakirələrim həmişə olub. Amma bu müzakirələr o yöndə olmayıb ki, məsələn, sən niyə Milli Şurada  təmsil olunursan. Sadəcə bu məsələ mənim öz mıvqeyimlə bağlıdı və o da bilir ki, mənim öz mövqeyim var. Mən Milli Şurada təmsilçiliyə fərdi qaydada qərar vermişəm. Yəni, aramızda o qəbildən hansısa müzakirə olmayıb ki, bu doğrudur, ya da yanlışdır. Sabir bəy mənim qərarıma hörmətlə yanaşıb və yeri gəlmişkən, o, partiyada bu qərara hörmətlə yanaşan tək adamlardan biridir. Ayrıca, bizim müzakirə və mübahisələrimiz də, əsasən mövqe müzakirələri olur. Yəni, bu da əsasən, partiyanın hansısa məsələlərlə bağlı mövqeyinin müəyyən edildiyi  zamanlarda baş verir və hesab edirəm ki, burda da anormal bir hal yoxdur. Məsələn, baxın, Siyasi Şurada partiyanın seçkiyə getməsi ilə bağlı müzakirələr keçirilib və qərar qəbul olunub ki, VHP seçkiyə getsin. Mən də orda fikirlərimi bildirmişəm və qərarın da əleyhinə səs vrmişəm. VHP-nin bir cəhəti də ondadır ki, bütün firkir ayrılıqlarına rəğmən, səs çoxluğu ilə qəbil olumuş istənilən qərarlar, sonradan kukuarlarda müzakirə edilməklə, əlavə problelərə yol açılmır. Amma onu da deyim ki, elə prinsipial məsələlər, elə qırmızı xətlər var ki, onlarla razılaşmasan, gərək ordan gedəsən. Çünki belə vəziyyətdə təşkilatda qalmaq nə məqbul sayıla, nə də mümkün ola bilər. Həmim o xətlər var və şükür Allaha ki, o qırmızı xətlərin olduğu yer, Sabir bəy üçün də, mənim üçün də, partiyada olan əksəriyyət üçün də eynidir və o xətləri keçmək olmaz. Amma, ümumiyyətlə seçkiyə Məkkə, Mədinə kimi baxanlardan fərqli olaraq, mənim üçün seçki siyasi həyatın mərhələlərindən biridir və mən VHP-də olduğum müddətdə, biz artıq 25-ə yaxın seçkilərdə iştirak eləmişik. Bu da həmin o seçkilərdən biridir. Düzdür, ölkənin vəziyyətinə, ölkədəki siyasi qüvvələrin varlığının və gücünün nisbətinə görə, biz indi çox vacib bir mərhələdəyik. Çünki, indi ölkə bütünlüklə elə bir dalana aparılır ki, o dalandan təkamül, ya da evolyusiya yolu ilə çıxmaq, geriyə qayıtmaq mümkün deyil. 

–  Yəni inqilabamı gedirik?

–  Partlayışa gedirik. Belə deyək ki, bu seçki son dönüş nöqtələrindən biridir. Bundan sonra artıq evolyusiya yoxdu, sosial partlayışlar, qanlı-qadalı inqilablar və ciddi kataklizmlərlə müşayiət olunan digər təlatümlü hadisələr qaçılmaz olacaq.

–  Rafiq bəy, bəlkə əlavə suallardan yayınmaqla, onsuz da mövqelərinizdə ciddi ziddiyətlər olan partiya ilə üzülüşüb, ictimai-siyasi fəaliyyətin başqa növlərinnən məşğul olasınız. Yaxşı analitik və araşdırmaçı yazılarınız var, QHT yaradıb hüquq müdafiəsi ilə məşğul ola bilərsiniz, müstəqil politoloq, və sair kimi də fəaliyyət göstərmək mümkündü, bu haqda heç düşünübsünüzmü?

–  İndiki vəziyyətdə, şəxsən mənim üçün, hər hansı yöndə müstəqil fəaliyyət göstərmək, partiya mükəlləfliyi olmaqdan daha rahat,  daha səmərəli olardı. Bəlkə də, bəzi artıq şeylərlə rastlaşmaz, böyük mənada mənə heç bir aidiyyatı olmayan sualları cavablandırmaq zorunda qalmazdım. Amma, bu təşkilatda mənim 20 ilə yaxın fəaliyyətim olub və bu gün məni cəmiyyətdə beş-on nəfər adam tanıyırsa, əlbəttə ki, mən buna görə VHP-yə borcluyam. Tutaq ki mən 2001-ci ildən VHP Ali Məclisinin sədriyəm və 14 il əvvəlki Rafiq Manaflı ilə indiki Rafiq Manaflı arasında yerdən göyə qədər fərq var. Əlbəttə ki, bu da VHP-nin sayəsində baş verib.

rafiq manaflı-1

–  Amma burda ayrı bir məsələ də var axı. Partiyanın daxilində müxtəlif fikirlərin olması demokratiya baxımından, bəlkə də normal görünə bilər. Ancaq partiyanın qəbul etdyi qərarlara uymaq, hələ bu təşkilatda ikinci çəxs olaraq, vəzifədə barınılmaq məsələləru var. Siz partiyanın qərarlarına uymursunuz.  

Davamı var

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*