“Əli bəy hər zaman birinə “qaç”, birinə “tut” deməklə partiyanı idarə edib”

PAYLAŞIN

“AXCP Əli Kərimlinin monopoliyasına keçəndən özəl sexə çevrildi”

“Kim Əli Kərimlinin zombisidirsə, o da bunların gözündə böyuk insandır”

Ağaşirin TANRIVERDİOĞLU: “AXCP-də gedən haqsız oyunların,  bu  oyunlara göz yummamağın qurbanı oldum”

 agasirin

Siyasi arenanın iqtidar cinahında ciddi narahatlığın olduğu indi heç kimdə şübhə doğurmur. Hətta vəziyyət o həddə gəlib ki, prezident müşavirələrində ölkə başçısının öz dilindən bəzi açıq və ya gizli etiraflar səslənir. Belə bir vəziyyətdə müxalifətin elliklə bir araya gəlib hakimiyyət uğurunda mübarizəni genişləndirməyə cəhd etməsi lazım olduğu halda, burada da hələ xeyli əvvəldən başlamış daxili çəkişmə və mübarizələlər bitmir ki, bitmir. Istər Müsavat partiyası daxilində gedən proseslər, istərsə də AXCP-nin iç savaşları bir türlü bitmək bilmir. Bu mənada Ağaşirin Tanrıverdioğlunun partiyadan kənarlaşdırılmasından sonra AXCP- də yaranan gərginlik, həmçinin də getdikcə dərinləşən iç savaş günü-gündən daha geniş vüsət almaqdadı. Hətta belə görünür ki, bu məsələ xeyli vaxt aparacaq və diqqətləri öz üzərinə çəkəcək məhkəmə proseslərinədək gedib çıxacaq. Bütün hallarda bu olayların seçki ərəfəsinə təsadüf etməsi təəssüf doğurur. Elə Ağaşirin Tanrıverdioğlu ilə söhbətimizdə AXCP-də olub bitənlərə və bu ətrafda cərəyan edən proseslərin perspektivlərinə nəzər salmağa çalışdıq.

 

–  Ağaşirin, səncə indi biz səni cəbhəçi əzablarından qurtulmağın münasibətilə təbrik etməliyik, yoxsa biz də sənə qoşulub, baş vermiş bu olaydan məyusluq hissimi keçirməliyik?

Əli Kərimli–  Mən hesab edirəm ki, ömrümün 26 ilini verdiyim AXCP- də uzun sürən əziyyətlərim, xidmətlərim Həmişə meydan hərkatlarında, mitinqlərdə cəbhədaşlarımın, dostlarımın önündə olmuşam. Hər zaman, istər mitinq meydanlarında, istərsə də digər tədbirlərdə partiya rəhbərliyinin, sədr müavinlərinin, rəyasət heyəti üzvlərinin hər hansı birinə qarşı olan təpkilərin, hücumların qabağına sinəmi vermişəm. Indi də bunların heç birinə təəssüflənmirəm, ona görə ki, elədiklərimin hamısını konkret şəxslər və adlar xatirinə deyil, xalqım, millətim və dövlətim üçün eləmişəm. Heç vaxt haqsızlığa göz yummamışam və bu gündən sonra da yummaq fikrim yoxdu. Amma hesab edirəm ki, uzun illərdən bəri çəkdiyim əziyyəti, əzabları, mənə görə təzyiq və təqiblərə məruz qalan doğmalarımı, yaxınlarımı, dostlarımı göz önünə gətirərək,  bu qədərinə dəyərdimi sualına cavab axtararkən də, qətiyyən peşimançılıq hissi keçirmirəm. Daha doğrusu, bütün bunları, bu gün məni AXCP- dən kənarlaşdırmağı  bayram edənlərə bağışlayıram. Çünki, mən bir haqq yolçusuyam və bu yolda əzabların, əziyyətlərin, təqib və təzyiqlərin olacağını da bilirdim. Onsuz da mənim və bir çoxlarının uğrunda illərini verdikləri haqq, ədalət gec-tez yerini tapacaq. Amma mən, sadəcə AXCP-nin içərisində gedən haqsız oyunların, bir çox hallarda, birmənalı şəkildə ədalətsizlik kimi qiymətləndirdiyim oyunlara göz yummamağın qurbanı oldum. Cəbhənin içərisində kök salmış və partiyanın strateji maraqlarına ciddi zərbə vuran qruplaşmalara qarşı açıq-saçıq şəkildə sözümü deməyimin, hətta Əli Kərimlinin özünə belə, bir sira məqamlarda, sən haqsızsan, deyə bilməyimın qurbanına çevrildim.

–  Əli Kərimli nəyi düz eləmirdi ki?

–  Lətifəsi böyüklərindən uzaq, Əli bəy son illərdə hər zaman birinə “qaç”, birinə “tut” deməklə partiyanı idarə edib. Mən isə hər zaman o fikirdə oldum ki, təşkilatın bütün üzvləri və rəhbərliyi bir bayraq altında birləşərək, partiyanın strateji hədəflərinə çatmaq uğrunda fəaliyyət göstərməlidir. Amma Əli bəy, öz məqsədlərinə və şəxsi hədəflərinə uyğun bir partiya formalaşdırdı ki, mən də bu haqda zaman-zaman fikirlərimi açıq şəkildə bildirmişəm. Partiyadakı indi mövcud olan qruplaşmalar da, əslində Əli Kərimlinin öz məqsədlərinə çatması üçün formalaşdırılıb.  Və bu da illər boyu ard-arda gələn uğursuzluqların pərdələnməsinə xidmət edib.

–  Ağaşirin, əslində sən AXCP-dən bu cür hay-küylə yola salınan nə birinci, nə də sonuncu cəbhəçisən. Bir müddət qabaq Razi Nurullayev, ondan qabaq Mirzə Sakit və onlarla digərləri bu cür səsli-küylü formada təşkilatdan getdilər. Yəni bu hər zaman belə oldu və nə qədər ki, adamlar təşkilatın nəfinə fəaliyyət göstərir, fədakarlıq eləyirlər, hər şey yaxşı olur. Ancaq elə ki, ya partiya rəhbərliyinin xoşuna gəlməyən bircə kəlmə söz deyir, ya da ki, müəyyən obyektiv və ya subyektiv səbəblərdən ayaqlarını təşkilatın astanasından kənara atıllar “xain”, “satqın” və s. adlandırılırlar. Amma illərlə sən özün də bu kampaniyaların içində yer aldın. O zaman heç düşünürdünmü ki, bir gün bu sənin də başına gələ bilər?

–  Doğrudan da bu cür münasibət, AXCP-nin, necə deyəllər, nizamnamədən kənar, yəni yazılmamış nizamnaməsidi. Kim bu gün AXCP-ni tərifləyirsə, onun üzvüdürsə, fanatıdırsa, Əli Kərimlinin zombisidirsə, o da bunların gözündə təkcə AXCP üçün yox, bütün Azərbaycan üçün çox böyuk insandı. Yox, əgər, hər hansı bir halda söz çəp olursa, ortaya fikir ayrılığı gəlirsə, həmin dəqiqə sözü çəp gələn, fikir ayrılığı bildirən adam ya hakimiyyətə, ya MTN-ə, ya da hakimiyyətin hər hansı bir qruplaşmasina bağlanır və “xain”, “satqın” elan olunur. Təşkilatda xüsusi insanlar var ki, onlara sosial şəbəkələrdə “qalxın” əmri verilir və  əsil müsibət də bundan sonra başlayır.

Razi N.

Bu, bir qədər əvvəl Razi Nurullayevlə də belə oldu, indi mənimlə də eyni cürdü. Adamların barəsində elə sözlər deyir, elə şeylər yazdırırlar ki, nə buna normal cavab vermək mümkündü, nə də susub rahat oturmaq. Tutaq ki, bir müddət əvvəl Mirzə Sakitin də başına da “nə müsibətlər” gətirdiklərini bütün Azərbaycan bilir. Gördüyünüz kimi, neçə ildi ki, bunların Mirzəyə qarşı açdıqları cəbhə hələ də bağlanmayıb. Təsəvvür edin ki, vaxtilə Mirzə Sakitin şəkillərini başlarının üstündə tutub mitinqlərə şıxan, onun uğrunda hətta ölümə belə hazır oln insanlar, indi sosial şəbəkələrdə ona “alkaş”, “nəşəxor” deyib ələ salırlar.

Mirzə Sakit

Yəni, zaman-zaman AXCP-də bu tip şeylərin olması, artıq cəmiyyəti də, ayrı-ayrı insanları da təəccübləndirmir. Ancaq mən heç vaxt düşünmürdüm ki, bir gün Ağaşirin Tanrıverdioğlu da partiyanin içindəki qruplaşmalar arası davanın qurbanlarından biri olacaq və təşkilatın fanatları, eləcə də Əli Kərimlinin yetişdirdiyi zombilərin təqib və təzyiqlərinə məruz qalacaq. Mən bunu heç hesaba almamışdım, ona görə ki, başından bəri partiyada fəaliyyətim və təşkilatın ayaqda qala bilməsi üçün çəkdiyim, əzab və əziyyətlər, yaşadığım məhrumiyyətlər buna imkan verməməliydi. Amma indi görürəm ki, gerçək bir Milli Qəhrəman olsan belə, ya rəhbərlikdən fərqli düşünüb, danışsan, ya da təşkilstdan istefa versən, demək bunların düşmənisən. Belə çıxır ki, bunlarla nədəsə razılaşmayıb ayağını eşiyə qoyan kimi, bütün toplarını və tüfənglərini işə salıb, səni məhv etməyə çalışacaqlar.

–  Çox səmimi bir cavab istəyirəm ki, əvəllər də bu haqda söhbətimiz olmuşdu. Zatən səni partiyadan kənarlaşdırmaq istəyirdilər. Bunu bilə-bilə özün istefa verib, təşkilatı tərk etsəydin daha yaxşı olmazdımı? Bu sarıdan peşimançılığın yoxdu ki?                                                                

Gözəl-Fuad

–  Mən bundan peşiman deyiləm və ona görə peşiman deyiləm ki, AXCP adlı təşkilatı özümə çox doğma saymışam. Indi Əli Kərimliyə zombilik edənlərdən və partiyada meydan sulayan bir sıra şəxslərdən fərqli olaraq, mən AXCP-ni Əli Kərimliyə, Fuad Qəhrəmanlıya, Gözəl Bayramlıya və digərlərinə görə saymamışam. AXCP xalqın arasından yetişib çıxmış bir təşkilatdır və bu, Elçibəyin, Yusif Səmədoğlunun, Nəcəf Nəcəfovun və bu xalqın digər dahilərinin bizə miras qoyub getdiyi bir təşkilatdı. Çox təssüf ki, AXCP Əli Kərimlinin monopoliyasına keçəndən sonra siyasi təşkilatdan daha çox, özəl bir sexə çevrildi.

Elçibəy

Yusif SəmədoğluNACAFO-5

 

 

 

 

 

 

 

 

– Bu “zombi” deyirsiniz ee, bilmirəm bu adı kim fikirləşib, amma maraqlı addı. Səmimi şəkildə deyə bilərsənmi, həmin zombilərin varlığınan əvvəllər də xəbərin var idimi, Ağaşirin?

–  Bilmirdim desəm, doğru çıxmaz. Əlbəttə, müəyyən söhbətlərdən və hərəkətlərdən hiss edirdim ki, belə bir şey var. Son iki ayda da öz təcrübəmdə daha aydın gördüm ki, bu zombilər həqiqətən də var imiş. Onların fəaliyyəti kifayət qədər genişdi və bütün hallarda eyni mərkəzdən təşkil və idarə olunurlar.  Mən hətta onu da bilirdim ki, partiyada elə adamlar var ki, bunların işi-gücü sosial şəbəkələrdə Əli Kərimlini tərifləyən statusların bəyənilməsi, eləcə də həmin şəbəkələrdə partiya rəhbərliyinin xoşu gəlməyən adamların statuslarını bəyənən cəbhəçiləri aşkar edib rəhbərliyə məruzə etməkdi. Konkret Əli Kərimlinin tapşırığı ilə neçə nəfər adam var ki, gecə-gündüz ancaq sosial şəbəkədə laykları saymaqla və bu zaman Əli bəylə bağlı statusları bəyənib-bəyənmədiyini aşkar etməklə məşğuldurlar.  Mənim özüm Mirzə Sakitin statuslarını bəyəndiyimə görə dəfələrlə tənə və təqiblərlə üzləşmişəm, dəfələrlə mənə bu haqda xəbərdarlıqlar olub. Sadəcə partiyanın maraqlarına xələl gətirməmək üçün, əlavə söz-söhbətlər yaranmasın deyə, belə şeylərin üstündən sükutla keçmişəm. Razi Nurullayev partiyadan gedəndən üç gün sonra, indi həbsdə olan AXCP Ali Məclisinin üzvü Asif Yusiflinin doğum gününə öz səhifəsində  təbriki yazmışdı. Təbii ki, bu statusu Razinin yazdığına görə yox, orda Asif Yusiflinin adı olduğuna görə bəyəndim. Onda da patiyanın rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldm.

Asif Yusifli

–  Nəyə etiraz edirdilər ki?

–  Mənə dedilər ki, Asif Yusiflini Səyavuş Novruzov da təbrik etsəydi, sən onu da bəyənəcəkdin? Mən də cavab verdim ki, bəli, bir halda ki, Asif bu gün həbsdədi, onun adına yazılan istənilən səmimi təbriki təkcə mən yox, biz hamımız bəyənməliyik. Çünki, içəridə olan adamın belə hallarda, kimliyindən asılı olmayaraq, hamının dəstəyinə ehtiyacı var. Baxın, Razi Nurullayevdən mənim xoşum gəlməyə də bilər, amma söhbət Asif Yusifliyə yazılmış təbrikdən gedir və onu bəyənmək mənim şəxsi işimdir. Hesab edirəm ki, bu gün cəmiyyət də görməlidi ki, Asif Yusifli içəridə olsa da, istər mənsub olduğu təşkilatda, istərsə də təşkilatdan kənarda onu dəstəkləyənlər var. Ancaq bunlar onu qəbul etmək istəmirlər.

fuad

–  Gəl bir məsələni də dəqiqləşdirək. 26 ildi ki, partiyadasan. Indi özün də deyirsən ki, həmişə haqqın və haqlının yanında olmaq istədin. Amma yəqin ki, bütün bu illər ərzində nahaq şeyləri də, haqlı ola-ola, ya təşkilatın, ya da təşkilat rəhbərlərin maraqları uğruna haqsız duruma salınanları da görməmiş deyilsən. Bəlkə də, hətta kriminal xarakter daşıyan əməllərə şahidlik etdiyin olub. Niyə vaxtında belə şeylərə etiraz eləmədin? Belə şeylərdən indi konkret bir neçəsini sadalayıb gec də olsa etiraf edə bilərsənmi?

 

                                                           Davamı var

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*