ƏLİ İNSANOVU SÖYƏNLƏRİN VƏ SÖYDÜRƏNLƏRİN DİQQƏTİNƏ:

PAYLAŞIN

VAXTINDA AXC LİDERLƏRİNİ, ARDINCA DA HEYDƏR ƏLİYEVİ SÖYƏNLƏR DƏ, SÖYDÜRƏNLƏR DƏ ÇOX PEŞMAN OLDULAR, ÇƏKİNİN, CƏNABLAR – DÜŞƏRİ-DÜŞMƏZİ VAR ÇÜNKİ !!!

… DƏYİŞƏN İSƏ  TƏKCƏ ADLAR VƏ “VIVESKA”LARDI !!!

Artıq Azərbaycan siyasəti indi büsbütün Əbdürrəhman Vəzirov dönəmini, mətbu və teleefirlər isə Ayaz Mütəllibov zamanının Vüsal Əfəndiyev epoxasını xatırladır. Dəyişən tək şey isə adlar və “vıveska”lardı. Məsələn,

Əvvəl böyük və qüdrətli SSRİ var idi, indi isə “müstəqil” və “daha qüdrətli” Azərbaycan var.

Əvvəl xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Əbdürrəhman Vəzirov var idi (ardınca da eyni titullara sahib Ayaz Mütəllibov gəldi), indi də xalqımızın böyük oğlu, dünya şohrətli siyasətçi Heydər Əliyev var (ardınca da eyni titullara sahib olan lham Əliyev gəlib).

Əgər əvvəl iqtidarın siyasi rəqiblərini tək olan AzTV-nin efirindən Vüsal Əfəndiyev söyürdüsə, sonradan sıra İbrahim Məmmədli, Etibar Hüseynli və başqalarına gəldi,   indi də var olan neçə-neçə efirdən neçə-neçə sima(sız)lar və neçə-neçə üz(süz)lər estafeti qəbul ediblər və hamısı da xorla söyürlər.     

Əvvəl də bir balaca cızığından çıxan ANS-i bağlayıb, sonra açırdılarsa, indi də bir balaca cızığından çıxan ANS-i bağlayıb, sonra açırlar (təbii ki, onda da, indi də, cızığına qaytarandan sonra, adı “Real” olsa da efiedəki sima(sız)lar və üz(süz)lər eynidi).

Əvvəllər naxçıvanlıları   mətbu və teleefirlərə, ekranlara  doldurub mərhum Heydər Əliyevin əleyhinə danışdırır, onu söydürürdülər, indi də ermənistanlıları mətbu və teleefirlərə, ekranlara doldurub Əli İnsanovun əleyhinə danışdırırlar və onu söydürürlər.

Onda da müxalifət liderlərinin (o cümlədən də Heydər Əliyevin) arxasınca rəsmi qəzetlərdə və digər KİV-lərdə ağızlarına gələni yazır və danışırdılar, indi də yazır və danışırlar.

Əvvəllər də hakimiyyətin özü və ayrı-ayrı məmurları barəsində ciddi məqalələr yazan jumalistlər təqib, təzyiq və həbslərə məruz qalardılar, indi də belədi.

Əvvəllərdə də istənilən vətəndaşın cibinə narkotik maddələr atıb tuta bilərdilər, indi də belə halların sayı artıb ki, azalmayıb.

Və ya bir zamanlar xalq artisti Zeynəb Xanlarovanın “Parapet” bağında təşkil olunmuş xüsusi məqsədli mitinqdə “Ayaz Mütəllibova səs verməyən ermənidir”- deməsiylə, bu gün xalq artisti Məleykə Əsədovanın xüsusi məqsədli konsertlərdə “Dədə Heydər”- deyə yaxasını yırtmasının, yaxud da İlhamənin bəlli adlara istinad etməklə,  klassik yaltaqlığın ən əttökən janrlarınnan efirlərdən barmaq silkələməsinin fərqi nə imiş görəsən?!

Əvəllər ölkənin külli-ixtiyarı KPSS bosslarının əlindəydisə, indi bu rolu YAP(SS)  boosları mənimsəyiblər

 və s. və ilaxır.

Lenin heykəliheydər əliyevin heykəli-1Buradakı “(SS)”-in Hitlerin “SS”-çi cəza dəstələrinə heç bir aidiyyatı yoxdu. Amma cəzaların tətbiqi və bu mənada xüsusi acımasızlıq və amansızlıq YAP-çıların mahiyyətinə çox yaxındı. Bu baxımdan, YAP(SS)-çilər KPSS-çilərdən xeyli qabağa da gedə biliblər. Bir sözlə, hər şeydən görünəni odu ki, müstəqilliyimizin qazanılmasından 27 il ötsə də, hüquqi dövlətin qurulması, azad və açıq vətəndaş cəmiyyətinin yaradılması, bütövlükdə demokratik ənənələrin mənimsənilməsi baxımından bircə addım da qabağa gedə bilməmişik. Hər yan bolşevizmin hələ də yaşadığını, iqtisadiyyat əvəzinə küllən oliqarx-monopolist bazarkomların ixtiyarında olan Azərbaycan boyda bazarın, dövlət əvəzinə isə sədrlərin türkmənbaşıilham-eliyev-51fironluq etdiyi Azərbaycan boyda kolxozun qurulduğunu bariz göstərən əlamətlərlə doludu. Bir zamanlar addım başı qarşımıza  Lenin babanın heykəlləri, portretləri, şüara çevrilmiş fikirlərini əks etdirən afişalar çıxırdısa, indi də həmin yerləri Heydər babanın heykəlləri, portretləri və bərbəzəkli reklam şitləri tutur. Göz görə-görə Heydər Əliyevdən “Lenin baba”, İlham Əliyevdən isə “Türkmənbaşı” düzəltmək istəyirlər. Bununla belə, istər “dahi Vladimir İliçin”, istərsə də bir müddət “bütün türkmənlərin atası” sayılan Saparmurad Niyazovun taleyi və aqibəti, görünür hələ də bizlərə dərs olmayıb. Əgər olsaydı, ən azı, ayıb edər, indiki ağır və bir o qədər də təhlükəli bir dovrdə yaşadığımızın fərqində olar, bu millətin sırtından sıyrılan milyardları belə boş və mənasız yerlərə xərcləməzdik …

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*