ƏLİ KƏRİMLİ YENƏ HARA(M) GEDİR???!!!

PAYLAŞIN

“ BU NƏ CÜR LİDERLİKDİ, BU NECƏ SİYASƏTDİ BELƏ, «ЧЕРТ ПОБЕРИ» ???!!!” 

Sərdar Əlibəyli-100Sərdar ƏLİBƏYLİ

 İndi Sizlərə təqdim etdiyim bu iki yazı nümunəsi AXCP sədri Əli Kərimli bir gün fərqlə öz profilindən status kimi paylaşıb. Birinci status 2015-ci il 19 oktyabrda Əli bəyin “Real” sədri İlqar Məmmədovun həbsxanada döyülməsi haqda xəbərlə bağlı mövqeyinin cəmiyyətə, ictimai rəyin müzakirəsinə təqdimatı kimi dərc olunub.

İkinci status isə həmin ilin həmin ayının 20-də yazılıb və prezident İlham Əliyevin “yoxlamaları” 2 illik dayandırmaq qərarına AXCP sədrinin münasibətini özündə əks etdirir.

Indi isə sizdən ricam odu ki sırası ilə bu statusları diqqətlə oxuyun.

 Əli Kərimli

I status

Ali Karimli (Əli Kərimli)
19 октября в 22:10 ·

ilqar məmmədovReAl hərəkatının sədri İlqar Məmmədovun həbsxanada qəddarlıqla döyülməsi təkcə bir qrup məmurun vəhşiliyi deyil, rejimin mahiyyətidir. Təəssüf ki, siyasi rəqibilə təpik və yumruq dili ilə danışan təfəkkür sahiblərindən hələ də islahat gözləyənlər var.

Əmin olun ki, bu davranışla İlqar bəyi deyil, özünüzü alçaltdınız. Kaş ki, bu anti-insani, zorakılıq siyasətiniz millətin və dövlətin başında çatlamasın!

 

 

II status

Ali Karimli (Əli Kərimli)
20 октября в 20:39 ·

ilham-eliyev-51İlham Əliyevin sahibkarların yoxlanmasını iki illik müddətə dayandırmaq haqda təşəbbüsü islahat görüntüsü yaratmağa hesablanıb, islahatın özünə yox. Hökumət cəmi iki gün bundan qabaq Vergilər Məcəlləsinə təklif etdiyi düzəlişlə sahibkarların faktiki evini yıxıb. Əgər indiyə qədər sahibkar il ərzində yol verdiyi birinci hüquqpozmaya görə 400 manat maliyyə sanksiyasına məruz qalırdısa, indi bu rəqəm 5 dəfə artırılaraq 2000 manata çatdırılır. İkinci və üçüncü hüquq pozuntularına görə maliyyə sanksiyaları da 5 dəfə qaldırlır. İkinci hüquq pozuntusuna görə 800 manat olan cərimə 4000 manata, üçüncü hüquq pozuntusundan sonra isə 1200 manatdan 6000 manata qaldırılır. İndi sual budur ki, bu cür dəhşətli rəsmi sanksiyalar şəraitində nə qədər sahibkar işini davam etdirə biləcək? Və məhv edilən biznesi yoxlasan nə olar, yoxlamasan nə fərq edər?

Bütün bu hadisələrin içində mən yalnız bir pozitiv məqam görürəm. Hakimiyyət anlayıb ki, daha böyük neft pulları olmayacaq. Başqa yerdən də pul qazanmaq lazımdır. Öz aləmlərində sahibkarlığın inkişafına şərait yaratmaq istəyirlər ki, onların hesabına boş qalmış büdcəni doldursunlar. Amma yenə də problemi və çıxış yollarını tam təsəvvür etmirlər. Ölkədə sahibkarlığın problemləri çoxdur. Qanunsuz yoxlamalar onlardan yalnız biridir. Sahibkarlığı inkişaf etdirmək olarmı? Əlbəttə, həm də çox sürətlə. Amma bunun üçün kompleks tədbirlər görülməlidir. Ən vaciblərini yazıram:

  1. Mülkiyyətin toxunulmazlığına təminat vermək lazımdır. Nə vaxta qədər ki, müxtəlif zirzəmilərdə, istintaq təcridxanalarında sahibkarları təzyiqlə əmlakından imtina etməyə və ya ucuz “satmağa” məcbur edəcəklər, kompensasiya ödəmədən əmlakını əlindən alıb sökəcəklər, bu ölkədə biznes normal inkişaf edə bilməyəcək. Mülkiyyət toxunulmazlığına isə yalnız müstəqil və peşəkar məhkəmə sistemi təminat verə bilər. Deməli, təcili məhkəmə sisteminin islahatına başlamaq lazımdır.
  2. İndiki oliqarxik sistem, monopoliyalar qalacaqsa, sahibkarlığın da inkişafı illüziya olaraq qalacaq. Biznes üçün azad rəqabət, şəffaflıq mühüti yaradılmalı, monopoliyalar sürətlə ləğv edilməli, dövlət satınalmalarının həyata keçirilməsində açıq tenderlərdən istifadə edilməlidir.
  3. Ölkədən xaricə iri miqyaslı kapital axını var. Hamı oturub manatın nə vaxt və necə qiymətdən düşəcəyini gözləyir. Sahibkarlığı dirçəltmək üçün maliyyə sistemi sabitləşdirilməli, bütün mənbələrdən olan investisiyalar artırılmalı, sahibkarlar ucuz və uzunmüddətli kreditlə təmin edilməlidir. Cəmi illik 0.7 faizlə, səmərəsiz şəkildə xaricdə saxlanılan Neft Fondu vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməli, etibarlı girov müqabilində əlverişli şərtlərlə sahibkarlığın inkişafına və İpoteka Fonduna ucuz kredit olaraq yönləndirilməlidir.
  4. Hətta daxili maliyyə resursları cəlb olunsa belə, real iqtisadi inkişaf üçün daxili maliyyə resursları kifayət etməyəcək. Ölkənin resursları xeyli dərəcədə israf edilərək, tükəndirilib. Ölkə xarici sərmayələr üçün açılmalıdır. Xarici sərmayələr isə bu imicli ölkəyə gəlməyəcək. Deməli, siyasi islahatlarsız da keçinmək mümkün deyil. Siyasi məhbuslar təcili azad edilməli, müstəqil və müxalif fəaliyyət və düşüncəyə qarşı təzyiqlər dayandırılmalı, fundamental hüquq və azadlıqlara heç olmasa, bundan sonra təminat verilməli, addımbaaddım siyasi islahatlar proqramı millətə və dünyaya təqdim edilməlidir. Sosial gərginliyi azaltmaq üçün ən zəruri sosial proqramlar təcili maliyyələşdirilməlidir.

Hələki detallara keçmirəm, siyasi iradəniz varsa, buyurun, reallaşdırın bu tədbirləri. Yox, bunları etməyəcəksinizsə, xalqın gözünə kül üfürmək lazım deyil. Onsuz da, başı daşdan daşa dəymiş insanlarımızı aldatmaq artıq mükün deyil.

 

Hə, oxudunuzmu, mənim əziz və əsil müsəlman qardaşlarım. Bilmirəm, bircə gün, hətta bir neçə saat fərqlə yazılmış bu iki satusdan sizlərin diqqətini nəsə çəkdimi, amma, ilk baxışdan kifayət qədər ciddi təsir bağışlayan bu statuslardakı bir-iki məqam, belə deyək ki, mənə bir az qəribə, bir azca da maraqlı görsəndi. Nəmi deyirsiniz, tələsməyin və gəlin sırasınnan bir də statusların özlərinə qayıdaq:

I statusdan sitat:

“ReAl hərəkatının sədri İlqar Məmmədovun həbsxanada qəddarlıqla döyülməsi təkcə bir qrup məmurun vəhşiliyi deyil, rejimin mahiyyətidir. Təəssüf ki, siyasi rəqibilə təpik və yumruq dili ilə danışan təfəkkür sahiblərindən hələ də islahat gözləyənlər var.”

 

II statusdan sitat:

“Bütün bu hadisələrin içində mən yalnız bir pozitiv məqam görürəm. Hakimiyyət anlayıb ki, daha böyük neft pulları olmayacaq. Başqa yerdən də pul qazanmaq lazımdır. Öz aləmlərində sahibkarlığın inkişafına şərait yaratmaq istəyirlər ki, onların hesabına boş qalmış büdcəni doldursunlar. Amma yenə də problemi və çıxış yollarını tam təsəvvür etmirlər. Ölkədə sahibkarlığın problemləri çoxdur. Qanunsuz yoxlamalar onlardan yalnız biridir. Sahibkarlığı inkişaf etdirmək olarmı? Əlbəttə, həm də çox sürətlə. Amma bunun üçün kompleks tədbirlər görülməlidir. Ən vaciblərini yazıram:”

 

Beləliklə, birinci statusunda rejimin vəhşi mahiyyətindən söz açan Əli bəy, acı təəssüf hissi ilə, bu “vəhşi” adlamdırdığı rejimdən islahat umanları, gözləyənləri ikrah hissi ilə tənqid atəşinə tutaraq ələ salırmışcasına, onlar barəsində, özünəməxsus əda ilə danışır, az qala onları, adəti üzrə, xəyanətdə ittiham edən hikkə ilə statusunu bitirir.

Üzərindən cəmi bir neçə saat keçir və AXCP sədri nöbəti statusunu cəmittətə təqdim edərək yazır:

“Bütün bu hadisələrin içində mən yalnız bir pozitiv məqam görürəm. Hakimiyyət anlayıb ki, daha böyük neft pulları olmayacaq. Başqa yerdən də pul qazanmaq lazımdır. Öz aləmlərində sahibkarlığın inkişafına şərait yaratmaq istəyirlər ki, onların hesabına boş qalmış büdcəni doldursunlar. Amma yenə də problemi və çıxış yollarını tam təsəvvür etmirlər. Ölkədə sahibkarlığın problemləri çoxdur. Qanunsuz yoxlamalar onlardan yalnız biridir. Sahibkarlığı inkişaf etdirmək olarmı? Əlbəttə, həm də çox sürətlə. Amma bunun üçün kompleks tədbirlər görülməlidir. Ən vaciblərini yazıram …”

 

Bir neçə saat içərisində, bu, hamıdan böyük liderin mövqelərindəki dəyişikliklərin miqyaslarını hiss elədinizmi bilmırəm, amma, məncə bu, Əli Kərimli ritorikasında çox üslublu şəkildə səsləndirilmiş  gerçək bir sensasiyadı. Yəni,  sən demə,   bütün bu olub-bitənlərin və Kərimli cənablarının öz təbirincə desək, “vəhşiliklər” in içərisində hətta pozitiv məqamlar da görmək, bu “vəhşi” hakimiyyətə İslahatlar paketifason təkliflər də vermək olarmış…

Amma, məsələnin məğzi bağqa bir məqama bağlıdı. Əgər nə və necə olmasından asılı olmayaraq, buradakı pozitivləri də, islahatlatın mümkünlüyünü də görmək, təklif etmək ağlı da, gücü də, səlahiyyəti də, təkcə Əli Kərimliyə məxsus ola bilər. Qalan kim bu haqda desə, danışsa, yazsa, ya xəyanətkardı, ya satqındı, ya agentdi, ya hökumətin adamıdı, ya da, ən azı, cinə uymuş, qəlbini şeytana qapdırmış kafirdi, dinin, ümmətin, Peyğəmbərin, Allahın düşmənidi. Yəni anlaşılanı odu ki, bu kimi hallarda isənilən məsələyə münasibət bildirərkən eyni fikirləri Əli Kərimli deyərsə, bunun adı olur siyasət,  ama bir başqasının bunu söyləməsi xəyanət hesab olunur. 

İndi Siz sosial şəbəkələri araşdırın və baxın ki, prezidentin də, dövlətin müvafiq qurumlarının da  son addımlarından sonra kimlər, əsasən islahatlardan dınışıblar, ya da millətin və dövlətin naminə, gedən proseslərə dəstək mövqeyindən çıxış ediblər.

Əli KərimliAmma mənim elə indidən veriləsi tək bircə sualım vat ki, onu verməsəm ölləm, versəm də Əli Kərimlinin sosial şəbəkə kilyotinində kəlləmi alacaqlar. Amma olsun və bu yazı da, mənim gedən proseslərin cəmiyyət tərəfindən normal qavranması uğuruna daha bir töhvəm olsun. Sualım isə təxminən belə səslənir:

“ƏLİ KƏRİMLİ, BU NƏ CÜR LİDERLİKDİ, BU NECƏ SİYASƏTDİ BELƏ, «ЧЕРТ ПОБЕРИ» ???!!!”  

 

7 Comments

  1. Bu Adamda xestelik ruhu var. Hem de ona çörekpulu lazım. Ali ( Kerimli) dadına yetişmiş. Bir az pul qazansın.

  2. Sürü dediyiniz elə sizin çevrənizdi, həm də it sürüsü, ağlınız kəsdi-kəsmədi, səs-səsə verib hürməklə, guya özünüzə təsəlli verirsiniz. Sözünüz varsa söz danışın, yoxdusa qıfıllayın ki, daha da biabır olmayasınız !!!!!!!!!!!!!!!!!

  3. Salam, biz kredit bütün növ təklif edirik.
    Bir iş kredit axtarır, fərdi kreditlər, ipoteka
    təminatsız kreditlər, avtomobil kreditləri, tələbə kreditləri, borc konsolidasiya kreditlər,
    kreditlər, müəssisənin kapital, və s … Və ya yalnız bir bankdan kredit rədd və ya
    bir və ya daha səbəblərə görə maliyyə institutu? Siz haqlısınız
    kredit üçün həllər! Biz xüsusi kreditor, biz kreditlər təklif
    2% aşağı və sərfəli faiz dərəcəsi ilə şirkətlər və fiziki şəxslər.
    Siz tez və asan kredit istəyirsinizsə Belə ki. Email Əlaqə
    palaciosnegredofinance@gmail.com
    Hörmətlə,
    Dr Palacios

  4. Diqqət !!! kredit təklif

    i Mr Rashide Abdulahi xüsusi kredit kreditor edirəm. Siz biznes üçün kredit lazımdır və ya biz keyfiyyətli göstərmək üçün bizə müraciət etmək tövsiyə olunur sonra vərəqələrinin ödəmək əgər biz, 3% aşağı faiz dərəcəsi və yaxşı iş şəraitində kredit vermək kreditin bütün növ verilir Siz razı edəcək xidmətləri. email: Rashideabdulahiloanfirmhelp@hotmail.com

    MEVCUT KREDİT SERVICES daxildir:
    ================================
    * Biznes kreditlər.
    * Personal Loans.
    * Business kreditlər.
    * Investments Loans.
    * Development Loans.
    * Alınması Loans.
    * Construction kreditlər.
    * Business kreditlər və daha çox:

    biz yaxşı xidmətləri kreditin bütün növ göstərir, e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın: Rashideabdulahiloanfirmhelp@hotmail.com
    təşəkkür
    Mr Rashide

  5. Yaxşı gün hər kəs,

    .Biz Bir nüfuzlu qanuni & UNITED STATES, Kipr, Birləşmiş Krallıq (Böyük Britaniya) hökuməti tərəfindən Company.Approved qeydə, biz də bir hissəsi olan 2% Vladislav Financial Svc AT ümumxalq yoxsul kredit insanlar üçün KREDİTLƏR TƏKLİF təşviq və çox ümidverici rate.We sizin maliyyə stress azaltmaq üçün vasitəçi kimi aktı firm.We yardım borc maliyyə şirkəti və pul fiziki şəxslərə kreditlər vermək və bir ağlabatan maraqla olanları qısa zamanda maliyyə yardımı ehtiyacı olan bədən Cor-fəaliyyət 2%.

    EMAIL: vladis.artur2016@yandex.com

    Göstərilən xidmətlərin daxildir:

    * Maliyyələşdirmə
    * Home Improvement
    * Borc konsolidasiya
    * Business kreditlər
    * Personal Loans
    * Beynəlxalq Loans
    * Ən yaxşı təminatlı kredit
    * Pul Loan
    * Internet Loan
    * Joint Loan
    * Bank Loan
    * Company Loan s

    , Universal Trust kredit heç nə sizin maliyyə tələb edir
    Və maliyyə həmişə olacaq help.No sosial təminat və heç bir kredit çek,
    100% zəmanət. Biz irəli xidmət olmağa icazə baxın
    you.Sincerely, Biz sizin Quick cavab gözləyir.

    EMAIL: vladis.artur2016@yandex.com

Leave a Reply

Your email address will not be published.


*