ƏLİ OĞUZU VƏ LAÇIN MƏMİŞOVU ÖLÜMLƏ HƏDƏLƏYİRLƏR !!!

PAYLAŞIN

Avropada fəaliyyət göstərən Əli Seyfulla oğlu Həsənəliyevi və Laçın Məmişovu Rahim Namazov (Roma Opasnıy ləqəbli) adlı Avropada jurnalist kimi oturum almış şəxs zəng edərək ölümlə hədələmişdir.

Azərbaycan Xalq Hərəkatı Təşkilat Komitəsi, Oğuz TV-nin qurucusu və aparıcısı Əli Seyfulla oğlu Həsənəliyevin və tədqiqatçı jurnalist Laçın Məmişovun təqib olunması və ölümlə hədələnməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Avropada siyasi – bloger, Oğuz TV-nin qurucusu və aparıcısı Əli Həsənəliyevin ayrı – ayrı şəxslər tərəfindən təqib olunması, hətta ölümlə hədələnməsi bizləri – ciddi narahat edir. Oğuz TV Yotube kanalında mövzuların obyektiv, ədalətli, demokratik prinsiplərə uyğun müzakirəsi, hökumət qüvvələrini çöx narahat edir.

Vaxtı ilə siyasi bloger Elvin İsayevi də təqib edən Azərbaycan hökuməti onu qeyri–qanuni yollarla Ukrayna dövləti ərazisində həbs edərək, gizli şəkildə Azərbaycana gətirdilər.

Avropada fəaliyyət göstərən Əli Seyfulla oğlu Həsənəliyevi və Laçın Məmişovu Rahim Namazov (Roma Opasnıy ləqəbli) adlı Avropada jurnalist kimi oturum almış şəxs zəng edərək ölümlə hədələmişdir.

Azərbaycan Xalq Hərəkatı yararnmış bu vəziyyətdən narahatlığını bəyan edir. Azərbaycan Xalq Hərəkatı İngiltərə və Almaniya dövlətlərindən siyasi bloger Əli Seyfulla oğlu Həsənəliyev və Laçın Məmişovun həyatı təhlükəsizliyinin təmin olunmasını xahiş və tələb edir.”

Bakı şəhəri                                                                                             21 Avqust 2020-ci il.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*