“ƏMƏLLƏR BİRLƏŞMƏ İSTƏYİNDƏN XƏBƏR VERMİR” !!!

PAYLAŞIN

“Siyasi lider nəyi, nə vaxt,  harada və necə deməyi  öyrənməli,

proqnoz və vəd  verməkdən yan keçməlidir.”!!!  

——————————————————————————————-

Siyasi liderlərimiz. 

(“Mənim həqiqətlərim”silsiləsindən)

“Xalqın intellektual səviyyəsi nə ilə ölçülməlidir” adlı ilk yazım 4 il bundan əvvəl (29.06.2016) “Modeerator.az” saytında çıxdıqdan sonra, “Ovqat.com”, “Moderator.az”, “ps-Nota.com” saytlarında üst-üstə 30-a yaxın yazım dərc olunmuşdu. Cəmiyyətdə gedən prosseslərə cəmiyyətin etinazsız yanaşması və ümüdsüzlüyün oturuşmasına  görə bu yazıları bir ziyalı kimi yazmağı özümə borc bilmişəm. Ölkədə vəziyyətin belə davam etməsi, düşdüyümüz vəziyyətin heç kəsi narahat etməməsi az sayda adamlardan biri  kimi məni də rahat buraxmırdı. Ziyalının silahı isə onun sözündə olduğundan bu yazıları yazmaqla, az da olsa, öz borcumdan çıxmaq istəmişəm. Əvvəldən bu fikirdə idim ki, düşdüyümüz bu durumun günahkarı sırasında öndə ziyalılar gəlir. Bizim ziyalı adlandırılan zümrəmizin əslində bu adı daşımaqdan başqa əllərindən bir iş gəlməyən amorf bir şey olmasıdır. Ona görə də yazılarımın əsas hədəfi ziyalılar, məqsədim isə onları öz ziyalı adlarını daşıdığı kimi, onun yükünü çəkməyə girişməsinə təhrik etməklə bərabər, həm də gənclərimizi bu baxımdan maarifləndirmək,  bizim buraxdığımız səhvləri onların da buraxmaması üçün tərbiyələndirmək olub. Bütün bunlarla bağlı fikirlərimində məqsədimə nə dərəcədə nail olduğumu isə oxucularım müəyyənləşdirə bilər. Oxucularımız yəqin təsdiqləyərlər ki, artıq ziyalılarımız  xalqın ruhlandırılmasında onların görməli işləri indiyə qədər görməmiş olduğunu dərk etmiş və xalqımızın ziyalılara münasibəti əvvəlki kimi deyil. Şükürlər olsun ki, cəmiyyətimizdə ictimai fəllıq artan xətt üzrə gedir və saytlarda bu mövzuda yazanların sayı birə-beş artıb və artmaqda da davam edir. Yəni xalqı ölkəmizin gələcəyi naminə düşünməyə çağıranlar və həm də ziyalı mövqeyini ortaya qoyanların sayı artıb və bu həm də təcilli artımdır. Beləliklə  mənim yazılarımın  mövzusu da aktuallığını itirmək üzrədir. Digər tərəfdən yazanlar və danışanlar  kifayət qədər olduğundan qulaqlar qabar olub. Beləliklə  danşmaqdan əmələ keçmək zərurəti yaranıb. Deməli bundan belə danışanlar və yazanlar yox, iş görənlər  daha çox diqqət mərkəzində olacaqlar. İndiki zamanda bizim ölkə üçün, ən vacib əməli iş, siyasi iddialı adamların bir araya gəlməsidir. Bu fikiri demək olar ki, bütün siyasi liderlər qəbul etsə də,  irəlləyiş  yoxdur. Müxalif düşərgədə birləşməliyik sözünü deyənlər çox, birləşmək istəyənlər isə azdır. Səbəb nədir? Məncə səbəb məqsəd müxtəlifliyidir. Məsələn, bir qrupu status-kvonun saxlanmasını və onların olduqları kimi müxalif mövqeylərinin hakimiyyət tərəfindən qəbul edilməsi istəyənlərdir. İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Əliyev və s. bu qəbilədən olanlardır. Digər bir qrupu “Mənim ətrafımda birləşək” iddiasında olanlardır. Bunlara Əli Kərimli, Cəmil Həsənli, İsa Qənbər,  Əli İnsanov və s. Üçüncülərə, hələlik mövqeylərini tam müəyyənləşdirə bilməyənləri aid etmək olar. Bu qəbilədən olanlara Əhməd Oruc, Elşad Musayev, Sahib Kərimli və s. daxildirlər. Daha bir qrup gözləmə mövqeyi tutanlardır  və ilaxır. Siyahını uzatmaq olar, amma məncə nə demək istədiyim oxuculara aydındır. Yəni birləşək sözü xalqın ürəyincə olan ifadə olduğundan reklam xatirinə tez-tez leksikona daxil edilən sözdür. Əməllər isə birləşmək istəyindən xəbər vermir.

  Mən politoloq təhsil almamışam, ona görə də fikirlərimin əsasında emprik biliklər durur. Məncə siyasətçi kütlənin obyekti olduğundan siyasət meydanına atılanda öz prinsiplərini elan etməli və hər zaman fəaliyyətində bu prinsipləri əməl etməlidir. Burada hər hansı bir  korrektə ehtiyacı yaranarsa, onu da əsaslandırmağı bacarmalı və həm də belə korrektlərin sayı çox olmamalıdır. Yoxsa, zaman küləyinə uyğun səmtini tez-tez dəyişmək siyasətçini hörmətdən salan işdir. Siyasi lider nəyi, nə vaxt,  harada və necə deməyi  öyrənməli, proqnoz və vəd  verməkdən yan keçməlidir. Yeri gəlmişkən hələlik nəyi Əbülfəz Elçibəydən, nə vaxt və harada deməyi Heydər Əliyevdən, necə deməyi isə Sərdar Cəlaloğlu və Qulu Məhərrəmlidən öyrənmək olar. Siyasi lider fikirini mütləq həqiqət kimi təqdim etməməli, söylədiyi fikirlərdə  faktlara əsaslanmalı, dəqiqliyinə əmin olmadığı fikirləri söyləyəndə bunu nəzərə çatdırmalıdır.  Pulla təmasda olan liderləri ləkələmək və nüfuzdan salmaq asan olduğu üçün pula əl vurmamalı, dəxli yoxdur təmiz pul olsa belə. Birliyə gedən zaman  ayrılmanın labüd olduğunu dərk etməli elə birləşmə vaxtı ayrılma haqqında düşünməli və bunu necə qarşılayacağını əvvəldən müəyyənləşdirməlidir və s. Beləliklə hədəfim siyasi liderlərdir.

 Zabil Həsənov

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*