“ƏMDİLƏR EY, BU TORPAQDA NƏ VARSA – CANAVARLAR QUZU-QUZU ƏMDİLƏR”!!!

PAYLAŞIN

Birə düşdü haq babanın kürkünə,
Bəy balalar çıxıb getdi sürgünə,
Ac əmilər, ac dayılar bir günə,
Düz on illik ruzimizi əmdilər…

——————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

Axşam-sabah demədilər elə hey,
İncə-incə, uzun-uzun əmdilər.
Əmdilər ey, bu torpaqda nə varsa-
Canavarlar quzu-quzu əmdilər…

Qazdan ayıq, quşdan usta səkdilər,
Hər deşiyə pul ağacı əkdilər,
Canımızın şirəsini çəkdilər,
Yaramızı-duzumuzu əmdilər…

Birə düşdü haq babanın kürkünə,
Bəy balalar çıxıb getdi sürgünə,
Ac əmilər,ac dayılar bir günə,
Düz on illik ruzimizi əmdilər…

Təzə-təzə xəritələr cızıldı,
Bu torpağın damarına sızıldı.
Gördülər ki, altı-üstü qızıldı,
Həm o üzü, həm bu üzü əmdilər…

Gülə-gülə dedilər ki, yıxıl öl,
Çaşıb qaldıq bu nə toxum, bu nə döl,
Qoymadılar bircə dəniz, bircə göl,
Dağı-daşı, çölü-düzü əmdilər…

Həzz aldılar itə-qurda dişlədib,
Həzz aldılar bağrımızı şişlədib,
Hamımızı öküz kimi işlədib,
Dərimizi-gönümüzü əmdilər…

Var nə bilsin yoxdan ancaq yox anlar,
Nağıllardan gəlib çıxdı xoxanlar,
O ağalar, o hampalar,o xanlar,
Ömrümüzü-günümüzü əmdilər…

———————————————————

GÜNÜN KARİKATURASI:

ƏMLİK QUZULAR…

 

Tarix: 3-10-2013

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*