“ƏN QATI DÜŞMƏNİN BELƏ AİLƏSİNƏ DİL UZATMAQ YASAQDIR, CİNAYƏTDİR, TƏRBİYƏSİZLİKDİR…”!!!”

PAYLAŞIN

“İCTİMAİ-SİYASİ HƏYAT VƏ MƏİŞƏT BU ÇİRKABDAN TƏMİZLƏNMƏLİDİR”!!!

Ayıb pərdəsini, ədəb-ərkan pərdəsini zədələmək yalnız düşmənlərin işi ola bilər! “!!!

Fb-NİN GÜNDƏMİNDƏN

SÖYÜŞ – bu biz deyilik!

Tətildəyəm. İstirahət edib yeni enerji ilə işə çıxmalıyam.

Təsadüfən bir video müraciət rastıma çıxdı. Heyrətimdən özümə gələ bilmirəm. Fərqli fikir, ideya daşıyıcısı olmaq, fikri əsaslandırmaq, doğru olduğunu isbatlamaq üçün məntiq və əks məntiq elminin bütün imkanlarından istifadə etmək hər kəsin doğal haqqıdır. Amma bütün millətlərdə, xalqlarda, adət-ənənələrdə, ana yasalarda, dinlərdə, təriqətlərdə, məzhəblərdə rəqibi məğlub etmək üçün söyüş, ailəyə sataşmaq, qadını, insan ləyaqətini, rəqibini alçaltmağa yer yoxdur. Hətta heyvanlar bir-biri ilə döyüşdə müəyyən qaydaları gözləməli olurlar. Çox təəssüf ki, ictimai auditoriyada məsuliyyət hissini itirmiş, özü, ailəsi, əsil-nəsli, Azərbaycan xalqı, ümumiyyətlə insanlıq qarşısında məsuliyyət hissini itirmişlərə rast gələ bilirik. Ən qatı düşmənin olsa belə onun ailəsinə dil uzatmaq yasaqdır, cinayətdir, tərbiyəsizlikdir və psixoloji aşınmadır. Durdurulmalıdır, ictimai-siyasi həyat və məişət bu cür çirkablardan təmizlənməlidir. Ayıb pərdəsini, ədəb-ərkan pərdəsini zədələmək yalnız düşmənlərin işi ola bilər! Bir mənalı olaraq düşmənlərə aramızda yer olmayacaq!

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*