“ƏSİL KİŞİLƏRİN ÖZÜNDƏN QABAQ, NAMUSU TAPDANIR, QEYRƏTİ ÖLÜR…” !!!

PAYLAŞIN

“DÜŞMƏN ƏSİRİDİ ANAM QARABAĞ,

BAXIB MƏN FƏRSİZƏ YANIB-TÖKÜLÜR…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

***

Məni bağışlama 20 yanvar,
məni bağışlama şəhid Xocalım,
yazığın gəlməsin 60 yaşım var,
yazığın gəlməsin şair qocalıb.

Çəkin meydanlara, soyun dərimi,
asın qəzəblərin dar ağacından,
bölüb qiymə-qiymə, tikələrimi,
atın, qoy ölməsin itlər acından.

İçir qanım kimi sularımı yad,
sızlayan bir eldi, inləyən kənddi,
bu yurdun şairi şamtutan arvad,
bu yurdun ahları ərşə bülənddi.

Dağılmış xaniman, sınmış igidlər,
gözləri yol çəkir əsir qızların,
bazarda turp satır canlı meyitlər,
dişi, dodağını kəsir qızların.

Susur söz yiyəsi, parlament susur,
yadlar kölgəsitək ölkə sürünür,
gedir yal davası, şöhrət davası,
adamlar danışmır, adamlar hürür.

Kor olmuş gözümlə gördüm Ağdamı,
köksümdə dərdlərə qəbir qazıram,
gördüm Qəddafini, gördüm Səddamı,
mən bədbəxt oturub şeir yazıram.

Barı, at belində olmadım Həcər,
qayatək min yerdən parçalanmışam,
məni bağışlama, balam Kəlbəcər,
yazığın gəlməsin mənə, ay Şuşam.

Yandırdım ömrümü qara şam kimi,
baxışlar soyuqdu, ürəklər bumbuz,
mənə müstəqillik yaraşan kimi,
gör necə yaraşır öküzə buynuz.

Düşmən əsiridi anam Qarabağ,
baxıb mən fərsizə, yanıb-tökülür,
əsil kişilərin özündən qabaq,
namusu tapdanır, qeyrəti ölür…

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*