“ƏSRƏ BƏRABƏR BİR İL …”!!!

PAYLAŞIN

““Qaçdı” – deyərək, lağ edənlər, “Bəy” deyərək bəyənməyənlər qaça–qaça ayağına gəldilər”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

ƏSRƏ BƏRABƏR BİR İLİN BAŞLANDIĞI GÜN…
07 İYUN 1992-Cİ İL

Elçi Bəy HAQQı hamımızdan çox sevən, HAQQı hamımızdan incə dərk edən və bütün varlığını yalnız HAQQa həsr edən əlyetməz bir ərəndi!

Çağdaş dünyamızda HAQQın mahiyyətinin Elçi Bəy qiyməti var – onun öz haqqını başqaları daim tapdalasa da!

Elçi Bəy – İNSAN, MİLLƏT, DÖVLƏT, VƏTƏNDAŞ, TÜRK və BAYRAQ uğrunda usanmadan çarpışan ən mübariz bir insan!

Elçi Bəy – Milli Azadlıq Hərəkatının lideri, Millətin ucalıq məktəbinin ulu memarı!

Elçi Bəy məktəb idi– yetirmələrinin bir neçəsi sədaqətli çıxmasa da!

Elçi Bəy Bütöv Azərbaycan ideyasını gündəmə gətirməklə millətə qüdrət qaynağı yaratdı – bu ideyanı oğurlamaq istəsələr də!

Elçi Bəy Bütöv Vətən mürşidi idi!

Elçi Bəy siyasətin və siyasətçilərin yerini həssaslıqla bilirdi – nəinki onun, hətta özlərinin yerini bilməyənlər meydanda olsalar da!

Elçi Bəy İNSAN örnəyi idi:
düşüncəsində – Haqq!
varlığında – Vətən!
sevgisində – Millət!
siyasətində – Əxlaq!
əməlində – Ədalət!

Bütöv Vətənə, Millətə əsgər olmaqdan sonsuz şərəf duyan, ömrü örnək olan Əbülfəz Elçi Bəy – sağlığında əfsanəyə çevrilmiş müqəddəs bir insan haqqında, nə qədər danışsaq, azdır. Elçi Bəyi qiymətləndirməyə çalışmaq da əbəsdir. Elçi Bəyin əsl dəyərini Tanrı və millət verib! 

… Sağlığında haqqı qəddarcasına pozulmuş Elçi Bəyin halı bundan pozulmadı! Haqqın müqəddəs dərgahına qovuşdu, haqqını danmışlara özünün əzəməti, qüdrəti qarşısında baş əydirdi!

“Qaçdı” – deyərək, lağ edənlər, “Bəy” deyərək bəyənməyənlər qaça – qaça ayağına gəldilər – ömürləri boyu belə bir şərəfə nail olmaq fürsəti tapa bilməyəcəklərinə görə!

Sağlığında bütün əleyhdarlarını lərzəyə salan, onların yuxusunu ərşə çəkdirən Elçi Bəydən dünyasını dəyişəndən sonra da qorxurdular! Türkiyədə milyonlarla insanın onunla vidalaşmağa gələcəyini, onu uğurlayacağını duyan, milyonları saymaq ustaları buna dözmədilər!…

Elçi Bəyi beyinlərdən, ürəklərdən silməyə, şəklini kitablardan çıxarmağa çalışan dar gözlülərin illər boyunca apardıqları mücadilə boşuna getdi – on minlərlə millət övladı – Elçi Bəy sevər qızmar günəşin, gürşad yağmurun altında Bəyin ruhuyla addımladı, ona bitməz- tükənməz sevgisini göstərdi!

Elçi Bəy kommunistlərin gözdən saldığı bir torpağı da müqəddəsləşdirdi! Ailə quranların ilk ziyarəti və millətə sevginin enerji mənbəyi oldu müqəddəs məzarı!
…Əbülfəz Elçi Bəy Azərbaycan tarixində demokratik yolla seçilmiş ilk ( və hələlik son) dövlət başçısı idi. Məhz onu seçməkdən ötrü seçki məntəqələrinə getmiş milyonlarla vətəndaş, sevərək getmişdi. Bu sevgi Elçi Bəyin milləti sevməsindən qaynaqlanırdı.

Azərbaycan vətəndaşı ürəkdən inanırdı ki, onun seçdiyi prezident Elçi Bəyin şəxsi həyatı, seçicisinin həyatından fərqlənməyəcək. Vətəndaş arxayın idi ki, Elçi Bəy millətin sərvətlərini öz qohum-qardaşının malına çevirməyəcək, rüşvət almayacaq, vətəndaşa yalan söyləməyəcək, onun ailəsini çörəyə möhtac qoymayacaq, onunla heç vaxt barmaq hədəsi ilə danışmayacaq, onu haqsız zindana saldırmayacaq, Azərbaycan torpaqlarını qaytaracaq, millətimizin, dövlətimizin mənafeyini hər zaman uca tutacaq. 

Millətin inamını addımbaşı görən, səmimiyyətini duyan prezident Əbülfəz Elçi Bəy, özünü millətin əsgəri saydı!

Prezident Elçi Bəy öz vəzifələrini yerinə yetirməyə çalışdı və yerinə yetirdi.

Prezident Elçi Bəyi, möhkəm bir əldə cəmlənmiş, şəxsi sərvətini və şöhrətini təmin edən hakimiyyət yaratmaq yox, demokratik idarəetmə sistemi qurmaq düşündürürdü.

Ömrünü Azərbaycan insanının azadlığı uğrunda mübarizəyə həsr etmiş, Elçi Bəy prezident olarkən onların hüquqlarını məhdudlaşdırmağı fikrinə də gətirmədi, hər kəsin sərbəstliyini istədi ki, azad insanların idarə etdiyi dövlət güclənsin, onun vətəndaşları da azad, müstəqil olsun. 

…Prezident Elçi Bəy Ali Baş Komandan kimi tabeliyindəki güc nazirliklərinin funksiyalarını yerinə yetirməli deyildi. Ancaq o, güclü ordumuzun, peşəkar təhlükəsizlik və polis orqanlarının formalaşması yolunda, dövlətimizin, torpaqlarımızın, və soydaşlarımızın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün əlindən gələni etdi. Nə yazıqlar ki, düşmənlərimizlə əlbir olmiş güc qurumlarının bəzi kadrları dövlətçiliyə dönük çıxaraq, hakimiyyətin qiyamla devrilməsində iştirak etdilər…

Prezident Elçi Bəy öz soydaşlarına qarşı nə qədər humanist idisə Azərbaycan düşmənləriylə bir o qədər sərt, ötkəm və barışmazdı. Ona qəsd etməyə çalışmış, sıravi yurddaşlarını bağışlayırdı, ancaq millətin övladlarına güllə atmışlara qarşı amansız idi.

Millətin iki əsrlik arzularını həyata keçirən prezident Elçi Bəy Rusiya imperiyasının 70 minlik ordusunu Azərbaycan torpağından çıxarmağa nail oldu.

Bu yolda prezident kürsüsünü itirəcəyini bilsə də, bundan qayğılanmadı.

Prezident Elçi Bəy millətimizin varlanması, dövlətimizin güclənməsi, Azərbaycanın dünya dövlətləri içərisində özünəlayiq yer tutması uğrunda çalışdı.
Prezident Elçi Bəy dilimizin və dinimizin də şərəfini hər zaman uca tutdu, islam bayramlarına həyat verdi və indiyədək Azərbaycanın danışan dilini “kəsən” Rusiyanın prezidenti ilə TÜRKCƏ danışdı. Helsinski zirvə toplantısında bütün dünya prezidentlərinin qarşısında TÜRKCƏ nitq söylədi, TÜRKCƏ-nin BMT-nin dillərindən birinə çevrilməsi uğrunda mücadilə apardı!

…Elçi Bəy həm öyrənməli tarix məktəbi, həm də tarixi öyrədən ensiklopedik biliyə malik müəllimdir. Xalqımızın o Məktəbi, o Müəllimi incəliklə öyrənməyə böyük ehtiyacı var. Bu yolda hər bir təşəbbüs millətimizin tərəqqisinə aparacaq… 
Bu gün, Əsrə bərabər – bir illik Elçi Bəy hakimiyyətinin qürur doğuran möhtəşəm uğurlarının 27-ci ili tamam olur… 

…3 gün əvvəl, Milli Hökumətin qiyamla devrilməsinin, ürək göynədən ağır məğlubiyyətinin 26-cı ili tamam oldu…

…Bir illik Milli Hökumətə qarşı, ata – bala Əliyevlərin gecə – gündüz apardığı 26 illik mübarizə – Elçi Bəyin qələbəsi ilə davam edir!…

Bakı. (09 Mart 2001-ci il) 07 İyun 2019-cu il.

PAYLAŞ

1 Comment

  1. Elçi bəy haqqında möhtəşəm bir YAZI! Müəllifi təbrik edirəm, Elçi bəyə Allahdan rəhmətlər diləyirəm!

Leave a Reply

Your email address will not be published.


*