“ƏVVƏLKİNDƏN DAHA BETƏRİNİ BİZƏ SIRIDILAR” !!!

PAYLAŞIN

“Əli bəy bu jestləri qiymətləndirə bilmədi (fikirimcə, ona təsir imkanlarına malik olanlar var).”

Zabil HƏSƏNOV

(“Mənim həqiqətlərim” silsiləsindən)

Zamanın sınağından üzü ağ çıxmışlar

Bir neçə il bundan əvvəl saytların birində hörmətli istiqlalçı millət vəkilimiz Mətləb Mütəllimlinin

“Sınmaz insan; Əli İnsanov”

adlı yazısı ilə rastlaşdım. Yazı ilə əlaqədar müəllifin şəxsinə ünvünlanmış bir məktub yazdım. Bu məktubumda zamanın sınağından çox az sayda insanların salamat çıxdığını və bunların sayılması üçün əl barmaqlarının kifayət edəcəyi qədər az olduğunu qeyd etmişdim. Mənim həqiqət meyarlarımdan keçən bu siyahıya hansı adamlar daxil edilmiş və meyarın əsasında nə dayanmışdır?

Əvvəlcə onu qeyd edim ki, ictimai-siyasi hadisələrə yanaşmada müxtəlifliyin çox olması, aparılan debatlarda mübahisələrin bitib-tükənməməsinin səbəbini ölkəmiz üçün ümumi fəlaiyyət konsepsiyamızın olmamasında görürəm. Yəni məsələlıərdə hərənin öz səviyyəsinə uyğun yanaşması mövcud olduğundan, kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək qəliz məsələyə çevrilib. Bu horranın içərisində mən də olduğumdan, mənim də özüməməxsus meyarım var və klassik siyasətçləri da bu meyarla ölçüyə gətirməyə çalışmışam.Bu meyar nədir?

Nağıllara inanan xalqıq. Nağıllarımızda  isə dərin hikmətlər gizlənib. “Qərib cinlər diyarında” adlı filmimizdə belə bir fikir önə çəkilir ki, yalnız vətən-vətən deməklə cinlər diyarından xilas olmaq mümkündür. Mənim meyarımın əsasında da məhz bu fikir dayanır. Fəaliyyətlərinin önündə vətəni görən, vətən mənafeyini şəxsi maraqlarından üstün tutan insanlar mənim siyahımda öndə gələnlərdir. Bir millət kimi belə insanlarımız çox olub və millətin millət kimi ayaqda dayanmasına görə belə insanlara borcluyuq.

Yuxarda yazdım ki, belə insanlarımız kifayət qədərdir. Lakin mən onların üzdə olanlarını, cəmiyyətdə daha çox tanınanlarını öz həqiqətlərim baxımından təqdim edəcəm. Ardıcıllıq yaşa görə sıralanıb; Tofiq Qasımov, Rəhim qazıyev,Sabir Rüstəmxanlı, İsgəndər Həmidov,  Mətləb Mütəllimli, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, İbrahim İbrahimli, İsa Sadıqov, Qurban Məmmədov, Əli Kərimli.

Mətləb bəyə yazdığım məktubdan keçən dövr ərzində bu siyahıdan daha iki nəfəri silmişəm ki, bu da səbəbsiz deyil. Bu səbəbləri izah etməyəcəm, amma siyahıdan çıxaracağımı planlaşdırdığım bir nəfər haqqında, Əli Kərimli haqqında ayrıca danışmaq istəyirəm. Niyə məhz Əli Kərimlidən, ona görə ki, atalar demiş

“Uman yerdən küsərlər”…

Tariximizin son illərində müxalifətin mövcudluğunda, onun ayaqda durmasında Əli Kərimlinin rolunu danmaq haqsızlıq olardı. Demək olar ki, təkbaşına hər bir basqılara və təhqirlərlə sinə gərib, mübarizədən çəkinmədi. Yəni müxalifətimizin “Qırmızı kitaba” düşməməsində əsas rol Əli Kərimliyə məxsusdur. Bunu danmaq olmaz. Arxada qalan illərdə müxalifət elə təziq altında fəaliyyət göstərəsi oldu ki, o ancaq mövcudluğunu qoruyub saxlamaq haqqında düşünəsi oldu. Zaman isə ötürdü, artıq müxalifətin də əvvəllər formalaşmış mübarizə üsulundan imtina etmək, yeni yollar axtarmaq həvəsində olmadığı hiss olunurdu. Təbii ki, elə bir tarixi məqama gəlib çıxmışdıq ki, yeni yanaşmaya zərurət yaranmışdı və belə bir yanaşmanı Qurban Məmmədov təqdim etdi. Bu tarixin diktəsi idi, zamanı yetişmişdi. Mənim fikirimcə 3-4 il bundan əvvəl belə bir cəhd edilsəydi nəyəsə nail olmağa ümüd etmək olmazdı. Mühacirət həyatına keçən Qurban bəy, müxalifətli iqtidarlı hamını silkələcəyinə söz verdi və keçən zaman kəsiyində o demək olar ki, öz istəyinə çatmış oldu. Hər bir yenilik kimi bu yeniliyə də hucumlar başladı. İlk cəbhəni daxili müxalifət açdı. Yapışdırılan yarlıqlar qondarma (bizim dillə desək,kitayski) olduqlarından nəticə vermədi. Bundan sonra xarici müxalifət səfərbərliyə alındı, bunun da bir nəticə vermədiyini görən bizim müxalifət nümayəndələri dərk etdilər ki, söz danışmaqla nəyəsə nail olmaq alınmayacaq. Beləliklə hərəkətə keçdilər. Yeni-yeni blogerlər meydana çıxdı, aylarla ekranda görünməyən liderlər demək olar ki, hər gün bir-birini əvəzləyərək, “Azerfreedom.TV” vaxtında efirlərə çıxıb elektoratı bölməyə, müxtəlif media qurumlarında bir-birinin ardınca müsahibələr, tez-tez mitinq anonsu verməyə başladılar. İlk dövrlər hakimiyyətin də,

“Siz dalaşa, biz tamşa”

mövqeyində dayanması sonralar daha ciddiləşməyə başladı.  Hakimiyyət nə baş verdiyinin fərqində oldu və beləliklə biz “islahatlar” mərhələsinə qədəm qoyası olduq. İndi hakimiyyətin bu güzəştlərini Əli Kərimli öz fəaliyyətlərinin nəticəsi kimi təbliğ etməklə məşğul olmaqdadır. Yox qardaş, zəhmət çək özgənin haqqına girmə. Əgər müxalifətdə olub bunu edirsənsə, onda hakimiyyətdə bundan betərini edəcəksən. Axı, bunu biz görə-görə gəlmişik. Nə qədər belə halların üstündən keçmişik ki, yəqin nəticəsi yaxşı olar. Əvəzində əvvəlkindən də betərini bizə sırıdılar.

Qurban bəyin mühacirətdəki fəliyyətinin ilkin çıxışlarına ardıcıl diqqət yetirsək belə bir meylin olduğunu görmək olar ki, o ölkədə siyasi partiya kimi AXCP-ni, siyasi lider kimi isə Əli Kərimi görür. Ona görə də dəfələrlə Əli Kərimi müsahibəyə dəvət etsə də, Əli bəy bu jestləri qiymətləndirə bilmədi (fikirimcə, ona təsir imkanlarına malik olanlar var). Onun bu möqeyi o biri siyasi qüvvələrə təsirsiz ötüşmədi və nəticədə tərəflər  arasında inamsızlıq mühiti yarandı. Onların Qurban bəyə qarşı gətirdikləri arqumentlər siyasi baxımdan çox gülünc görünür; adamdan soruşarlar ki, bu 30 ildə Qurban bəyin kim olduğunu müəyyən edə bilməmisinizsə  sizin siyasətdə nə işiniz var? Niyə anlamırsınız ki, bu adamın hər gün az qala 4 saat dayanmadan danışmağı haradan qaynaqlanır?  Sifariş yerinə yetirən adam bu qədər danışa bilərdimi? Bəlkə anlamırsınız ki, TV üçün hər hansı bir adamdan maliyyə qəbul etmək ondan asılı olmaq deməkdir və s. Hamı üzdə birlikdən danışır, amma konkret işə gəldikdə heç kəs vətən naminə öz iddialarından geri durmaq istəmir. Qurban bəy isə vətəni üçün hər şeyindən keçməyə hazırdır. Mən yüz faiz əminəm ki, “itin dal ayağı” ifadəsi  İsgəndər Həmidova  ünvanlansaydı, elə həmin gün təyyarəyə əyləşib söz yiyəsi ilə haq-hesab çəkməyə gedərdi. Amma vətən xatirinə Qurban bəy belə təhqirləri acı da olsa udur. Bunları siz görməməzliyə vursanız da, xalq artıq çox şeyi anlamağı bacarır. Ona görə də AXH ölüb deyən Pənah bəy səhv edir. Çünki xalq həqiqət axtarışındadır və onu “Azerfreedom”da tapır. İllər uzunu yatıb AXH yarnanda ayılıb meydanın yiyəsi var deyən Pənah bəydən soruşmaq gərəkdir ki, vitze-prezident təyin olunanda, prezident seçkisində, AXC-nin 100 illiyi ayaqüstü keçiriləndə bu yiyənin varlığı niyə bilinmədi. İndi meydana axının artığını hiss edilən kimi özünü yiyə sayanlar da artmağa başlayıblar. Anlamaq lazımdır ki, meydanın yiyəsi ayrı-ayrı adamlar deyil, ora yığışan xalqdır və kim xalqın yanında olacaqsa, meydanda da o olacaq.

Nəhayət,  saytların birində Əli Kərim haqqında Əbülfəz Elçibəyin bağ evində dediyi söz məsələsinə aydınlıq gətirməsə, onun da siyahımdan silinəcəyi şəksizdir.

Beləliklə, tarixin sınağından çıxmış yaşlı siyasətçilərin sayı 8-ə enmiş olur ki, onların 6-sı AXH-nin aparıcı adamlarıdır. Yəni zamanın ələyindən çıxmış sonuncu mogikanlar AXH-də toplanmış olublar. Ona görə də bu toplantını Qurban Məmmədov sonuncu imkan adlandırır və onun fikirincə bundan sonra nəyəsə ümüd etməyə dəyməz. Qalan iki nəfər haqqında onu demək olar ki, Tofiq Qasımov elə yaşdadır ki, onun siyasətə qayıdacağı mümkün görünmür. İbrahim İbrahimlinin isə nə vaxtsa AXH-də görünməsi mənim üçün təcübllü olmaz.

Sonluqda nağılımızdakı hikmətə  qayıdaraq məmurlara səslənirəm; ”uydurma cənnətədən”, ayaqyalın xış sürəsi olsanız da, vətənə qayıdın. Vətəni heç bir var dövlət əvəz edə bilməz.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*