“ТОВАРИЩ ГЕНЕРАЛ”, BƏLKƏ BİR AZ YAVAŞLIYAQ … !!!

PAYLAŞIN

“DÜNYAYA YENİCƏ GƏLƏN BİR UŞAQ,

NƏ ÖRNƏK GÖTÜRSÜN BAXIB YALTAĞA …”!!!

 Əlağa HÜSEYNOV:

General-deputat

“AĞA NƏÇƏNNİK, BU KƏNDDƏ ANADAN GƏLMƏ OĞLAN UŞAĞI OLMUYUB” !!!

“Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb.”

– bu cümlələr Salyanın 9-cu ildir deputatı olan general Əliağa Hüseynova məxsusdur.

Adam o qədər haqlıdır ki, 30 il civarında müharibə gedən ölkədə, tək bircə kərə səngər görmədən, düşmən tərəfə tək bircə güllə atmadan  general olmağı bacaran, bir balaca bərkə düşən kimi, uşaq təki hönkür-hönkür ağlayan, bununla belə, general mundirinə sığınıb, həm də uğurlu biznes quraraq, deputatlığa qədər yol qət edən bir adamın millət vəkili kimi təmsil etdiyi rayonda müxalifət hardan və necə ola bilər ki? Olsaydı indi çoxdan onun  mundirini cırıb, deputat kreslosunu başına çevirmişdilər.

Adam “Salyanın o qədər ziyalıları var ki …” deyəndə də yalan-zad danışmır. Buyurun özünüz baxın, belə analoqu olmayan yaltaqlıq nümunəsi sərgiləyən ziya(n)lısı olan rayonda müxalifətin olması gerçəkdən də mümkün deyil.

Bu general(lar) və bu ziya(n)lı(lar) müxalifətçl olmaq eşqinə düşən kəsləri nəsillikcə sürgünə göndərtdirər, evini-eşitini əlindən alıb küçələrdə qoyallar…

Hələ rayonun oğlan uşaqlarının əllərinə gül verib öz başına çələng  qoyduran Salyan başçısı haqda heç nə demirəm, təbii ki, bu zehniyyətlə idarə olunan bir rayonda müxalifət olmamalıdı, olmaz, olsa nəyə yarar ki … ???

Nə isə nə, … “ТОВАРИЩ ГЕНЕРАЛ”, BƏLKƏ BİR AZ YAVAŞLIYAQ… Həəə, nə deyiesən??? !!!

Bu da 

Analoqu olmayan Salyan yaltağı

25 309 просмотров

PAYLAŞ

1 Comment

  1. Hə,Əliağa Hüseynov,faciəmiz və bu möhtərəm xalqımız qarşısında ən böyük bağşlanmaz günahımız ondan ibarətdir ki,ərazisində 30 ildən çox bir müddətdə,TORPAQ iddiasıyla elan olunmamış müharibə gedən ölkədə sənin kimi -çırtma- dəyməmiş hönkür-hönkür ağlayan,cəbhədə OLMAYAN, düşmənə,əlində silah bircə dənədə olsun güllə atmayan şərəfsiz fərarilərin general olmasına,kişi olmadığını xalq qarşısında etiraf edən simasız,rüşvətxor nakişilərin cəzalanmamasına guya ki,humanistlik göstərərək şərait yaratdıq ki,bu gün xəcalət çəkmədən danışinlar,xalqı amansızcasına və xüsusi qəddarlıqla talasınlar.Amma,Əliağa,sən və sənin kimilərinə xatırladıram ki, hələ mübarizə davam edir.Xalqımızın =İTİ ÖLDÜRƏNƏ SÜRÜDƏRLƏR= KİMİ illərin sınağından çıxmış müdrik kalamı da var! Həm də unutma ki,AZƏRBAYCANIN HƏR YERİNDƏ,O CÜMLƏDƏN DƏ SALYANDA ÇOX DƏYƏRLİ ZİYALILAR,NADANLIĞA,HAQSIZLIĞA QARŞI HƏYATI BAHASINA DA OLSA DA ÇIXAN İNSANLAR OLUB,VAR və HƏMİŞƏDƏ OLACAQ.Güman edirəm ki,bu qeyd etdiyimin danılmaz həqiqət olduğunu sən və sənin kimi burnunun ucundan uzağı görməyən,yığdıqları haram var-dövlətlə tikdirdikləri villalarda əbədi yaşayacağını zənn edən binəvalar tezliklə görüb,yenidən hönkür-hönkür ağlamağa başlayacaqlar.Əliağa,unutma ki,bu dəfə RƏHMƏTLİK BÖYÜK XƏLİL RZA ULU TÜRKDƏN DƏ GƏTİRDİYİN NAMƏ sənin və taylarının imdadına çatmayacaq !!! BUNA ƏMİN OL!

Leave a Reply

Your email address will not be published.


*