“02 NOYABR MİTİNQİ “İSTEFA ŞÜARI İLƏ KEÇİRİLSİN”!!!

PAYLAŞIN

“Bir neçə vəzifəli şəxslərin hakimiyyət strukturlarında yerdəyişməsinin islahatlarla heç bir əlaqəsi yoxdur, bu, hakimiyyətdaxili böhranın dərinləşməsinin nəticəsi kimi ortaya çıxmışdır.” !!!

28 oktyabr  2019-cu ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında:

Qoşulmama Hərəkatının Bakı toplantısında İlham Əliyevin 1992-93-cü illər AXC hakimiyyəti barəsində təhqiramiz çıxışı müzakirə edilərək, qətiyyətlə pislənilmiş və dövlət başçısından belə çıxışlara son verməsi tələb edilımişdir.

İdarə Heyətinin yığıncağında:

Dövlət və Hökumət strukturlarında kadrların yerdəyişməsinin cəmiyyətə ciddi islahatlar kimi təqdim edilməsinə münasibət bildirilmişdir. Bir neçə vəzifəli şəxslərin hakimiyyət strukturlarında yerdəyişməsinin islahatlarla heç bir əlaqəsi olmadığı, əksinə, hakimiyyət daxili böhranın dərinləşməsinin nəticəsi kimi ortaya çıxması qeyd olunmuşdur. 

İdarə Heyətinin yığıncağında:

02 noyabr 2019-cu ildə keçirilicək mitinqə münasibət  müzakirə edilmişdir. 02 noyabr mitinqinin “istefa” şüarı ilə keçirilməsi təklifi irəli sürülmüş, mitinqin KXCP tərəfindən dəstəklənməsi  və üzvlərin  sərbəst iştirakı haqqında qərar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında:

AXH-nin 03 noyabr 2019-cu ildə keçiriləcək Ümumrespublika müşavirəsi haqqında məlumat verilmişdir. AXH-nin Respublika Müşavirəsinin KXCP rayon (şəhər) şöbələrinin  iştirakı ilə  təşkil olunması məqsədəuyğun sayılmışdır.

KXCP Mətbuat Xidməti

  28 oktyabr  2019-cu il.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*