“17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜ XALQIMIZIN ŞANLI TARİXİDİR!”!!!

PAYLAŞIN

Mirmahmud MİRƏLİOĞLU:

“Milli Azadlıq Hərəkatının nəticəsi olaraq, 1991-ci il, 18 Oktyabrda Müstəqillik Haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Cumhuriyyəti bərpa olundu.”!!!

17 noyabr Milli Dirçəliş Gününün
32-ci ildönümü münasibəti ilə
KXCP sədri Mirmahmud Mirəlioğlu
Azərbaycan Xalqın təbrik edib.

Təbrikdə deyilir:

“ Əziz Həmvətənlər!
Sizləri Xalqımızın şanlı tarixi – 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə təbrik edirəm!

XI qırmızı rus-sovet ordusunun Azərbaycanı işğal etməsindən 68 il sonra, 1988-ci il noyabrın 17-də başlayan və 17 gün davam edən, dinc etiraz mitinqlərinin nəticəsi olaraq, Milli Dirçəliş Günü şanlı tariximiz oldu. AZƏRBAUCAN XALQI – DÜNYADA İLİN XALQI elan olundu.

05 dekabr 1988-ci ildə rus-sovet qoşunları tərəfindən dağıdılan Meydana Xalq “AZADLIQ” adını verdi.
Milli Azadlıq Hərəkatını boğmaq üçün rus-sovet ordusu 1990-cı il 20 Yanvarda dinc əhali üzərinə geniş miqyaslı hücuma keçdi. 20 Yanvar Şəhidlərinin qələbəsi ilə SSRİ adlı imperiya məğlub oldu.

Milli Azadlıq Hərəkatının nəticəsi olaraq, 1991-ci il, 18 Oktyabrda Müstəqillik Haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Cumhuriyyəti bərpa olundu.

25 May 1993-cü ildə, Elçibəy hakimiyyətinin devrilməsi bahasına olsa da, çar, sovet–rus qoşunları nəhayət, Azərbaycandan bir dəfəlik çıxarıldı.

Əsrlərlə davam edən çar, sovet-rus işğalından qurtulmaq Azərbaycan insanının ən mühüm arzu-niyyəti idi. İSTİQLALımıza qovuşmağın başlanğıcı olan, 17 noyabr – Milli, Dini və Dövlət Bayramlarımızın əsasının qoyulduğu və reallaşdırılmasının başlandığı gündür. Bu gün, Şəhidlərimizin qanı, millət böyüklərinin fədakar mübarizliyi və dövlət düşüncəsinin təntənəsidir.

Torpaqlarımızın, Vətənimizin Bütövlüyü, Azadlığı və Müstəqilliyi yolunda Şəhid olanların qarşısında baş əyirəm!

Qazilərimizə can sağlığı, Bütöv Azərbaycan vətəndaşı olmağı arzulayıram!

Bu gün yenə mübarizədəyik.

44 gün uğurla davam edən, torpaqlarımızın işğaldan azad olunmasında hərb tarixinə şanlı səhifələr yazan Azərbaycan Milli Ordusu mütləq qələbə çalacaqdır!

Şəhidlərin qanını yerdə qoymayaq!

Qazilərimizə sahib duraq!

Dövlətimizi bütövləşdirək!

Bayramınız mübarək! 

Bakı şəhəri                                                                                                   16 noyabr 2020-ci il.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*