19 oktyabr – ƏDALƏTİN QARA GÜNÜNƏ QARA ÇƏLƏNG

PAYLAŞIN

Zəlimxan M.Zəlimxan MƏMMƏDLİ

“Borçalı” İctimai Cəmiyyətinin sədri

 “GÖRÜNÜR HƏLƏ BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR DƏ VAR”

 

2014-cü il oktyabr ayının 19-da Gürcüstanın Vaxtanqisi sərhəd-keçid məntəqəsindən Gürcüstan sərhədçiləri  Gürcüstana, öz ata yurduma girişimə qadağa qoyulduğunu bildirdilər.  2014-cü il iyun ayının 26-da  müavinim Salman Murğuzova da  bu cür əsassız qadağa tətbiq olunmuşdu. O zaman baş verənləri anlaşılmazlıq, təsadüf kimi dəyərləndirdik.  Problemi ictimailəşdirmədən,  Gürcüstan və Azərbaycanın əlaqədar qurumlarına rəsmi müraciətlər etməli olduq. Gürcüstan Daxili İşlər Nazirliyindən aldığımız məktub isə bizə tətbiq olunmuş qərarın məhz siyasi mülahizələrlə qəbul edildiyini təsdiq etmiş oldu. Xarici vətəndaşar haqqında qanunun 11-ci maddəsinin “1e” bölümünün  tətbiq olunduğu nəzərimizə çatdırıldı.

BorçalıHər kəsə aydındır ki, nə Salman bəyin, nə də mənim Gürcüstanı təhdid edən, qanunlardan kənar hər hansı əməlimiz, fikrimiz olmamışdır. Sədrə qarşı bu qərarın tətbiqi artıq Gürcüstan siyasi hakimiyyətinin sağlam olmayan, ədalətsiz bir düşüncədə olduğunu sübut etdi.  Və, demokratiya yolunun örnəyi sayılan Gürcüstanın yeni hakimiyyəti  utanc gətirən bir tarix yazdı- 19 oktyabr – Ədalətin qara günü. 

Bu, dostluq, qardaşlıq, barış, sülh, birgəyaşayış carçısı olan “Borçalı” Cəmiyyətinin sağlam düşüncəsini sinirməyərək, ona qarşı məkrin təzahürüdür.

Bu tarix “Borçalı” Cəmiyyəti  timsalında boy verən, bayramlaşan, sevinən, toparlanıb Gürcüstanda “mən də varam” demək istəyən soydaşlarımıza aqressiyanın gerçək üzünü göstərdi. Düşünürük ki, soydaşlarımız üçün süni yaradılmış  problemlərin kökündə məhz bu cür aqressiv düşüncənin hakim olması durur. Hesab edirik ki, soydaşlarımıza bu cür bəd nəzərlərlə baxılmamalıdır.

Bu tarix həm də şovinizmin təzahürüdür. Unutmamalıdırlar, monoetnik Gürcüstan yaratmaq istəyənlər bu ölkənin, gürcü xalqının dostları deyillər.  

Borçalı-1Bu tarix eyni zamanda türk ulusundan vahimələnərək Qafqazı minillərdən üzü bəri formalaşmış yad  mədəniyyətlərin harmoniyası, birgəyaşayışı  kimi unikal vəhtəddən  məhrum etmək, onu  bir mənəvi coğrafiya olaraq dəfn eləməkdir.  Bu coğrafiyanı türksüz təsəvvür etmək mümkün olmadığı kimi, dostlarımız gürcü –türk birgəyaşayışının alternativsiz olduğu həqiqətinə inanmalıdırlar.  Qafqazı gözəlləşdirən yad din, dil, inanc, kültürün birgəyaşayışı, harmoniyasıdır. Bu möcüzəni, ilahi eşqin hakim olduğu auranı zədələmək xəyanətdir.

“Borçalı” Cəmiyyəti gərgin ictimai-siyasi proseslər fonunda gürcü-türk dostluğuna qəsdlər edildiyi vaxtlarda, zərurətdən yarandı. Borçalı ziyalıları tarixi missiyalarını düzgün qiymətləndirərək,  imperiya Gürcüstanda yeni etnik münaqişə yratmaq istəyəndə idrak etdi, ululuğunu, ucalığını nümayiş etdirdi. Bir araya gəlib dirənişin, imperiya ambisiyalı, erməni xislətli düşmənlərin yerini dəqiq göstərdi.

 “Borçalı” Cəmiyyətinin dost bildiyimiz düşərgədən təhdid olunduğu ərəfədə Cəmiyyətinin nizamnaməsi və proqramının hazırlanmasında az-çox əməyi olan birisi kimi bəyan edirəm ki, Borçalı Cəmiyyətinin hüquqi sənədləri, taktiki və strateji hədəflərində heç zaman separatçılıq meyli, niyyəti olmamış, dostluq və qardaşlıq kimi təməl prinsiplərə sədaqət ifadə olunmuşdur. Bu gün də əksəriyətinin sağ-salamat  olduğu “Borçalı” Cəmiyyətinin qurucularından heç biri heç zaman, heç yerdə Gürcüstanı təhdid edən bir fikir, əməl, iş sahibi olmamışlar.

Borçalı-2“Borçalı” Cəmiyyətinin Nizamnaməsi, Gürcüstan, Azərbaycan qanunları və Beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində insan hüquq və azadlıqları prinsipi əsasında soydaşlarımızın vətəndaş hüquqlarının təmini, bunu motivasiya edən hərəkətlərə dəstək fəaliyyətimizin sərhədlərini müəyyənləşdirir. Gürcüstanın bötövlüyü, Qafqazın birliyi, regional təhlükəsizliyə təminat hesab etdiyimiz Azərbaycan-Gürcüstan-Türkiyə strateji tərəfdaşlığı, demokratik islahatlara ictimai dəstək əsas vəzifələrimiz olmuşdur. Problemlərin klassifikasiyası fundamental aparılmış, əksər problemləri siyasiləşdirmə cəhdləri durdurulmuş, siyasi mahiyyətli problemlərin açıq müstəviyə, dialoq müstəvisinə daşınmasına nail olunmuşdur. Mədəniyyətlərarası dialoq əsas ünsiyyət, uzlaşma, inteqrasiya modeli olaraq qəbul edilmişdir. Əyani nümunələr olaraq artıq milyonların şüuruna nüfuz etmiş “Borçalı Türklərinin Elat Mədəniyyəti günü”- Elat bayramı ən klassik birlik, bərabərlik, uzlaşma, inteqrasiya modeli olaraq qəbul edilməkdədir.

Çağdaş zamanımız Azərbaycanda, Türkiyə və digər türk cumhuriyyətlərində imkanlarımız daxilində Gürcüstanın , gürcü mədəniyyətinin, dəyərlərinin, bayrağının tanıdılması və sevdirilməsi kimi tarixi missiya da bizim üzərimizə qoymuşdur. Buna görə bizi qınayanlar, müxtəlif epitetlərlə qara yaxanlar, anlamaqda zorlananlar da kifayət qədər olmuşdur.  Ancaq, həqiqətlə vəhtədimizi, iki yad mədəniyyəti üzvü qovuşdurmaq eşqinə sədaqətimizi sarsıda bilmədilər.

Biz Gürcüstandan kənarda qeyri rəsmi Gürcüstan diaspora təşkilatı funksiyasını yerinə yetirməkdən qürur duymuşuq. Hətta Gürcüstan siyasi hakimiyyətindən  mövcud kompleksləri aşaraq bizi diaspora təşkilatı kimi tanımalarını istəmişik. Bu cəsarət tələb edən, 200 ildə ən uzunömürlü müstəqillik tariximizə ehtiram, onu qorumaq eşqi, Avropa ailəsinə inteqrasiyada utanc gətirən durumumuzun olmaması istəyi ilə, həqiqət bildiyimiz bir uzlaşma fəlsəfəsidir.

Rusiya ,İran, Ermənistan  kimi varlığımızı, inkişafımızı, dostluğumuzu sinirə bilməyən qorxu mənbəyi olan qonşularımız  varsa,  Gürcüstan siyasi hakimiyyətinin bizdən özünə düşmən düzəltmək istəyinin anlamı varmı?  Gürcüstanın indiki iqtidarı məğrur gürcü xalqının təmsilçisi olsaydı bu xatalı, dostluğumuza ciddi xələl gətirəcək addımı atmamalı idi. Görünür hələ çoxumuzun bilmədiyimiz həqiqətlər də var. Zaman böyük hakimdir…

 Birlik dirilikdir, irilikdir, dirəniş və tərəqqidir. Azərbaycan-Gürcüstan-Türkiyə birliyi fundamental şəkildə qurulsa istiqlalımızı, dostluğumuzu poza biləcək güc olmaz. Bu yol yaranışdan  “Borçalı” Cəmiyyətinin yoludur. Məhz bu səbəbdən milli qiyafəli satqınlar, üzdə milliyətçi, daxildə gürcü-türk dostluğuna düşmən olan ünsürlər badalaq vurmağa, tutduğumuz yola kölgə salmağa çalışarlar.  Təəssüf ki, Gürcüstan hökuməti isə  emosiya, nifrət, qisas üzərində köklənərək kreslo sahibi olublar. Bu düşərgələrin iş birliyi xalqlarımız arasında cücərməsi mümkün olmayan nifaq toxumu səpə bilib, Gürcüstanı 19 oktyabr – ƏDALƏTİN QARA GÜNÜ kimi xəyanətə bərabər bir yüklə yükləyiblər.

Borçalı-3Türk və gürcü tarixi qəhrəmanlıqlarla zəngindir. Çox yadelli işğalçılar  bu məmləkətlərdə burunları ovularaq geri oturdulub. Gürcü və türk bir səngərdə bir-birinə kürək söykəyərək, etibar edərək, ortaq vətənimiz üçün canlarına, mallarına qıya bilib, şəhid olublar. Zəfərləri birlikdə qeyd edib, birgə yallılar gedib, məclislər qurublar.

“Borçalı” Cəmiyyəti təməlli təşkilatdır. Ondan separatçı, düşmən düzəltmək istəyənlər ortaq düşmənlərimizdir. Erməni dönüklüyünü, xainliyini, satqınlığını ortaya qoydu. Qafqazın birlik və bərabərlik içərisində vahidliyini zədələdi. Şübhəsiz ki, 19 oktyabr yarası sağalacaq, heç bir iz buraxmayacaq. Bu yaranı salanlara qarşı hələ ki, el qınağı yetərlidir. Hüquq da onlarla üz-üzə olub, öz müdrik sözünü deyəcək.

“Borçalı” Cəmiyyəti böyük ümidlərlə gələcəyə, dostluq və barış, sülh xəttinin qalib gələcəyinə inanır.  19 oktyabr 2014 – yasaq günü – Ədalətin qara gününə, onun ideya müəllifləri və icraçılarına hədiyyəmiz simvolik olaraq elə QARA ÇƏLƏNG olsun. Ən yaxın zamanda şərəflilərə  ZƏFƏR ÇƏLƏNGİ hədiyyəmiz olacaq.

Allah niyyəti saf, ruhu təmiz olanları sevəndir. Allah haqq yolunda qul olanlara yar olsun.


 P.S.

 19 oktyabr tarixində Bakı şəhərindəki  Gürcüstan səfirliyi qarşısdında “Borçalı” İctimai Cəmiyyəti adından  piket iştirakçılarının qətnaməsi

Borçalı-4“Borçalı” İctimai Cəmiyyəti hər zaman Azərbaycan və Gürcü xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsinə çalışmışdır. Cəmiyyət öz fəaliyyətində hər iki ölkə qanunlarına və Beynəlxalq hüquqa sayğılı davranmış, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində soydaşlarımızın vətəndaş hüquqlarının qorunmasına çalışmışdır. “Borçalı” Cəmiyyəti  Gürcüstanda baş verən siyasi prosesə müdaxilə etməmiş, tərəfsizliyini qoruyub saxlamışdır. Soydaşlarımızı Gürcüstan dövlətçiliyinə, gürcü dilinə və mədəniyyətinə sayğıya dəvət etmişdir.

“Borçalı” İctimai Cəmiyyəti etnik separatçılığa qarşı olmuş, Hər zaman Gürcüstanın milli maraqlarını müdafiə edərək, qeyri rəsmi diaspor təşkilatı funksiyasını yerinə yetirmiş, cəsarətli addım ataraq Gürcüstan siyasi hakimiyyətinə Azərbaycanda Gürcüstanın diaspora təşkilatı kimi tanımaları üçün rəsmi müraciət ünvanlamışdır.

Təəssüf ki, təşkilatın fəaliyyəti Gürcüstanın indiki siyasi hakimiyyəti tərəfindən  düzgün qiymətləndirilməmiş, heç bir əsas olmadan, sırf siyasi mülahizələrlə Cəmiyyətin sədri Zəlimxan Məmmədlinin 19 oktyabr 2014-cü il tarixindən Gürcüstana, öz ata ocağına girişinə qadağa qoyulmuşdur. Bundan əvvvəl isə, 26 iyun 2014-cü il tarixində  Cəmiyyət sədrinin müavini Salman Murğuzovun da  Gürcüstana buraxılmasına yasaq qoyulmuşdur.

“Borçalı” Cəmiyyətinin İdarə Heyəti Baş verən hadisəni Gürcüstanın təhlükəsizlik orqanları ilə siyasi hakimiyyətin radikal qanadının soydaşlarımıza qarşı sağlam olmayan münasibəti, təxribatı kimi qiymətləndirmişdir.

Zəlimxan-000“Borçalı” Cəmiyyəti bölgədə yaranmış mürəkkəb siyasi situasiyanı, hər iki dövlətə qarşı təhdid intensivliyini, üzv və on minlərlə tərəfdaşı qarşısında məsuliyyətini dərk edərək dözümlü davranmağa çalışmış, hadisəni siyasiləşdirməmiş, hüququn aliliyi və Gürcüstandakı demokratik islahatlara güvənərək ədalətin bərpa ediləcəyinə inanmışdır. Təəssüf ki, ötən dövr ərzində Gürcüstanın bütün səviyyəli hakimiyyət orqanlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Artıq cəmiyyətin sədrinə qarşı tətbiq edilən qərardan 1 il ötür. Azərbaycan ziyalıları, siyasi partiyaları, qeyri hökumət təşkkilatları, Gürcüstanda yaşayan soydaşlarımızın təkidli müraciətlərinin də cavabsız qalması “Borçalı” Cəmiyyətini və Borçalı türklərini ciddiliyi ilə narahat etməkdədir.

“Borçalı” Cəmiyyəti sədr Zəlimxan Məmmdəlinin və müavini Salman Murğuzovun Gürcüstanın dövlət və milli marağını təhdid edən bir əməl sahibi olmadığını nəzərə alaraq bir daha bəyan edir:

 
  • Zəlimxan Məmmədlinin və Salman Murğuzovun Gürcüstana girişinə yasaq qoyulması iki xalq və dövlət arasında etimad mühitini sarsıtmağa hesablanmış təxribat kimi qiymətləndirilsin və məsuliyyət Gürcüstan tərəfinin üzərində hesab olunsun;
  • Bu hadisə Gürcüstanın indiki iqtidarının “Borçalı” Cəmiyyətinə və bütövlükdə Gürcüstan türklərinə qarşı sağlam olmayan münasibəti kimi qiymətləndirilsin;
  • Gürcüstan siyasi hakimiyyəti və hüquq sistemindən Zəlimxan Məmmədli və Salman Murğuzovun Gürcüstana maneəsiz gediş-gəlişini təmin etməsi tələb olunsun;
  • 19 oktyabr tarixi simvolik olaraq “Ədalətin Qara günü”hesab olunsun;
  • Bir ay müddətində Gürcüstan tərəfdən baş verən olaya rəsmi açıqlama verməsi tələb olunsun;
  • Ədalət bərpa olunmayacağı təqdirdə baş verəcək hadisələrə görə Gürcüstan tərəfin məsuliyyət daşıdığı qeyd edilsin;
  • “Borçalı” Cəmiyyəti hüququn imkan verdiyi səviyyədə haqq mübarizəsini davam etdirəcəyini, Avropa İnsan Hüquqları Məhkəməsi də daxil, bütün Beynəlxalq təşkilatları Gürcüstanda insan haqlarının kobud surətdə pozulmasına yönəldəcəyini bəyan edir.

 

 “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti adından piket iştirakçıları

19 oktyabr 2015-ci il, saat 12-30

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*