19 OKTYABR OLAYLARINA FƏRQLİ BAXIŞ

PAYLAŞIN

“Prosesə 19 yanvarda start verildi və 9 ay sonra, 19 oktyabrda, İlham Əliyevə ümumxalq nifrəti doğuzduruldu”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Sahib KERİMLİ 

20 oktyabr 2019

Bu günkü (19 oktyabr) mitinqlə bağlı səhərki statusumda aşağıdakı üç versiyanı səsləndirmişdim.

1. Proses taməmən İlham Əliyevin nəzarətindədir və onun iradəsiylə baş verir.

2. Proses tamamən İlham Əliyevin hakimiyyət daxilindəki rəqiblərinin nəzarətindədir və onların iradəsiylə baş verir.

3. Proses tamamən mitinq təşkilatçılarının nəzarətindədir və onların iradəsiylə baş verir.

Gün ərzində baş verən hadisələrdən çıxan nəticə ondan ibarətdir ki, proses tamamən İlham Əliyevin hakimiyyət daxilindəki rəqiblərinin nəzarətindədir və onların geopolitik ağalarının iradəsiylə baş verir.

Hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ona ümumxalq narazılığı formalaşmışdı. Əsas prosesə 19 yanvarda start verildi və 9 ay sonra, 19 oktyabrda, İlham Əliyevə ümumxalq nifrəti doğuzduruldu. İndi onu bəsləyib – böyütmək və onun vasitəsiylə hədəflərinə çatmaq istəyəcəklər. Süni mayalandırma ilə doğulan bu “körpənin” böyüməsinin qarşısını almağın, iki mərhələdən ibarət bir yolu qaldı – birinci mərhələdə hakimiyyəti Xalqla bölüşmək, ikinci mərhələdə hakimiyyəti Xalqa təhvil vermək.

Hakimiyyəti bölüşməyin də bir yolu qalıb – ədalətli Parlament seçkiləri!

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*